Məhkəmə qərarları › İş №e-2(050)-2965/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2965/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2965/2024 15.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Apple Macbook AİR 13 markalı kompüter üçün 3593.76 manat ödənilməmiş hissə, 545.24 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Vinil mat, İmei kod **********44901 Xıaomı Redmı 12 markalı telefon, İmei kod **********80327 Xıaomı Redmı 12 markalı telefon üçün 997.46 manat ödənilməmiş hissə, 170.54 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********38914 Oppo A17 markalı telefon, 2 ədəd Sbs Nubox markalı qulaqlıq, İmei kod **********85198 Oppo A17 markalı telefon üçün 144.10 manat ödənilməmiş hissə, 41.90 manat cərimə, ümumilikdə 5493 manat manat borcun və 74.93 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il, tarixli müqavilələrə əsasən, Apple Macbook AİR 13 markalı kompüter, 2 ədəd Vinil mat, İmei kod **********44901 Xıaomı Redmı 12 markalı telefon, İmei kod **********80327 Xıaomı Redmı 12 markalı telefon, İmei kod **********38914 Oppo A17 markalı telefon, 2 ədəd Sbs Nubox markalı qulaqlıq, İmei kod **********85198 Oppo A17 markalı telefon almış və nəticədə 5493 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3652.92 manat (18 ay x 202.94 manat + 0 manat ilkin ödəniş) olan Apple Macbook AİR 13 markalı kompüter üçün ümumilikdə, 4139 manat olmaqla, 3593.76 manat ödənilməmiş hissə, 545.24 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1228.05 manat (15 ay x 81.87 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Vinil mat, İmei kod **********44901 Xıaomı Redmı 12 markalı telefon, İmei kod **********80327 Xıaomı Redmı 12 markalı telefon üçün ümumilikdə, 1168 manat olmaqla, 997.46 manat ödənilməmiş hissə, 170.54 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1043.40 manat (15 ay x 69.56 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********38914 Oppo A17 markalı telefon, 2 ədəd Sbs Nubox markalı qulaqlıq, İmei kod **********85198 Oppo A17 markalı telefon üçün ümumilikdə, 186 manat olmaqla, 144.10 manat ödənilməmiş hissə, 41.90 manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində İmei kod **********38914 OPPO A17 markalı telefon, İmei kod **********85198 OPPO A17 markalı telefon və 2 ədəd QİZİL ZƏMANƏT ULTRA1 İL xidmətindən imtina etmiş və məhsul 879 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 20.30 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 879 manat, ümumilikdə, 899.30 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 289.75 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş 26 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli oğlduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmişdir. Lakin, Cavabdeh məhkəmə hazırlıq iclası zamanı ərizə ilə müraciət edərək iddianı qəbul etdiyini, dəbbə pulu hissəsində ona köməklik göstərilməsini və Bakı şəhərində yaşamaqla himayəsində iki azyaşlı ölvadı olduğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsin dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 03 noyabr 2023-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 18 ay müddətinə 3652,92 manat dəyərində Apple Macbook AİR 13 markalı kompüter satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. - 06 oktyabr 2023-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 15 ay müddətinə 1228,08 manat dəyərində 2 ədəd Vinil mat, İmei kod **********44901 Xıaomı Redmı 12 markalı telefon, İmei kod **********80327 Xıaomı Redmı 12 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. - 03 oktyabr 2023-cü il tarixli, 02066062 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 15 ay müddətinə 1044,88 manat dəyərində İmei kod **********38914 Oppo A17 markalı telefon, 2 ədəd Sbs Nubox markalı qulaqlıq, İmei kod **********85198 Oppo A17 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. - 01 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 noyabr 2023-cü il tarixli, ******* saylı müqaviləyə əsasən iddiaçı "xxxx" MMC-yə 3593.76 manat əsas, 545.24 manat cərimə, cəmi 4139 manat, 06 oktyabr 2023-cü il tarixli, ******* saylı müqaviləyə əsasən 997.46 manat əsas, 170.54 manat cərimə, cəmi 1168 manat, 03 oktyabr 2023-cü il tarixli, 02066062 saylı müqaviləyə əsasən 144.10 manat əsas, 41.90 manat cərimə, cəmi 186 manat olmaqla ümumilikdə 5493 manat borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə ödənilməli olan əsas borcu və cəriməni ödəməmişdir. Halbuki, 03 noyabr 2023-cü il tarixli ******* saylı, 06 oktyabr 2023-cü il tarixli ******* saylı və 03 oktyabr 2023-cü il tarixli 02066062 saylı kredit müqavilələrinə əsasən cavabdeh S.Cavabdeh ona nisyə satılmış malların dəyərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh S.Cavabdeh iddiaçı "xxxx" MMC-dən nisyə aldığı əşya üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, kredit razılaşması üzrə 545.24 manat cərimə pulunun miqdarı 25 manat, 170.54 manat cərimə pulunun miqdarı 10 manat, 41.90 manat cərimə pulunun miqdarı 5 manat həddinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf etməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanuna zidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 74 (yetmiş dörd) manat 93 qəpik dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 03 noyabr 2023-cü il tarixli, ******* saylı müqaviləyə əsasən əsas borca görə 3593.76 manat, cəriməyə görə 25 manat, cəmi 3618.76 manat, 06 oktyabr 2023-cü il tarixli, ******* saylı müqaviləyə əsasən əsas borca görə 997,46 manat əsas, cəriməyə görə 10 manat, cəmi 1007.46 manat, 03 oktyabr 2023-cü il tarixli, 02066062 saylı müqaviləyə əsasən əsas borca görə 144,10 manat əsas, cəriməyə görə 5 manat, cəmi 149.10 manat və dövlət rüsumuna görə 74.93 manat olmaqla, ümumilikdə 4850 (dörd min səkkiz yüz əlli) manat 25 qəpik məbləğində pul alınaraq “ABC Telecom“ MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar