Məhkəmə qərarları › İş №e-2(050)-299/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-299/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-299/2025 16.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: Cаri ilin оktyаbr аyının 14-də cаvаbdеh Yusif Həsənоv ondan 2600 mаnаt dəyərində 10 bаş quzunu nisyə аlаrаq pulunu 1 həftə sоnrа, yəni оktyаbr аyının 21-də vеrəcəyini bildirmişdir. Lаkin о, həmin müddət ərzində pulu ödəməmişdir. Hər dəfə müхtəlif bəhаnələr gətirən cаvаbdеh qеyd оlunаn mаlın pulunu bu vахtаdək ödəməmişdir. Bununlа bаğlı Mаsаllı RPŞ-yə mürаciət etmiş, аpаrılаn аrаşdırmа zаmаnı cаvаbdеh həqiqətən də ondan qеyd оlunаn dəyərdə nisyə mаl аlmаsını bildirmiş, pulunu yахın müddət ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Lаkin bunа bахmаyаrаq yеnə də о, öhdəliyini icrа еtməmişdir. Nəticədə məhkəməyə mürаciət еtmək məcburiyyətində qаlаrаq dövlət rüsumunа görə 46 mаnаt, vəkilin hüquqi хidmətinə görə 300 mаnаt və nоtаriаt хərcinə görə 20 mаnаt ödəməli оlmuşdur. İddiaçının tələbi: Cаvаbdеh Həsənоv Yusif Bаbа оğlundаn nisyə аldığı mаllаrın dəyəri оlаn 2600 mаnаt pulun, həmçinin hüquqi хidmətə görə ödədiyi 300 mаnаt, dövlət rüsumunа görə ödədiyi 46 mаnаt, nоtаriаt хərci kimi ödədiyi 20 manat pulun, cəmi 2966 mаnаt pulun аlınаrаq ona vеrilməsi bаrədə qətnаmə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh ondan ümumi dəyəri 2600 manat olan 10 baş xırdabuynuzlu heyvanı nisyə satın almış, pulunu qısa müddətə ödəyəcəyini bildirmişdir. Lakin dəfələrlə ondan pulu tələb etsə də, cavabdeh pulu ödəməkdən yayınmaqla onu aldatmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı Rayon Polis Şöbəsində Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, sonuncu xx.xx.2024-cü il tarixdə İddiaçı 10 baş xırdabuynuzlu heyvan satın almışdır. Maddi imkanı olmadığından 2600 manat pulu 5 gün ərzində verəcəyini bildirmiş, lakin ödəyə bilməmişdir. Qısa müddət ərzində 2600 manat pulu ödəyəcəyini bildirmişdir. CD diskdə təqdim edilmiş səs yazılarla da Cavabdeh iddiaçıya 2600 manat borcunun olması təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən vəkilə 300 manat ödəniş edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı notariat xərcləri üçün 20 manat dövlət rüsumu ödəmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 46 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malın dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Belə ki, İddiaçı heyvan alqı-satqısı ilə məşğul olur. Cavabdehlə aralarında nisyə alğısatqı münasibətləri olmuşdur. Cavabdehə 2600 manat dəyərində 10 baş xırdabuynuzlu heyvanı satmış, lakin cavabdeh alqı-satqı müqaviləsi üzrə heyvanların dəyərini ödəməmişdir. Qeyd edilən hal məhkəməyə təqdim edilmiş səs yazılar və Masallı RPŞ-də alınmış cavabdehin etirafedici izahatı ilə də təsdiqini tapmışdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 46 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 930, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) mаnаt pul, hüquqi хidmətə görə 300 (üç yüz) mаnаt, notariat xərci 20 manat, dövlət rüsumunа görə 46 (qırx altı) manat pul alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar