Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3019/2023 27.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı ASC Cavabdeh qarşı pul tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 2499,4 manat əsas, 749,8 manat cərimə, cəmi 3249,2 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 449,4 manat əsas, 134,8 AZN cərimə, cəmi 584,2 manat borc, ümumilikdə iki müqavilə üzrə 2948,8 manat əsas, 884,6 manat cərimə, cəmi 3833,4 manat borcun və 58,33 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir. Masallı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(050)-3019/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə yazılı ərizə göndərərək, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 58,33 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılırsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin, iddiaçı "xxxx" MMC tərəfindən X1 ilə ödənilmiş (xx.xx.2023-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************, transaksiya nömrəsi: **********79) 58,33 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC tərəfindən X1 ilə ödənilmiş (xx.xx.2023-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************, transaksiya nömrəsi: **********79) 58,33 məbləğində dövlət rüsumu "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-3019/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3019/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver