Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-319/2024 08.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X5, İddiaçı «İcbari Sığorta Bürosu» X4 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 990 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 1020 (bir min iyirmi) manat pulun iddiaçı «İcbari Sığorta Bürosu» X4 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində təşkilatın tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X3 adına sığortalanmış BMW 735 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 20 avqust 2020-ci il tarixində ünvan 1 ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənin əmlakına maddi ziyan dəymişdir. Göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə xx.xx.2020-ci il tarixli, 2095 nömrəli ödəniş tapşırığına əsasən, 6855/20 saylı sığorta aktı üzrə 990 manat məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Masallı RPŞ-in İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Elton Ağayev tərəfindən HQK-1/1745 nömrəli iş materialları əsasında qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 02 oktyabr 2020-ci il tarixli Qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “BMW 735” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sürücülük vəsiqəsi və etibarnaməsi olmadan, nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar etmişdir. Bu səbəbə görə, Qərarın 2-ci maddəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1, 332.2 və 332.4-cü maddələri ilə qərara alınmışdır. Həmin maddələrin dispozisiyasında uyğun olaraq, nəqliyyat vasitələrinin etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan (idarəetmə hüququ olmadan) istismar edilməsi sanksiyalaşdırmışdır. Odur ki, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 990 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 1020 (bir min iyirmi) manat pulun iddiaçı «İcbari Sığorta Bürosu» X4 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan «İcbari Sığorta Bürosu» X4 İC AA 6855/20 saylı Sığorta aktından görünür ki, “BMW 735” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində Masallı şəhəri, Talışxanov küçəsində sığorta hadisəsi baş vermişdir. Bu zaman VAZ 21074 markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı avtomobillə toqquşmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “BMW 735” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi miqdarı 990 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu» X9 tərəfindən X1 hesabına 990 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 332.4-cü maddələri ilə tədbir görüməsi məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin DYPBnə göndərilməsi, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə tədbir görüməsi məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilməsi, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görüməsi məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə görə Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi VAZ 21074 markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşınla “BMW 735” markalı, ** MR *** dövlət nömrə nişanlı avtomaşın ilə toqquşmuş və nəticədə “BMW 735” markalı, ** MR *** dövlət nömrə nişanlı avtomaşına ziyan dəymişdir. İddiaçı təşkilat sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində, yəni 990 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Hazırda həmin məbləği subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 990 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1020 (bir min iyirmi) manat tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X7 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-319/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-319/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver