Məhkəmə qərarları › İş №e-2(050)-2881/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2881/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2881/2025 17.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74460 Xiaomi Redmi note 13 markalı telefon, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti üçün 670.12 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 67.01 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11868 Xiaomi Redmi note 13 markalı telefon, Paket L xidməti, Qızıl zəmanət Ultra 2 il xidməti üçün 394.15 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 39.42 manat cərimə, cəmi 1217.90 manat borcun və 32.18 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74460 Xiaomi Redmi note 13 markalı telefon, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti, İMEİ kodu **********11868 Xiaomi Redmi note 13 markalı telefon, Paket L xidməti, Qızıl zəmanət Ultra 2 il xidməti almış və nəticədə 1217.90 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 766.62 manat (18 ay x 42.59 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********74460 Xiaomi Redmi note 13 markalı telefon, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti üçün ümumilikdə 760.73 manat olmaqla ondan 670.12 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, güzəşt olunaraq 67.01 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 720 manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********11868 Xiaomi Redmi note 13 markalı telefon, Paket L xidməti, Qızıl zəmanət Ultra 2 il xidməti üçün ümumilikdə 457.17 manat olmaqla ondan 394.15 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, güzəşt olunaraq 39.42 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 422.35 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 02628436 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 42.59 manat ödəməklə (ilkin ödəniş 0 manat) 766.62 manat dəyərində İMEİ kodu **********74460 Xiaomi Redmi note 13 markalı telefon, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 18713750 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 60 manat ödəməklə (ilkin ödəniş 0 manat) 720 manat dəyərində İMEİ kodu **********11868 Xiaomi Redmi note 13 markalı telefon, Paket L xidməti, Qızıl zəmanət Ultra 2 il xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024cü il tarixli, 02628436 saylı müqavilə üzrə 6.70 manat, xx.xx.2024-cü il tarixli, 18713750 saylı müqavilə üzrə 3.94 manat məbləğində saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 670.12 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 6.70 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 394.15 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 3.94 manat cərimə, cəmi 1122.11 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 32.18 manat məbləğində pul vəsaitinin 31.22 manat məbləğində hissəsi tutularaq "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar