Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3093/2024 24.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2001-ci il təvəllüdlü Cavabdeh 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı borc müqaviləsinə əsasən 200 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı borc müqaviləsinə əsasən 350 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, 15 mart 2022-ci il tarixli, EHK6100125 saylı borc müqaviləsinə əsasən 1064 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu, 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı borc müqaviləsinə əsasən 1687 manat əsas borc, müqavilə üzrə hesablanmış 350 manat cərimə borcu və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 4112 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 30 oktyabr 2021-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 654 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 200 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1320 manat cərimə borcu yaranmışdır (200 manat x 660 gün x 1%=1320 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 13 dekabr 2021-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 846 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 350 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2100 manat cərimə borcu yaranmışdır (350 manat x 600 gün x 1%=2100 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 15 mart 2022-ci il tarixli borc bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1614 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1064 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 5426 manat cərimə borcu yaranmışdır (1064 manat x 510 gün x 1%=5426 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 11 aprel 2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2923 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1687 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 8097 manat cərimə borcu yaranmışdır (1687 manat x 480 gün x 1%=8097 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 350 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı borc müqaviləsinə əsasən 200 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı borc müqaviləsinə əsasən 350 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, 15 mart 2022ci il tarixli, EHK6100125 saylı borc müqaviləsinə əsasən 1064 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu, 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı borc müqaviləsinə əsasən 1687 manat əsas borc, müqavilə üzrə hesablanmış 350 manat cərimə borcu və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 4112 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə il məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 52 manat ödəməklə (ilkin ödəniş 30 manat) 654 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 70 manat ödəməklə (ilkin ödəniş 6 manat) 846 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 15 mart 2022-ci il tarixli, EHK6100125 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 133 manat ödəməklə (ilkin ödəniş 18 manat) 1614 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 193 manat ödəməklə (ilkin ödəniş 607 manat) 2923 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. 15 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı müqavilə üzrə ödənilməmiş 200 manat, 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı müqavilə üzrə ödənilməmiş 350 manat, 15 mart 2022-ci il tarixli, EHK6100125 saylı müqavilə üzrə ödənilməmiş 1064 manat, 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı müqavilə üzrə ödənilməmiş 1687 manat əsas borcu vardır. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 61 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı müqavilə üzrə 12 ay müddətinə ayda 52 manat ödəməklə (ilkin ödəniş 30 manat) 654 manat dəyərində, 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı müqavilə üzrə 12 ay müddətinə ayda 70 manat ödəməklə (ilkin ödəniş 6 manat) 846 manat dəyərində, 15 mart 2022-ci il tarixli, EHK6100125 saylı müqavilə üzrə 12 ay müddətinə ayda 133 manat ödəməklə (ilkin ödəniş 18 manat) 1614 manat dəyərində, 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı müqavilə üzrə 12 ay müddətinə ayda 193 manat ödəməklə (ilkin ödəniş 607 manat) 2923 manat dəyərində məişət avadanlıqları verilmiş, cavabdeh verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsədə, alıcı öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 200 manat əsas, 100 manat cərimə, 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 350 manat əsas, 100 manat cərimə, 15 mart 2022-ci il tarixli, EHK6100125 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1064 manat əsas, 200 manat cərimə, 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1687 manat əsas, 350 manat cərimə borcu yaranmışdır. Müqavilələrdə ödənişlər üzrə gecikmələr olduğu halda cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı müqavilə üzrə 20 manat, 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı müqavilə üzrə 35 manat, 15 mart 2022-ci il tarixli, EHK6100125 saylı müqavilə üzrə 50 manat, 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı müqailə üzrə 50 manat məbləğində saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı müqaviləsinə əsasən 200 manat əsas, 20 manat cərimə, 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı müqaviləsinə əsasən 350 manat əsas, 35 manat cərimə, 15 mart 2022-ci il tarixli, EHK6100125 saylı müqaviləsinə əsasən 1064 manat əsas, 50 manat cərimə, 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı müqailəsinə əsasən 1687 manat əsas, 50 manat cərimə, cəmi 3456 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 61 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 oktyabr 2021-ci il tarixli, EHK5995819 saylı müqaviləsinə əsasən 200 manat əsas, 20 manat cərimə, 13 dekabr 2021-ci il tarixli, EHK5924240 saylı müqaviləsinə əsasən 350 manat əsas, 35 manat cərimə, 15 mart 2022-ci il tarixli, EHK6100125 saylı müqaviləsinə əsasən 1064 manat əsas, 50 manat cərimə, 11 aprel 2022-ci il tarixli, EHK6100342 saylı müqaviləsinə əsasən 1687 manat əsas, 50 manat cərimə, cəmi 3456 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 61 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(050)-3093/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3093/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver