Məhkəmə qərarları › İş №e-2(050)-3143/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3143/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3143/2025 01.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 23 aprel 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan. 05 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Honor” markalı mobil telefon. 05 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Honor” markalı mobil telefon. 18 iyun 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Samsung” markalı 2 ədət kondisioner. Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ: 23 aprel 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 517,90 manat əsas borc, 155,30 manat cərimə, cəmi 673,20 manat borc, 05 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 199,90 manat əsas borc, 59,90 manat cərimə, cəmi 259,80 manat borc, 05 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 199,90 manat əsas borc, 59,90 manat cərimə, cəmi 259,80 manat borc, 18 iyun 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 1411,90 manat əsas borc, 423,50 manat cərimə, cəmi 1835,40 manat borc, ümümilikdə dörd müqavilə üzrə 2329,60 manat əsas borc, 698,60 manat cərimə, cəmi 3028,20 manat borc və 50,28 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, alqı-satqı müqavilələrinin 1 saylı Əlavəsi, ödəniş cədvəlləri, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh 23 aprel 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan, 05 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Honor” markalı mobil telefon, 05 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Honor” markalı mobil telefon, 18 iyun 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Samsung” markalı 2 ədət kondisioner almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 aprel 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 517,90 manat əsas borc, 20 manat cərimə, 05 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 199,90 manat əsas borc, 10 manat cərimə, 05 sentyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 199,90 manat əsas borc, 10 manat cərimə, 18 iyun 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 1411,90 manat əsas borc, 30 manat cərimə, ümümilikdə dörd müqavilə üzrə 2329,60 manat əsas borc, 70 manat cərimə, cəmi 2399,60 (iki min üç yüz doxsan doqquz manat altmış qəpik) manat borc və 50,28 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar