Məhkəmə qərarları › İş №e-2(050)-2688/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2688/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2688/2024 12.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Asus kompyuter üçün 3904.08 manat ödənilməmiş hissə, 340.92 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Playstation 5, PS 5 oyun pultu üçün 1149.65 manat ödənilməmiş hissə, 285.35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod SKWPC2FT4P İpad AİR 5 markalı planşet üçün 809.36 manat ödənilməmiş hissə, 272.64 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********49650 Samsung Galaxy A33 markalı telefon, Power bank Redmi, 2 ədəd Aiwa qulaqlıq üçün 100 manat ödənilməmiş hissə, 36 manat cərimə, cəmi 6898 manat borcun və 88.98 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ASUS kompüter, PLAYSTATİON 5, PS 5 Oyun pultu, İmei kod SKPWPC2FT4P İPAD AİR 5 markalı planşet, İmei kod **********49650 SAMSUNG GALAXY A33 markalı telefon , POWER BANK REDMİ, 2 ədəd AİWA qulaqlıq almış və nəticədə 6898 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3904.08 manat (24 ay x 162.67 manat + 0 manat ilkin ödəniş) olan ASUS kompüter üçün ümumilikdə, 4245 manat olmaqla ondan, 3904.08 manat ödənilməmiş hissə, 340.92 manat dəbbə borcu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1724.94 manat (18 ay x 95.83 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS 5 Oyun pultu üçün ümumilikdə, 1435 manat olmaqla ondan, 1149.65 manat ödənilməmiş hissə, 285.35 manat dəbbə borcu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1821.06 manat (18 ay x 101.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod SKPWPC2FT4P İPAD AİR 5 markalı planşet üçün ümumilikdə, 1082 manat olmaqla ondan 809.36 manat ödənilməmiş hissə, 272.64 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1081.26 manat (18 ay x 60.07 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********49650 SAMSUNG GALAXY A33 markalı telefon, POWER BANK REDMİ, 2 ədəd AİWA qulaqlıq üçün ümumilikdə 136 manat olmaqla ondan, 100 manat ödənilməmiş hissə, 36 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2568.25 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 02865505 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 24 ay müddətinə ayda 162.67 manat ödəməklə (ilkin ödəniş 0 manat) 3904.08 manat dəyərində Asus kompyuter satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 10785196 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 95.83 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1724.94 manat dəyərində Playstation 5, PS 5 oyun pultu satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 18551166 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 101.17 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1821.06 manat dəyərində İMEİ kod SKWPC2FT4P İpad AİR 5 markalı planşet satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 60.07 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1081.26 manat dəyərində İMEİ kod **********49650 Samsung Galaxy A33 markalı telefon, Power bank Redmi, 2 ədəd Aiwa qulaqlıq satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3904.08 manat ödənilməmiş hissə, 340.92 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1149.65 manat ödənilməmiş hissə, 285.35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 809.36 manat ödənilməmiş hissə, 272.64 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 100 manat ödənilməmiş hissə, 36 manat cərimə, cəmi 6898 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2022-ci tarixli müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 88.98 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 02865505 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 3904.08 manat olan Asus kompyuter hissəhissə, yəni 24 ay müddətində hər ay 162.67 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli, 10785196 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 1724.94 manat olan Playstation 5, PS 5 oyun pultu hissə-hissə, yəni 18 ay müddətində hər ay 95.83 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli, 18551166 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 1821.06 manat olan İMEİ kod SKWPC2FT4P İpad AİR 5 markalı planşet hissə-hissə, yəni 18 ay müddətində hər ay 101.17 manat ödəmək şərti ilə, xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 1081.26 manat olan İMEİ kod **********49650 Samsung Galaxy A33 markalı telefon, Power bank Redmi, 2 ədəd Aiwa qulaqlıq hissəhissə, yəni 18 ay müddətində hər ay 60.07 manat ödəmək şərti ilə satılmış, cavabdeh verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsədə, alıcı öhdəliyini lazımınca icra etməyərək, aylıq ödənişlərində müəyyənləşdirilmiş məbləğdən az ödəniş etmiş, aldığı əşyaların dəyərini tam şəkildə ödəməmiş, onun xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3904.08 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1149.65 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 809.36 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 100 manat əsas borcu var. Müqavilədə ödənişlər üzrə gecikmələr olduğu halda penya ödənilməsi nəzərdə tutulmuşdur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli, 02865505 saylı müqavilə üzrə 40 manat, xx.xx.2023-cü il tarixli, 10785196 saylı müqavilə üzrə 30 manat, xx.xx.2023-cü il tarixli, 18551166 saylı müqavilə üzrə 30 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 10 manat məbləğində saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3904.08 manat ödənilməmiş hissə, 40 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1149.65 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 809.36 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 100 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 6073.09 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 88.98 manat məbləğində pul vəsaitinin 80.84 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3904.08 manat ödənilməmiş hissə, 40 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1149.65 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 809.36 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 100 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 6073.09 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 88.98 manat məbləğində pul vəsaitinin 80.84 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar