Məhkəmə qərarları › İş №e-2(050)-31/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-31/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-31/2024 09.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2.-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə olan halda iddia ərizəsi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar