Məhkəmə qərarları › İş №e-2(050)-2857/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2857/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2857/2025 30.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh müqavilələr üzrə yaranmış 10309.14 manat borcun və 120.93 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********94099 SAMSUNG GALAXY A55 üçün 1082.96 manat ödənilməmiş hissə, 108.3 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********30953 SAMSUNG GALAXY A55 üçün 1007.96 manat ödənilməmiş hissə, 100.8 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********81048 SAMSUNG GALAXY A55 üçün 926.92 manat ödənilməmiş hissə, 92.69 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********93806 SAMSUNG GALAXYA35 üçün 882.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 88.20 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********35335 SAMSUNG GALAXY A25 üçün 680 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 68 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********80794 SAMSUNG GALAXY A25 üçün 564.96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 56.50 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********69662SAMSUNG GALAXY A25 üçün 447.09 manat ödənilməmiş hissə, 44.71 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********43801 XİAOMİ REDMİ NOTE 13 üçün , 421.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum 42.19 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, ZƏRBƏLİ DREL BOSCH, LAQONDABOSCH üçün 420.95 manat ödənilməmiş hissə, 42.10 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********69067 SAMSUNG GALAXYA24 üçün 416.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 41.69 manat dəbbə, xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən İmei kod **********43575 SAMSUNG GALAXY A15 üçün, 361.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 36.10 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********18841 SAMSUNG GALAXY A24 üçün, 360.45 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum 36.05 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********79631 SAMSUNG GALAXY A16 üçün 313.92 manat ödənilməmiş hissə, 31.39 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********25839 SAMSUNG GALAXY A06 üçün 289.98 manat ödənilməmiş hissə, 29 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********74251 SAMSUNG GALAXY A24 üçün 239.6 manat ödənilməmiş hissə, 23.96 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********89889 SAMSUNG GALAXY A24 üçün 214.87 manat ödənilməmiş hissə, 21.49 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən DREL-ŞURUP BAĞLAYAN TOTAL, LAQONDA TOTAL üçün 169.02 manat ödənilməmiş hissə, 16.9 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən LAQONDA BOSCH üçün 144 manat ödənilməmiş hissə, 14.4 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən DREL- ŞURUP BAĞLAYAN İSKRA üçün 142.2 manat ödənilməmiş hissə, 14.22 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********09362 SAMSUNG GALAXY A14 üçün 134.94 manat ödənilməmiş hissə, 13.49 manat dəbbə, cəmi 10309.14 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 63.72 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1191.26 manat dəyərində İmei kod **********94099 SAMSUNG GALAXY A55 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 63 manat ödəməklə (ilkin ödəniş 12.96 manat) 1146.96 manat dəyərində İmei kod **********30953 SAMSUNG GALAXYA55 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 57.94 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1042.92 manat dəyərində İmei kod **********81048 SAMSUNG GALAXYA55 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 51.89 manat ödəməklə (ilkin ödəniş 4 manat) 938 manat dəyərində İmei kod **********93806 SAMSUNG GALAXYA35 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 40 manat ödəməklə (ilkin ödəniş 9 manat) 729 manat dəyərində İmei kod **********35335 SAMSUNG GALAXY A25 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 34.72 manat ödəməklə (ilkin ödəniş 0 manat) 624.96 manat dəyərində İmei kod **********80794 SAMSUNG GALAXY A25 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 34.72 manat ödəməklə (ilkin ödəniş 0 manat) 624.96 manat dəyərində İmei kod **********69662 SAMSUNG GALAXYA25 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 24.83 manat ödəməklə (ilkin ödəniş 0 manat) 451.94 manat dəyərində İmei kod **********43801 XİAOMİ REDMİ NOTE 13 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 26.35 manat ödəməklə (ilkin ödəniş 0 manat) 474.3 manat dəyərində 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, ZƏRBƏLİ DREL BOSCH, LAQONDA BOSCH satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 29.83 manat ödəməklə (ilkin ödəniş 0 manat) 536.94 manat dəyərində İmei kod **********69067 SAMSUNG GALAXY A24 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 21.28 manat ödəməklə (ilkin ödəniş 0 manat) 383.04 manat dəyərində İmei kod **********43575 SAMSUNG GALAXY A15 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 27.8 manat ödəməklə (ilkin ödəniş 0 manat) 500.4 manat dəyərində İmei kod **********18841 SAMSUNG GALAXY A24 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 20.94 manat ödəməklə (ilkin ödəniş 5 manat) 381.92 manat dəyərində İmei kod **********79631 SAMSUNG GALAXY A16 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 16.11 manat ödəməklə (ilkin ödəniş 0 manat) 2289.98 manat dəyərində İmei kod **********25839 SAMSUNG GALAXY A06 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 24.3 manat ödəməklə (ilkin ödəniş 150 manat) 587.4 manat dəyərində İmei kod **********74251 SAMSUNG GALAXY A24 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 32.61 manat ödəməklə (ilkin ödəniş 0 manat) 586.98 manat dəyərində İmei kod **********89889 SAMSUNG GALAXY A24 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 15.11 manat ödəməklə (ilkin ödəniş 0 manat) 271.98 manat dəyərində DREL-ŞURUP BAĞLAYAN TOTAL, LAQONDATOTAL satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 9 manat ödəməklə (ilkin ödəniş 0 manat) 162 manat dəyərində LAQONDA BOSCH satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 8.4 manat ödəməklə (ilkin ödəniş 9 manat) 160.2 manat dəyərində DREL ŞURUP BAĞLAYAN İSKRA satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 22.83 manat ödəməklə (ilkin ödəniş 0 manat) 410.94 manat dəyərində İmei kod **********09362 SAMSUNG GALAXY A14 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilələrə əsasən cəmi 10309.14 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 120.93 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən müqavilələrə əsasən cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək, iddia tələbində qeyd edilən məbləğlərdə borcunu iddiaçıya qaytarmamışdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilələrdən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 10.83 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 10.08 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 9.27 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 8.82 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 6.8 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 5.65 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 4.47 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 4.22 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 4.21 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə 4.17 manat, xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən 3.61 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 3.60 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 3.14 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2.9 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 2.34 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 2.15 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1.69 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1.44 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1.42 manat, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1.35 manat məbləğində saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1082.96 manat ödənilməmiş hissə, 10.83 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1007.96 manat ödənilməmiş hissə, 10.08 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 926.92 manat ödənilməmiş hissə, 9.27 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 882.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 8.82 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 680 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 6.8 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 564.96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 5.65 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 447.09 manat ödənilməmiş hissə, 4.47 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 421.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum 4.22 manat dəbbə, xx.xx.2024ci il tarixli müqaviləyə əsasən 420.95 manat ödənilməmiş hissə, 4.21 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 416.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 4.17 manat dəbbə, xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən 361.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 3.61 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 360.45 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum 3.60 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 313.92 manat ödənilməmiş hissə, 3.14 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 289.98 manat ödənilməmiş hissə, 2.9 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 239.6 manat ödənilməmiş hissə, 2.34 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 214.87 manat ödənilməmiş hissə, 2.15 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 169.02 manat ödənilməmiş hissə, 1.69 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 144 manat ödənilməmiş hissə, 1.44 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 142.2 manat ödənilməmiş hissə, 1.42 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 134.94 manat ödənilməmiş hissə, 1.35 manat dəbbə, cəmi 9479.12 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 120.93 manat məbləğində pul vəsaitinin 114.79 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1082.96 manat ödənilməmiş hissə, 10.83 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1007.96 manat ödənilməmiş hissə, 10.08 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 926.92 manat ödənilməmiş hissə, 9.27 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 882.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 8.82 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 680 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 6.8 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 564.96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 5.65 manat dəbbə, xx.xx.2024ci il tarixli müqaviləyə əsasən 447.09 manat ödənilməmiş hissə, 4.47 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 421.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum 4.22 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 420.95 manat ödənilməmiş hissə, 4.21 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 416.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 4.17 manat dəbbə, xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən 361.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 3.61 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 360.45 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum 3.60 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 313.92 manat ödənilməmiş hissə, 3.14 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 289.98 manat ödənilməmiş hissə, 2.9 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 239.6 manat ödənilməmiş hissə, 2.34 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 214.87 manat ödənilməmiş hissə, 2.15 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 169.02 manat ödənilməmiş hissə, 1.69 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 144 manat ödənilməmiş hissə, 1.44 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 142.2 manat ödənilməmiş hissə, 1.42 manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 134.94 manat ödənilməmiş hissə, 1.35 manat dəbbə, cəmi 9479.12 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 120.93 manat məbləğində pul vəsaitinin 114.79 manat məbləğində hissəsi tutularaq "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar