Məhkəmə qərarları › İş №e-2(050)-2903/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2903/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2903/2025 02.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 17 manat olmaqla, cəmi 299,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2025-ci il tarixədək iddiaçıya 180,9 manat əsas borc, 27,1 manat cərimə, cəmi 208 manat borcu yaranmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla, cəmi 479,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2025-ci il tarixədək iddiaçıya 290,9 manat əsas borc, 43,6 manat cərimə, cəmi 334,5 manat borcu yaranmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 6 manat olmaqla, cəmi 114,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2025ci il tarixədək iddiaçıya 72,9 manat əsas borc, 10,9 manat cərimə, cəmi 83,8 manat borcu yaranmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 704,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2025-ci il tarixədək iddiaçıya 424,9 manat əsas borc, 63,7 manat cərimə, cəmi 488,6 manat borcu yaranmışdır. Ümumilikdə isə dörd müqavilə üzrə 969,6 manat əsas, 145,3 manat cərimə, 1114,9 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcun ödənilməsi barədə rəsmi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq bu vaxta kimi öhdəliklərini icra etməmişdir. İddiaçının tələbi: xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 180,9 manat əsas 27,1 manat cərimə cəmi 208 manat borc, xx.xx.2024cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 290,9 manat əsas 43,6 manat cərimə cəmi 334,5 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 72,9 manat əsas, 10,9 manat cərimə, cəmi 83,8 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 424,9 manat əsas, 63,7 manat cərimə, cəmi 488,6 manat borc, ümumilikdə dörd müqavilə üzrə 969,6 manat əsas, 145,3 manat cərimə, 1114,9 manat cəmi borcun və 31,15 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı MMC-nin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2024-cü il tarixli ********* saylı və xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh əşyalar verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixədək iddiaçıya 72,9 manat əsas borc, 109 manat cərimə, cəmi 181,90 manat borcu yaranmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixədək iddiaçıya 290,9 manat əsas borc, 436 manat cərimə, cəmi 726,90 manat borcu yaranmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixədək iddiaçıya 180,9 manat əsas borc, 271 manat cərimə, cəmi 451,90 manat borcu yaranmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixədək iddiaçıya 424,9 manat əsas borc, 637 manat cərimə, cəmi 1061,90 manat borcu yaranmışdır. İşdə olan xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC Cavabdeh borc ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 31,15 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malı dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borc hissədə təmin, cərimə borcun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə tələb olunan cərimə məbləğinin azaldılaraq 15 manat, 20xx.xx.2024cü il tarixli ********* saylı müqavilə üzrə tələb olunan cərimə məbləğinin azaldılaraq 25 manat, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə tələb olunan cərimə məbləğinin azaldılaraq 30 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 180,9 manat əsas 15 manat cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 290,9 manat əsas 25 manat cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 72.9 manat əsas, 10.9 manat cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 424,9 manat əsas, 30 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə 969,6 manat əsas, 145,3 manat cərimə, ümumilikdə, 1050 (min əlli) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 180,9 manat əsas 15 manat cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 290,9 manat əsas 25 manat cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 72,9 manat əsas, 10,9 manat cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 424,9 manat əsas, 30 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə 969,6 manat əsas, 145,3 manat cərimə, ümumilikdə, 1050 (min əlli) manat borc və 31,15 (otuz bir manat, 15 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar