Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2704/2025 02.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7234,40 manat pulun və 92,35 qəpik manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçındən 7234,40 manat dəyərində quş yemi almış, lakin bugünədək borc məbləğini qaytarmamışdır. 03 mart 2025ci il tarixdə aralarında aparılan üzləşmə aktı ilə cavab borcunu təsdiq etmişdir.
Tərəflərin izahatları:
3. İddiaçınə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, 27 fevral 2026-cı il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. 06 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki, Cavabdeh “Ət Başlanğıc 10 kisə 400 kq” malı təhvil alaraq akta imza etmişdir.
9. 12 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki, Cavabdeh “Ət Başlanğıc 22 kisə 880 kq”, “Ət böyütmə 30 kisə 1200 kq” malları təhvil alaraq akta imza etmişdir.
10. 23 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki, Cavabdeh “Ət böyütmə 70 kisə 2800 kq” malı təhvil alaraq akta imza etmişdir.
11. 03 yanvar 2025-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, Cavabdeh “Ət böyütmə 70 kisə 2800 kq” malı təhvil alaraq akta imza etmişdir.
12. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Rahib Əliyevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 may 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı MMC-nin Cavabdeh barəsində pul tələbinə dair araşdırma zamanı göstərdiyi xüsusatlar mülki xarakter daşıdığından və mülki qanunvericiliyə əsasən bu qəbildən olan mübahisələrin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulduğundan, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə istinadən həmin xüsusatla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Qərardan görünür ki, Cavabdeh cücələrin böyüdülməsi və bəslənməsi üçün İddiaçı MMC-dən 7243,40 manat dəyərində quş yemi aldığını, lakin hal-hazıradək həmin məbləğdən ödəniş edə bilmədiyini etiraf etmişdir.
13. 03 mart 2025-ci il tarixli üzləşmə aktından görünür ki, 06 dekabr 2024-cü il tarixli satış fakturası Quş yemi broyler başlanğıc, 12 dekabr 2024-cü il tarixli satış fakturası Quş yemi broyler böyütmə, 12 dekabr 2024-cü il tarixli satış fakturası Quş yemi broyler başlanğıc, 23 dekabr 2024-cü il tarixli satış fakturası Quş yemi broyler böyütmə, 03 yanvar 2025-ci il tarixli satış fakturası Quş yemi broyler böyütmə, ümumi dəyəri 7234,40 manat olan malları Cavabdeh İddiaçı MMC-dən təhvil almışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2026-cı il tarixli, 4/2122 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 64-66-cı vərəqlərində olan 12 dekabr 2024-cü il tarixli, 23 dekabr 2024-cü il tarixli və 03 yanvar 2025-ci il tarixli malların təhvil-qəbul aktlarında “Təhvil-aldı:” qrafalarındakı imzalar: 67-ci vərəqində olan 03 mart 2025-ci il tarixli üzləşmə aktında “İmza qrafasında “Cavabdeh” əlyazmaları qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 63-cü vərəqində olan 06 dekabr 2024cü il tarixli malları təhvil-qəbul aktındakı imza ilə 64-66-cı vərəqələrində olan 12 dekabr 2024-cü il tarixli, 23 dekabr 2024-cü il tarixli və 03 yanvar 2025-ci il tarixli malların təhvilqəbul aktlarında “Təhvil-aldı:” qrafalarındakı imzalar və 67-ci vərəqində olan 03 mart 2025ci il tarixli üzləşmə aktında “İmza qrafasında “Cavabdeh” əlyazmaları qarşısındakı imza – Eyni şəxs tərəfindən icra olunmuşdur.
15. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
16. İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 92,35 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
17. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-dən 06 dekabr 2024-cü il tarixli, 12 dekabr 2024-cü il tarixli, 23 dekabr 2024-cü il tarixli və 03 yanvar 2025-ci il tarixli malların təhvil-qəbul aktlarına əsasən ümumi dəyəri 7234,40 manat təşkil edən cücələrin böyüdülməsi və bəslənməsi üçün quş yemi almışdır. Cavabdeh ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, təhvil-qəbul aktların bağlandığı tarixlərdə də, malları təhvil almışdır. Lakin, cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən pulun qaytarılmasını tələb edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir.
20. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
21. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
22. Hazırkı iş üzrə iddiaçı cavabdehdən cücələrin böyüdülməsi və bəslənməsi üçün alınmış quş yeminə görə 7243,40 manat pulun tutulmasını xahiş edir.
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsində verdiyi izahatında İddiaçı MMC-dən 7243,40 manat dəyərində quş yemi aldığını, lakin hal-hazıradək həmin məbləğdən ödəniş edə bilmədiyini etiraf etmişdir. Eyni zamanda təhvil-qəbul aktlarından və üzləşmə aktından Cavabdeh İddiaçı MMC-dən 7243,40 manat dəyərində quş yemini təhvil alması sübut olunur. Tərəflər arasında nisyə alğı-satqı ilə bağlı müqavilə olmadığından cavabdeh hüquqi əsas olmadan, yəni müqavilə əsası olmadan iddiaçı tərəfindən ona verilən 7243,40 manat dəyərində malın hesabına varlanmış hesab olunur. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də, cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş malın dəyərini geri qaytarması barədə öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.
25. Beləliklə, iddiaçının cavabdehə 7234,40 manat dəyərində quş yemi satması işin mübahisəsiz halıdır.
26. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 7234,40 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
29. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 92,35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (keçiriləcək hesab: büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı, X1, Kodu - 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab- AZ34CTRE********************) hesabına köçürülməlidir.
Nəticə:
31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, 7234,40 manat məbləğində pul və 92,35 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
32. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 7234,40 (yeddi min iki yüz otuz dörd manat qırx qəpik) manat məbləğində pul və 92,35 (doxsan iki manat otuz beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (keçiriləcək hesab: büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı, X1, Kodu - 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab- AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Elşən Hüseynov