Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2853/2023 25.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 dekabr 2022-ci il tarixli, OMD-084-0051-22 saylı nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 548 manat əsas, 27.59 manat cərimə, cəmi 575.59 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2022-ci il tarixli, OMD-084-0051-22 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehdən 548 manat əsas, 27.59 manat cərimə, cəmi 575.59 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, OMD-084-0051-22 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən təhvil-təslim aktında qeyd edilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malların 734 manat məbləğində olan dəyərini 12 ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə üzrə iddiaçı malları cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərin icrasından yayınmaqdadır. 16 dekabr 2022-ci il tarixli, OMD-084-0051-22 saylı nisyə alğısatqı müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin 16 iyun 2023-cü il tarixinə 548 manat əsas borc, 27.59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 575.59 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş Cavabdeh tərəfindən imzalanmış iddiaya qarşı etirazda göstərilmişdir ki, iddiçı ilə aralarında bağlanmış müqavilə əsasında 734 manat dəyərində istilik sisteminin dəyərini 12 ay müddətinə ödəmək şərti ilə almışdır. 3 ay ödəniş etdikdən sonra xx.xx.2023-cü il tarixdə istilk sistemi heç bir kənar təsir olmadan, elektrik cərəyanında nasazlıq olmadan reduktorunda olan problemə görə yanmış və məhv olmuşdur. Yanğın barədə FHN-ə məlumat vermiş, yanğın söndürülmüş, bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. İstilik sistemi alınarkən ona 2 il zəmanət verilmişdir. İstilik sistemi onun təqsiri səbəbindən məhv olmamış, öz probleminə görə yanmışdır. Ondan əsassız olaraq istilik sisteminin pulu tələb edilir. Ondan əsassız pul tələb olunur. Məsələ ətraflı araşdırılmalı, borcun yaranma səbəbi, satıcının keyfiyyətsiz məhsul satması halları araşdırılmalı və qətnamə qəbul edilməlidir. Buna görə də, işə iddia icraatı qaydasında baxılmalıdır. Odur ki, mülki iş üzrə sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə cavabdehin işə iddia icraatı qaydasında baxılması barədə xahişinə münasibətdə bildirir ki, kiçik iddialara dair işlərə iddia icraatında baxılmasının imperativliyi MPM-in 284-5.4-cü maddəsində nəzərdə tutulmuşdur. Cavabdehin iddiaya qarşı etiraz ilə müraciət etməsi həmin işə iddia icraatı qaydasında baxılması üçün mütləq əsas deyil. Məhkəmə işə baxarkən MPM-in 284-5.4-cü maddəsininin tələblərini nəzərə almış və işə iddia icraatı qaydasında baxılması üçün əsas müəyyən etməmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2022-ci il tarixli, OMD-084-0051-22 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" MMC hər ay 62 manat ödəmək şərti ilə 734 manat olan “Sanica” markalı kombini Cavabdeh nisyə satmağı, cavabdeh isə malı qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müvafiq bəndlərində görünür ki, ödəniş ödəniş cədvəlinə uyğun şəkildə həyata keçirilmədiyi təqdirdə “Alıcı” ödənişin hər gecikdirdiyi gün üzrə ödəniş cədvəlində göstərilən aylıq ödənişinin ödənilməyən məbləğinin 0,5 % faizi həcmində əlavə dəbbə pulu ödəməyi öhdəsinə götürür (m. 2.6). “Alıcı” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğinin 60 gün ödəmədikdə və ya müqavilənin şərtlərinə uyğun qaydada ödəmədikdə müavilə məbləğinin vaxtından əvvəl tam ödənilməsini “Alıcı” dan tələb etmək (m.3.2.1).; “Alıcı” öhdəliklərini müqavilə və ya onun əlavələrinə müvafiq surətdə yerinə yetirmədiyi halda və ya müqavilənin əlavələrində göstərilən ödəmə ardıcıllığına, ardıcıl olaraq 2 dəfə əməl etmədikdə, yəni ödənişi gecikdirdikdə, ödəmədikdə və ya tam ödəmədikdə, “Satıcı” əsas borc və əgər varsa, faiz borcunun və hesablanmış cərimənin “Alıcı” dan “Satıcı” nın xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət etmək “Satıcı” nın hüququdur (m.3.2.3). “Satıcı” “Alıcı” nı 1 təqvim ayı yazılı xəbərdarlıq etməklə etməklə aşağıdakı halda müqaviləni birtərəfli qaydada ləğv edə və müqavilə məbləğinin (əsas məbləğ, hesablanmış cərimələr və s. daxil olmaqla vaxtından əvvəl tələb edə bilər: c. “Alıcı” müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə (m.5.1). İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 09 iyun 2023-cü il tarixli bildirişdən görünür ki, borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə yaranmış borcun tam şəkildə qaytarılması barədə tədbir görüləcəyi bildirilmiş və bildiriş 20 iyun 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. 11 aprel 2023-cü il tarixli qüsur aktından görünür ki, qaz reduktoru olan hissədən qaz sızması nəticəsində kombinin içinə qaz dolaraq partlayış baş vermiş və yaranan yanğın nəticəsində kombi yanaraq kül olmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 548 manat əsas, 27.59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 575.59 manat borcu vardır. Göründüyü kimi Cavabdeh alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, 16 dekabr 2022-ci il tarixli, OMD-084-0051-22 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh ona satılmış əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə 62 manat ödəniş etdikdən sonra onun 548 manat borcu qalmalı idi. İddiaçı da hazırda əsas borc kimi 548 manat tələb edir. Yəni, cavabdeh xx.xx.2023-cü il tarixdə ödəməli olduğu 62 manat ödənişdən sonra neçə aydır ki, ödəniş etmir, tərəflər arasında bağlanmış müqavilənin tələbləri baxımından iddiaçının müqavilə üzrə ödənişi tam şəkildə tələb etmək hüququ var. İş materiallarından istilk sisteminin iddiaçı "xxxx" MMC tərəfindən quraşdırılması müəyyən edilmir. İstilik sisteminin zəmanət ilə verilməsi onun hər cür problem nəticəsində yararsız hala düşməsinə görə satıcının məsuliyyət daşıması kimi qiymətləndirilə bilməz. 11 aprel 2023-cü il tarixli qüsur aktından da görünür ki, qaz reduktoru olan hissədən qaz sızması nəticəsində kombinin içinə qaz dolaraq partlayış baş vermiş və yaranan yanğın nəticəsində kombi yanaraq kül olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğlərini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 16 dekabr 2022-ci il tarixli, OMD-084-0051-22 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 548 manat əsas borc, 27.59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 575.59 manat, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-2853/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2853/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver