Məhkəmə qərarları › İş №e-2(050)-2621/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2621/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2621/2025 09.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən soyuducu Samsung üçün 1817,10 (bir min səkkiz yüz on yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 181,71 (bir yüz səksən bir manat yetmiş bir qəpik) manat dəbbə; 16 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, LG Tv üçün 1490,94 (bir min dörd yüz doxsan manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 149,09 (bir yüz qırx doqquz manat doqquz qəpik) manat dəbbə; 30 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən paltaryuyan LG, qabyuyan Samsung üçün 1249,20 (bir min iki yüz qırx doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 124,92 (bir yüz iyirmi dörd manat doxsan iki qəpik) manat dəbbə, 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən Samsung tv üçün 738,96 (yeddi yüz otuz səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 73,90 (yetmiş üç manat doxsan qəpik) manat dəbbə; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən soyuducu Hoffmann üçün 662,04 (altı yüz altmış iki manat dörd qəpik) manat ödənilməmiş hissə, 66,20 (altmış altı manat iyirmi qəpik) manat dəbbə, ümumilikdə 6554,06 manat borc və 85,55 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “Abc Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “Abc Telecom" MMC arasında bağlanmış 20 noyabr 2024-cü il, 16 noyabr 2024-cü il, 30 noyabr 2024-cü il, 28 noyabr 2024-cü il, 28 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən soyuducu Samsung, zəmanət + 3 İL xidməti, LG Tv, paltaryuyan LG, qabyuyan Samsung, Samsung tv, soyuducu Hoffmann almış və nəticədə 6554,06 (altı min beş yüz əlli dörd manat altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 2057,10 (iki min əlli yeddi manat on qəpik) manat (18 ay x 100,95 manat + 240 manat ilkin ödəniş) olan soyuducu Samsung üçün ümumilikdə 1998,81 (bir min doqquz yüz doxsan səkkiz manat səksən bir qəpik) manat olmaqla ondan 1817,10 (bir min səkkiz yüz on yeddi manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 181,71 (bir yüz səksən bir manat yetmiş bir qəpik) manat dəbbə, 16 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1490,94 (bir min dörd yüz doxsan manat doxsan dörd qəpik) manat (18 ay x 82,83 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, LG tv üçün ümumilikdə 1640,03 (bir min altı yüz qırx manat üç qəpik) manat olmaqla ondan 1490,94 (bir min dörd yüz doxsan manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 149,09 (bir yüz qırx doqquz manat doqquz qəpik) manat dəbbə; 30 noyabr 2024cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1699,20 (bir min altı yüz doxsan doqquz manat iyirmi qəpik) manat (12 ay x 104,10 manat + 450 manat ilkin ödəniş) olan paltaryuyan LG, qabyuyan Samsung üçün ümumilikdə 1374,12 (bir min üç yüz yetmiş dörd manat on iki qəpik) manat olmaqla ondan 1249,20 (bir min iki yüz qırx doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124,92 (bir yüz iyirmi dörd manat doxsan iki qəpik) manat dəbbə; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1008,96 (bir min səkkiz manat doxsan altı qəpik) manat (12 ay x 61.,58 manat + 270 manat ilkin ödəniş) olan Samsung tv üçün ümumilikdə 812,86 (səkkiz yüz on iki manat səksən altı qəpik) manat olmaqla ondan 738,96 (yeddi yüz otuz səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73,90 (yetmiş üç manat doxsan qəpik) manat dəbbə; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 912,04 (doqquz yüz on iki manat dörd qəpik) manat (12 ay x 55,17 manat + 250 manat ilkin ödəniş) olan soyuducu Hoffmann üçün ümumilikdə 728,24 (yeddi yüz iyirmi səkkiz manat iyirmi dörd qəpik) manat olmaqla ondan 662,04 (altı yüz altmış iki manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66,20 (altmış altı manat iyirmi qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1210 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 20 noyabr 2024-cü il, 16 noyabr 2024-cü il, 30 noyabr 2024-cü il, 28 noyabr 2024-cü il, 28 noyabr 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri 14 may 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2024-cü il tarixli, 03089721 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “LG tv 43UT81006LA.AMCN” verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

8. İddiaçı MMC-nin 16 noyabr 2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh “LG tv 43UT81006LA.AMCN” təhvil alaraq akta imza etmişdir.

9. İddiaçı MMC-nin 16 noyabr 2024-cü il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh 16 noyabr 2024-cü il tarixli 03089721 nömrəli müqavilə üzrə hər ayın 28-dən 30-dək 12 ay müddətinə 82.83 manat ödəniş etməlidir.

10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2024-cü il tarixli, 18850541 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “soyuducu Samsung” verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

11. İddiaçı MMC-nin 20 noyabr 2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Nəsirov X1 RT42CB662022WT nömrəli model soyuducunu təhvil alaraq akta imza etmişdir.

12. ATL SMS göndəriş çıxarışın surətindən görünür ki, SMS +**********07 nömrəli mobil nömrəyə 30 noyabr 2024-cü il tarixdə çatdırılmışdır. 20 noyabr 2024-cü il tarixli 18850541 nömrəli müqaviləyə əsasən Cavabdeh aşağıdakı məhsullar ******* faktura ilə adına hissəvi ödəniş əsasında sənədləşdirilmişdir. “ARİEL LS WHİTE ROSE 450 GR (22); qabyuyan Samsung DW60M5052FS/TR (GÜMÜŞÜ) və paltaryuyan LG F2R3HYL6P.

13. İddiaçı MMC-nin 30 noyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 20 noyabr 2024-cü il tarixdə bağlanmış 18850541 saylı müqavilə üzrə “ARİEL LS WHİTE ROSE 450 GR (22); qabyuyan Samsung DW60M5052FS/TR (gümüşü) və paltaryuyan LG F2R3HYL6P malları təhvil alaraq akta imza etmişdir.

14. ATL SMS göndəriş çıxarışın surətindən görünür ki, SMS +**********07 nömrəli mobil nömrəyə 30 noyabr 2024-cü il tarixdə çatdırılmışdır. 28 noyabr 2024-cü il tarixli 18850541 nömrəli müqaviləyə əsasən Cavabdeh aşağıdakı məhsullar ********* faktura ilə adına hissəvi ödəniş əsasında sənədləşdirilmişdir. Samsung TV UE43DU7100UXRU qeyd edilmişdir.

15. İddiaçı MMC-nin 28 noyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 20 noyabr 2024-cü il tarixdə bağlanmış 18850541 saylı müqavilə üzrə Samsung TV UE43DU7100UXRU model malı təhvil alaraq akta imza etmişdir.

16. İddiaçı MMC-nin 28 noyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 20 noyabr 2024-cü il tarixli bağlanmış 18850541 saylı müqavilə üzrə soyuducu Hoffmann NFB-186SN (GÜMÜŞÜ) model malı təhvil alaraq akta imza etmişdir.

17. İddiaçı MMC-nin 16 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən soyuducu Samsung üçün 1817,10 (bir min səkkiz yüz on yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 181,71 (bir yüz səksən bir manat yetmiş bir qəpik) manat dəbbə; 16 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, LG Tv üçün 1490,94 (bir min dörd yüz doxsan manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 149,09 (bir yüz qırx doqquz manat doqquz qəpik) manat dəbbə; 30 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən paltaryuyan LG, qabyuyan Samsung üçün 1249,20 (bir min iki yüz qırx doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 124,92 (bir yüz iyirmi dörd manat doxsan iki qəpik) manat dəbbə, 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən Samsung tv üçün 738,96 (yeddi yüz otuz səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 73,90 (yetmiş üç manat doxsan qəpik) manat dəbbə; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən soyuducu Hoffmann üçün 662,04 (altı yüz altmış iki manat dörd qəpik) manat ödənilməmiş hissə, 66,20 (altmış altı manat iyirmi qəpik) manat dəbbə, ümumilikdə 6554,06 manat borcu vardır.

18. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı 14 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə aralarında bağlanmış 16 noyabr 2024, 20 noyabr 2024, 28 noyabr 2024, 28 noyabr 2024 və 30 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən “Samsung” markalı soyuducu, zəmanət + 3 il xidməti, LG markalı televizor, “LG” markalı paltaryuyan, “Samsung” markalı qabyuyan, “Samsung” markalı televizor və “Hoffmann” markalı soyuducu almışdır. Lakin o, aldığı malların dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydalara əməl etməmişdir İddiaçı MMC tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

19. 08 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 85,55 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

20. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2024-cü il, 20 noyabr 2024-cü il, 28 noyabr 2024-cü il, 28 noyabr 2024-cü il və 30 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan “Samsung” markalı RT42CB662022WT nömrəli soyuducu, zəmanət + 3 il xidməti, LG 43UT81006LA.AMCN markalı televizor, “LG F2R3HYL6P” markalı paltaryuyan, “Samsung DW60M5052FS/TR (gümüşü)” markalı qabyuyan, “ARİEL LS WHİTE ROSE 450 GR (22), “Samsung TV UE43DU7100UXRU” markalı televizor və “Hoffmann” markalı soyuducu almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də, müqavilələrin predmeti olan əşyaları təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilələrin şərtlərini pozmuşdur.

24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

26. Məhkəmə hesab edir ki, 20 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1817,10 manat borca münasibətdə 181,71 manat dəbbə pulu; 16 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1490,94 manat borca münasibətdə 149,09 manat dəbbə pulu; 30 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1249,20 manat borca münasibətdə 124,92 manat dəbbə pulu; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 738,96 manat borca münasibətdə 73,90 manat dəbbə pulu; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən isə 662,04 manat borca münasibətdə 66,20 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 20 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 10 manat, 16 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 10 manat, 30 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 10 manat, 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 10 manat və 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 10 manat müəyyən edilməlidir.

27. Beləliklə, məhkəmə hesab edir ki, 20 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1817,10 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 16 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1490,94 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 30 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1249,20 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 738,96 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 662,04 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

29. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 20 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1817,10 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 16 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1490,94 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 30 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1249,20 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 738,96 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 662,04 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 6008,24 manat borc Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

30. İddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 85,55 (səksən beş manat əlli beş qəpik) manat dövlət rüsumunun 79,58 (yetmiş doqquz manat əlli səkkiz qəpik) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 5,97 (beş manat doxsan yeddi qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. 20 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1817,10 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 16 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1490,94 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 30 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1249,20 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 738,96 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 28 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 662,04 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 6008,24 (altı min səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 85,55 (səksən beş manat əlli beş qəpik) manat dövlət rüsumunun 79,58 (yetmiş doqquz manat əlli səkkiz qəpik) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 5,97 (beş manat doxsan yeddi qəpik) manat dövlət rüsumu İddiaçınə ail edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar