Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2552/2023 06.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı ASC ilə bağlanmış 21 oktyabr 2019-cu il tarixli UNİ-3032 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594995 ban, 0414 mühərrik nömrəli, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh 21 oktyabr 2019-cu il tarixli UNİ-3032 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2023-cü il tarixə 1817.76 manat gecikdirilmiş əsas, 124.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 338.95 manat dəbbə pulu, cəmi 2280.84 manat borcu və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli UNİ-3032 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı ASCnin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594995 ban, 0414 mühərrik nömrəli, qara rəngli avtomobil müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 18708 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18708 manatın 14800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 15 fevral 2023-cü il tarixdə 420 manat məbləğində olmuşdur. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Eyni zamanda Cavabdeh 21 oktyabr 2019-cu il tarixli UNİ-3032 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2023-cü il tarixə 1817.76 manat gecikdirilmiş əsas, 124.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 338.95 manat dəbbə pulu, cəmi 2280.84 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. “Daxili Lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili Lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili Lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin nümayəndə X1 məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini, işə iştrakı olmadan mahiyəti üzrə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 21 oktyabr 2019-cu il tarixli, UNİ-3032 Daxili Lizinq müqaviləsindən və əlavədən görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı **-PC-*** dövlət nömrə nişanlı, XWB5V319DEA594995 ban, 0414 mühərrik nömrəli, qara rəngli avtomobili Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. Lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh 21 mart 2021-ci il tarixdən 21 may 2023-cü il tarixədək 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 14800 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməlidir. Maliyyə arayışından görünür ki, Cavabdeh 21 oktyabr 2019-cu il tarixli, UNİ-3032 Daxili Lizinq müqaviləsi üzrə 21 iyun 2023-cü il tarixə 1817.76 manat əsas, 124.13 manat mükafat borcu, 338.95 manat cərimə, cəmi 2280.84 manat borcu vardır. Borcun tələbi və lizinq müqaviləsinin ləğvi haqqında prentenziya məktubundan görünür ki, 19 may 2023-cü il tarixdə borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi barədə cavavbdehə xəbərdarlıq edilmişdir. Təhvil-təslim aktından görünür ki, 21 oktyabr 2019-cu il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh “Daewoo Gentra” markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobil təhvil verilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 100.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki hallarına, tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli UNİ-3032 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594995 ban, 0414 mühərrik nömrəli, qara rəngli avtomobil müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 18708 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18708 manatın 14800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 15 fevral 2023-cü il tarixdə 420 manat məbləğində olmuşdur. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Eyni zamanda Cavabdeh 21 oktyabr 2019-cu il tarixli UNİ-3032 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2023-cü il tarixə 1817.76 manat gecikdirilmiş əsas, 124.13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 338.95 manat dəbbə pulu, cəmi 2280.84 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. (maddə 443.1).Borclu icranı kecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-10.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1. və 748-11.2.-ci maddələrinə görə lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: -lizinq obyektinin amortizasiya ödənişləri; -lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; -lizinq verənin mükafatının məbləği; -lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -lizinq verənin əlavə xidmətlərinin haqqı; -lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı və qanunla müəyyən edilmiş qaydada lizing müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Bununla da iddiaçı tərəfin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq, lizinq müqaviləsi üzrə öhdəliyinin icra edilməsinə marağı itdiyinə görə lizinq müqaviləsi üzrə öhdəliyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək hüququ yaranmışdır. Ona görə də yaranmış əsas borc məbləği cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməli və müqavilə üzrə öhdəliyə vaxtından əvvəl xitam verilməlidir. Məhkəmə cərimə tələbinə münasibətdə işin hallarını nəzərə alaraq qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər. Məhkəmə cavabdehin maddi vəziyyətini və işin hallarını nəzərə alaraq qeyd edir ki, 338.95 manat əsas borca münasibətdə yüksək məbləğdir, ona görə də cərimə məbləği azaldılmalı və 80 manat həddində tutulması qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli, UNİ-3032 Daxili Lizinq müqaviləsi ləğv edilsin. 21 oktyabr 2019-cu il tarixli, UNİ-3032 Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh 1817.76 manat əsas, 124.13 manat mükafat borcu, 80 manat cərimə, cəmi 2021.89 manat və 100.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı **-PC-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-2552/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2552/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver