Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2835/2023 22.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Realme qulaqlıq üçün 102 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yüksək təzyiqli yuyucu aparat üçün 259.92 manat ödənilməmiş hissə, 25.08 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********51327 Xiaomi Mİ 11 markalı telefon üçün 1020 manat ödənilməmiş hissə, 102 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********18442 Samsung Galaxy A01 markalı telefon, X2 üçün 152.7 manat ödənilməmiş hissə, 15.3 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********16405 X1 8 markalı telefon üçün 168.7 manat ödənilməmiş hissə, 16.3 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********41827 X1 10 markalı telefon üçün 183.9 manat ödənilməmiş hissə, 18.1 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Perferator Total, Plastik boru birləşdirən ütü Total üçün 326.2 manat ödənilməmiş hissə, 32.8 manat cərimə, cəmi 2433 manat borcun və 44.33 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il il tarixlərindəki müqavilələrinə əsasən REALME qulaqlıq, yüksək təzyiqli yuyucu aparat, İmei kod **********51327 XİAOMİ Mİ 11 markalı telefon, İmei kod **********18442 SAMSUNG GALAXY A01 markalı telefon, X2, İmei kod **********16405 X1 8 markalı telefon, İmei kod **********41827 X1 10 markalı telefon, Perferator Total, Plastik boru birləşdirən ütü Total almış və nəticədə 2433 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğısatqı qiyməti 126 manat (18 ay x 7 manat + 0 manat ilkin ödəniş) olan REALME qulaqlıq üçün 112 manat olmaqla ondan, 102 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 259.92 manat (18 ay x 14.44 manat + 0 manat ilkin ödəniş) olan yüksək təzyiqli yuyucu aparat üçün 285 manat olmaqla ondan 259.92 manat ödənilməmiş hissə, 25.08 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1127.7 manat (18 ay x 60 manat + 47.7 manat ilkin ödəniş) olan İmei kod **********51327 XİAOMİ Mİ 11markalı telefon üçün 1122 manat olmaqla ondan 1020 manat ödənilməmiş hissə, 102 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 343.8 manat (18 ay x 19.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********18442 SAMSUNG GALAXY A01 markalı telefon, X2 üçün 168 manat olmaqla ondan 152.7 manat ödənilməmiş hissə, 15.3 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 481.2 manat (18 ay x 24.9 manat + 33 manat ilkin ödəniş) olan İmei kod **********16405 X1 8 markalı telefoünçün 185 manat olmaqla ondan 168.7 manat ödənilməmiş hissə, 16.3 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 737.2 manat (18 ay x 36.9 manat + 73 manat ilkin ödəniş) olan İmei kod **********41827 X1 10 markalı telefon üçün 202 manat olmaqla ondan 183.9 manat ödənilməmiş hissə, 18.1 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 419.4 manat (18 ay x 23.3 manat + 0 manat ilkin ödəniş) olan Perferator Total, Plastik boru birləşdirən ütü Total 359 manat olmaqla ondan 326.2 manat ödənilməmiş hissə, 32.8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1281.8 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 040732 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 7 manat ödəməklə (ilkin ödəniş 0 manat) 126 manat dəyərində Realme qulaqlıq satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 14.44 manat ödəməklə (ilkin ödəniş 0 manat) 259.92 manat dəyərində yüksək təzyiqli yuyucu aparat satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 60 manat ödəməklə (ilkin ödəniş 47.7 manat) 1127.7 manat dəyərində İMEİ kod **********51327 Xiaomi Mİ 11 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 22333578 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 19.1 manat ödəməklə (ilkin ödəniş 0 manat) 343.8 manat dəyərində İMEİ kod **********18442 Samsung Galaxy A01 markalı telefon, X2 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 24031701 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 24.9 manat ödəməklə (ilkin ödəniş 33 manat) 481.2 manat dəyərində İMEİ kod **********16405 X1 8 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 22446407 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 36.9 manat ödəməklə (ilkin ödəniş 73 manat) 737.2 manat dəyərində İMEİ kod **********41827 X1 10 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 24029399 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 23.3 manat ödəməklə (ilkin ödəniş 0 manat) 419.4 manat dəyərində Perferator Total, Plastik boru birləşdirən ütü Total satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsas borc hissədə əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 10.2 manat məbləğində saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 102 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 259.92 manat ödənilməmiş hissə, 25.08 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1020 manat ödənilməmiş hissə, 10.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 152.7 manat ödənilməmiş hissə, 15.3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 168.7 manat ödənilməmiş hissə, 16.3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 183.9 manat ödənilməmiş hissə, 18.1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 326.2 manat ödənilməmiş hissə, 32.8 manat cərimə, cəmi 2341.2 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 44.33 manat məbləğində pul vəsaitinin 42.66 manat məbləğində hissəsi tutularaq "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-2835/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2835/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver