Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2191/2025 02.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr: 13 mart 2023-cü il tarixli BDK6487723 nömrəli müqavilə (məişət avadanlığı) 02 oktyabr 2023-cü il tarixli BDK6389468 nömrəli müqavilə (məişət avadanlığı) 04 avqust 2023-cü il tarixli BDK6389166 nömrəli müqavilə (məişət avadanlığı) Müqavilələrin predmet – borc müqavilələri Tələb olunan məbləğ: 13 mart 2023-cü il tarixli BDK6487723 nömrəli müqavilə üzrə 535 manat əsas borc, 02 oktyabr 2023-cü il tarixli BDK6389468 nömrəli müqavilə üzrə 840 manat əsas borc, 04 avqust 2023-cü il tarixli BDK6389166 nömrəli müqavilə üzrə 880 manat əsas borc, ümumilikdə üç müqavilə üzrə 2255 manat borc və 43 manat dövlət rüsumu. Sübutlar: borc müqavilələri, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 13 mart 2023-cü il tarixli BDK6487723 nömrəli, 02 oktyabr 2023-cü il tarixli BDK6389468 nömrəli və 04 avqust 2023-cü il tarixli BDK6389166 nömrəli borc müqavilələri üzrə məişət avadanlıqları almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 13 mart 2023-cü il tarixli BDK6487723 nömrəli müqavilə üzrə 535 manat əsas borc, 02 oktyabr 2023-cü il tarixli BDK6389468 nömrəli müqavilə üzrə 840 manat əsas borc, 04 avqust 2023-cü il tarixli BDK6389166 nömrəli müqavilə üzrə 880 manat əsas borc, ümumilikdə üç müqavilə üzrə 2255 (iki min iki yüz əlli beş) manat məbləğində pul və ödənilmiş 43 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-2191/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2191/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver