Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2467/2023 31.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə verdiyi ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 21 iyul 2023-cü il tarixdə məhkəmənin elektron informasiya sisteminə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını, sənədlərin geri qaytarılmasını və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı MMC tərəfindən Kapital banka ("xxxx" ASC M.Hadi branch) ödənilmiş (xx.xx.2023-cü il tarixli, terminal nömrəsi K0235011, əməliyyat İD 215301685, GPP qəbz nömrəsi **********5, büdcə səviyyə kodu 142211) 33.27 (otuz üç, iyirmi yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin (alan müşrəti: İddiaçı MMC, müştəri hesabı: AZ25AZFİ40060AZ**********007, bank: AFB Bank ASC, Mərkəzi filialı, bank kodu: 511191, müxbir hesabı: AZ81NABZ********************, swift: AZİFAZ22) hesabına qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən Kapital banka ("xxxx" ASC M.Hadi branch) ödənilmiş (xx.xx.2023-cü il tarixli, terminal nömrəsi K0235011, əməliyyat İD 215301685, GPP qəbz nömrəsi **********5, büdcə səviyyə kodu 142211) 33.27 (otuz üç, iyirmi yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin (alan müşrəti: İddiaçı MMC, müştəri hesabı: AZ25AZFİ40060AZ**********007, bank: AFB Bank ASC, Mərkəzi filialı, bank kodu: 511191, müxbir hesabı: AZ81NABZ********************, swift: AZİFAZ22) hesabına qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-2467/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2467/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver