Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2409/2025 23.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı "xxxx" MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 21 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********28261 olan “Poco M6” markalı telefon, Qızıl Zəmanət “Ultra“ 2 il xidməti. 19 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən “Pioneer” markalı maqnitofon, “Car Steering” markalı sükan örtüyü, “Panda Texas” markalı oturacaq örtüyü, “Petlas” markalı maşın akkumlyatoru. 24 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********28261 olan “Poco M6” markalı telefon, Qızıl Zəmanət “Ultra“ 2 il xidməti. Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 19 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən 1052,88 manat əsas borc, 105,29 manat cərimə, 24 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən 619,06 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 61,91 manat cərimə, 21 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 439,08 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 43,91 manat cərimə, Ümumilikdə 2369,32 manat borc və 43,70 manat ödənilmiş dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, ödəniş cədvəllər, əşyaların təhvil-təslim aktları, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 21 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********28261 olan “Poco M6” markalı telefon, Qızıl Zəmanət “Ultra“ 2 il xidməti, 19 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən “Pioneer” markalı maqnitofon, “Car Steering” markalı sükan örtüyü, “Panda Texas” markalı oturacaq örtüyü, “Petlas” markalı maşın akkumlyatoru, 24 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********28261 olan “Poco M6” markalı telefon, Qızıl Zəmanət “Ultra“ 2 il xidməti almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 21 noyabr 2024-cü il tarixli, 19 dekabr 2024-cü il tarixli və 24 dekabr 2024-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 439,08 manat əsas borc 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 10 manat cərimə, 19 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən 1052,88 manat əsas borc, 30 manat cərimə, 24 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən 619,06 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 20 manat cərimə, ümumilikdə 2218,22 (iki min iki yüz on səkkiz manat iyirmi iki qəpik) manat məbləğində borc və 43,70 manat ödənilmiş manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-2409/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2409/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver