Məhkəmə qərarları › İş №e-2(050)-2633/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2633/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2633/2025 08.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MMC. Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2. Tərəflər arasında bağlanmış müqavilə: İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış “Honor” markalı telefon və 1 ədəd aksesuarun alğı-satqısına dair 09 aprel 2024-cü il tarixli, ********* nömrəli müqavilə nisyə alğı-satqı müqaviləsi və Cavabdeh2 arasında bağlanmış 09 aprel 2024-cü il tarixli zaminlik müqaviləsi. Müqavilənin predmeti – nisyə alğı-satqı və zaminlik müqaviləsi. Tələb olunan məbləğ: 09 aprel 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 07 may 2025-ci il tarixə yaranmış 442 manat əsas borc, 66,30 manat cərimə, ümumilikdə 508,30 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqaviləsi, alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh1 09 aprel 2024-cü il tarixli, ********* nömrəli nisyə alğı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən “Honor” markalı telefon və 1 ədəd aksesuar almış, lakin borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı MMC ilə bağlanmış 09 aprel 2024-cü il tarixli, ********* nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 09 aprel 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 07 may 2025-ci il tarixə yaranmış 442 manat əsas borc, 20 manat cərimə, ümumilikdə 462 (dörd yüz altmış iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar