Məhkəmə qərarları › İş №e-2(050)-268/2025

Masallı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(050)-268/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-268/2025 01.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat pul vəsaitinin və 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 6585,40 (altı min beş yüz səksən beş manat qırx qəpik) məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin e-2(027)-2372/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair e-2(027)-2372/2024 saylı mülki işə aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2107” markalı, **-BG-*** nömrə nişanlı avtomobil 02 dekabr 2012-ci il tarixdə Masallı-Xırmandalı şosse yolu ilə Masallı istiqamətində Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X3 az ağır xəsarət almasına və X6 ölümünə səbəb olmuşdur. X3 az ağır xəsarət almasına görə tərəflərindən 1500 (bir min beş yüz) manat məbləğində, X6 ölümünə görə isə 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Masallı Rayon Məhkəməsi tərəfindən 1(050)- 74/2013 nömrəli, 21 avqust 2013-cü il tarixli hökm çıxarılmışdır və hökmə əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə iştirakları olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.

5. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Masallı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

İş materialları:

8. Masallı Rayon Məhkəməsinin 1(050)-74/2013 nömrəli 21 avqust 2013-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

9. 16 iyul 2024-cü il tarixli, CML-0027/2024-AKT215/24 nömrəli sığorta aktının surətindən görünür ki, X1 dəymiş AZ AĞİR zərərə görə sığorta məbləğinin 30%-i, yəni 1500 manat məbləğində ödəniş müəyyən edilmişdir.

10. 16 iyul 2024-cü il tarixli, CML-0027/2024-AKT214/24 nömrəli sığorta aktının surətindən görünür ki, X2 dəymiş zərər ölümlə nəticələndiyinə görə sığorta məbləğinin 100%-i, yəni 5000 manat məbləğində ödəniş müəyyən edilmişdir.

11. 29 iyul 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti X5 1500 manat ödəniş etmişdir.

12. 29 iyul 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti X8 5000 manat ödəniş etmişdir.

13. “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 02 sentyabr 2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh X4 az ağır xəsarət almasına görə 1500 manat məbləğində, X7 ölümünə görə isə 5000 manat məbləğində sığorta pul vəsaitinin 5 gün müddətində subroqasiya hüququna əsasən “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödəməsi, əks təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

14. 16 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 85,40 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

15. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2107” markalı, **-BG-*** nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə X3 az ağır xəsarət almasına və X6 ölümünə səbəb olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Masallı Rayon Məhkəməsi tərəfindən 1(050)-74/2013 nömrəli, 21 avqust 2013-cü il tarixli hökmünə əsasən cavabdeh yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmişdir. X3 az ağır xəsarət almasına görə 1500 (bir min beş yüz) manat məbləğində, X6 ölümünə görə isə 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı 6500 (altı min beş yüz) manat pul vəsaitinin və 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

16. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinə əsasən bu sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.4. əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

20. Məhkəmə qeyd edir ki, “VAZ 2107” markalı, **-BG-*** nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X3 az ağır xəsarət almasına və X6 ölümünə səbəb olmuşdur. Sığorta aktı ilə müəyyən olunur ki, X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində, X2 dəymiş zərər ölümlə nəticələndiyinə görə 5000 manat məbləğində zərər dəymişdir və iddiaçı tərəfindən həmin məbləğdə sığorta ödənişi edilmişdir.

21. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir.

22. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir.

23. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan maddi ziyanın məbləği 6500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

25. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş 85,40 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır.

Nəticə:

26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 manat məbləğində sığorta ödənişi və ödənilmiş 85,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh 6500 (altı min) manat məbləğində sığorta ödənişi və ödənilmiş 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Masallı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar