Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-263/2025 30.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "Ultratek” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı "Ultratek” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 521 manat əsas borc, 51 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 602 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh 11 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək "Ultratek” MMC-nə borcunun olmadığını, həmin borcun əmək haqqından kart vasitəsi ilə tutulduğunu bildirmişdir.
3. Masallı Rayon Məhkəməsinin e-2(050)-4019/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı "Ultratek” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Ultratek” MMC ilə bağlanmış 22 dekabr 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 849 manat olan 1 ədəd mal almışdır. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh “1 ədəd Arcelik A49M 5870 B” markalı televizorun dəyərini 18 ay müddətində hissə-hissə ödəməli idi. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14 noyabr 2024-cü il tarixə 521 manat əsas borcu və 51 manat cərimə borcu yaranmışdır. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə pretenziya məktubu göndərilmiş, lakin təyin olunan müddətdə cavabdeh öhdəliyini icra etməmişdir.
Tərəflərin izahatları:
5. İddiaçı "Ultratek” MMC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, "Ultratek” MMC məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə 27 yanvar 2025-ci il tarixli ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, kreditə uşaq üçün akkumulyatorla işləyən maşın almışdır. Onun kartından mütəmadi olaraq tutulmalar aparılmış və onun həmin maşın üzrə heç bir borcu yoxdur. “Texnomart” mağazasından bir televizor kreditə almış, həmin kredit üzrə aylıq ödənişlər etsə də, sonradan mağaza bağlandığından ödəniş etməmişdir. Həmin kredit müqaviləsində olan imza ona məxsusdur. Əmək haqqından tutulma aparıldığını nəzərə alaraq cərimənin azaldılmasını məhkəmədən xahiş etdi.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. "Ultratek” MMC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli, ******* nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, "Ultratek” MMC tərəfindən Cavabdeh istifadəsinə “Mal” verilmişdir. Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca yerinə yetirməyi öhdəsinə götürmüşdür.
10. 22 dekabr 2021-ci il tarixli 1 saylı əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 849 manat olan “1 ədəd Arcelik A49M 5870 B” markalı televizor üçün hər ayın 22-dən gec olmayaraq 18 ay müddətinə hər ay 45 manat, sonuncu ay 35 manat ödəniş etməlidir.
11. 22 dekabr 2021-ci il tarixli 2 saylı əlavədən görünür ki, ümumi dəyəri 849 manat olan “1 ədəd Arcelik A49M 5870 B” markalı televizor Təhvil-təslim aktına əsasən 22 dekabr 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir.
12. "Ultratek” MMC-nin 14 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 22 dekabr 2021-ci il tarixli, ******* nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 14 noyabr 2024-cü il tarixə 521 manat əsas borcu, 51 manat cərimə borcu, cəmi 572 manat borcu vardır.
13. "Ultratek” MMC-nin Cavabdeh ünvanlandığı 06 noyabr 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, "Ultratek” MMC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "Ultratek” MMC tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (gün ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
14. 11 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "Ultratek” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 22 dekabr 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 849 manat olan “1 ədəd Arcelik A49M 5870 B” markalı televizor almışdır. Nəticədə cavabdehin 521 manat əsas borcu, 51 manat cərimə borcu, cəmi 572 manat borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də, müqavilənin predmeti olan “1 ədəd Arcelik A49M 5870 B” markalı televizoru "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilələrin şərtlərini pozmuşdur.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Məhkəmə hesab edir ki, 51 manat cərimə pulu 521 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 20 manat müəyyən edilməlidir. Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
23. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
Nəticə:
24. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 521 manat əsas borc, 20 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir.
25. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 dekabr 2021-ci il tarixli müqavilə üzrə 521 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 541 (beş yüz qırx bir) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov