Məhkəmə qərarları › İş №e-2(050)-3204/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3204/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3204/2025 03.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən “Apple 20W USB-C adapter”, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********76831 olan “İphone 16 Pro Max” markalı telefon üçün 5171,22 (beş min yüz yetmiş bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 517,12 (beş yüz on yeddi manat on iki qəpik) manat dəbbə; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən paltaryuyan “Samsung” üçün 1000 (min) manat ödənilməmiş hissə və 100 (yüz) manat dəbbə; 13 fevral 2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, Pcase 2 ədəd, İMEİ kodu **********36299 olan “Oppo A38” və İMEİ kodu **********24196 olan “Oppo A38” markalı telefonlar üçün 383,02 (üç yüz səksən üç manat, iki qəpik) manat ödənilməmiş hissə və 38,30 (otuz səkkiz manat otuz qəpik) manat dəbbə; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən tozsoran “Samsung” və İMEİ kodu **********49804 olan “Xıaomı Redmı 12” markalı telefon üçün 154,20 (yüz əlli dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə və 15,42 (on beş manat qırx iki qəpik) manat dəbbə; ümumilikdə 7402,88 (yeddi min dörd yüz iki manat səksən səkkiz qəpik) manat borcun, həmçinin 94,03 (doxsan dörd manat üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, savabdehlə "xxxx" MMC arasında bağlanmış 03 dekabr 2024-cü il, 13 aprel 2024-cü il, 13 fevral 2024-cü il və 13 aprel 2024cü il tarixli müqavilələrə əsasən o, “Apple 20W USB-C adapter”, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********76831 olan “İphone 16 Pro Max” markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, paltaryuyan “Samsung”, qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, Pcase 2 ədəd, İMEİ kodu **********36299 olan “Oppo A38”, İMEİ kodu **********24196 olan “Oppo A38” markalı telefon, tozsoran “Samsung”, qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd və İMEİ kodu **********49804 olan “Xıaomı Redmı 12” markalı telefonu əldə etmiş və nəticədə 7402,88 (yeddi min dörd yüz iki manat səksən səkkiz qəpik) manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur və nəticədə: 03 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5396,22 (beş min üç yüz doxsan altı manat iyirmi iki qəpik) manat (18 ay x 287,29 manat + 225 manat ilkin ödəniş) olan “Apple 20W USB-C adapter”, PAKET XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********76831 olan “İphone 16 Pro Max” markalı telefon üçün ümumilikdə 5711,94 (beş min yeddi yüz on bir manat doxsan dörd qəpik) manat olmaqla, ondan 5171,22 (beş min yüz yetmiş bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 517,12 (beş yüz on yeddi manat on iki qəpik) manat dəbbə müəyyən edilmişdir; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1710 (min yeddi yüz on) manat (24 ay x 71,25 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidməti, paltaryuyan “Samsung” üçün ümumilikdə 1100 (min yüz) manat olmaqla, ondan 1000 (min) manat ödənilməmiş hissə və 100 (yüz) manat dəbbə müəyyən edilmişdir; 13 fevral 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1021,42 (min iyirmi bir manat qırx iki qəpik) manat (18 ay x 51,19 manat + 100 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, pcase 2 ədəd, İMEİ kodu **********36299 olan “Oppo A38” və İMEİ kodu **********24196 olan “Oppo A38” markalı telefonlar üçün ümumilikdə 421,32 (dörd yüz iyirmi bir manat otuz iki qəpik) manat olmaqla, ondan 383,02 (üç yüz səksən üç manat iki qəpik) manat ödənilməmiş hissə və 38,30 (otuz səkkiz manat otuz qəpik) manat dəbbə müəyyən edilmişdir; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 661,14 (altı yüz altmış bir manat on dörd qəpik) manat (18 ay x 36,73 manat + 0 manat ilkin ödəniş) olan tozsoran “Samsung”, qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, İMEİ kodu **********49804 olan “Xıaomı Redmı 12” markalı telefon üçün ümumilikdə 169,62 (yüz altmış doqquz manat altmış iki qəpik) manat olmaqla, ondan 154,20 (yüz əlli dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə və 15,42 (on beş manat qırx iki qəpik) manat dəbbə müəyyən edilmişdir. Cavabdeh 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidmətindən 23 aprel 2024-cü il tarixində imtina etmiş və məhsul 210 manat qiymətləndirilmiş, həmçinin həmin tarixli digər müqavilə üzrə qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd məhsuldan 22 aprel 2024-cü il tarixində imtina etmiş və bu məhsul 101,20 manat qiymətləndirilərək borcundan silinmişdir. Cavabdehin 13 aprel 2024-cü il tarixli müqavilə üzrə ümumilikdə ödədiyi məbləğ 500 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 210 manat olmaqla 710 manat, digər müqavilə üzrə isə 405,74 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 101,20 manat olmaqla ümumilikdə 506,94 manat təşkil etmişdir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 863,40 manatdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günü üçün 1% həcmində penya hesablanır. Cavabdehlə bağlanmış 03 dekabr 2024-cü il, 13 aprel 2024-cü il və 13 fevral 2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aparılmış telefon danışığı və ona göndərilmiş 05 may 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinin vacibliyi barədə rəsmi şəkildə məlumat verilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, qeyd olunan əşyaları özü üçün almışdır və hazırda həmin əşyalar evindədir. Hər ay vaxtında ödənişləri etmiş, lakin təxminən 6-7 ay əvvəl işdən azad olunduğu üçün ödəniş edə bilməmişdir. Sonuncu dəfə təxminən 4 ay əvvəl 500 manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir. İş materialları:

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2024-cü il tarixli, 03857545 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, pcase 2 ədəd, İMEİ kodu **********36299 olan “Oppo A38” və İMEİ kodu **********24196 olan “Oppo A38” markalı telefonlar verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı MMC-nin 13 fevral 2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh 03857545 saylı müqavilə üzrə qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, pcase 2 ədəd, İMEİ kodu **********36299 olan “Oppo A38” və İMEİ kodu **********24196 olan “Oppo A38” markalı telefonlar malları təhvil alaraq akta imza etmişdir.

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2024-cü il tarixli, 16951251 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə qızıl zəmanət ultra 2 il xidməti, paltaryuyan “Samsung”, “X1 Rose 450 GR (22)” verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

8. İddiaçı MMC-nin 13 fevral 2024-cü il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh 13 fevral 2024-cü il tarixli 03857545 nömrəli müqavilə üzrə hər ayın 15-də 12 ay müddətinə 51,19 manat ödəniş etməlidir.

9. İddiaçı MMC-nin 13 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 16951251 saylı müqavilə üzrə qızıl zəmanət ultra 2 il xidməti, paltaryuyan “Samsung”, “X1 Rose 450 GR (22)” malları təhvil alaraq akta imza etmişdir.

10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2024-cü il tarixli, 16951252 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə tozsoran “Samsung”, qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, İMEİ kodu **********49804 olan “Xıaomı Redmı 12” markalı telefon verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

11. İddiaçı MMC-nin 13 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 16951252 saylı müqavilə üzrə tozsoran “Samsung”, qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, İMEİ kodu **********49804 olan “Xıaomı Redmı 12” markalı telefon malları təhvil alaraq akta imza etmişdir.

12. İddiaçı MMC-nin 13 aprel 2024-cü il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh 13 aprel 2024-cü il tarixli 16951252 nömrəli müqavilə üzrə hər ayın 17-də 12 ay müddətinə 36,73 manat ödəniş etməlidir.

13. İddiaçı MMC-nin 03 dekabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 03 dekabr 2024-cü il tarixdə bağlanmış müqavilə üzrə “Apple 20W USB-C adapter”, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********76831 olan “İphone 16 Pro Max” markalı telefon malları təhvil alaraq akta imza etmişdir.

14. İddiaçı MMC-nin 21 avqust 2025-ci il tarixli arayışının surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında İMEİ KODU **********76831 “İphone 16 Pro Max” telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat altmış qəpik) manat pul ödənilmişdir.

15. İddiaçı MMC-nin 21 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən Adapter, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 ıl xidməti, İMEİ KODU **********76831 “İphone 16 Pro Max” üçün 5171,22 (beş min yüz yetmiş bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 517,12 (beş yüz on yeddi manat on iki qəpik) manat dəbbə; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti, paltaryuyan “Samsung” üçün 1000 (min manat) manat ödənilməmiş hissə, 100 (yüz manat) manat dəbbə; 13 fevral 2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, pcase 2 ədəd, İMEİ kodu **********36299 OPPO A38, İMEİ kodu **********24196 “Oppo A38” üçün 383,02 (üç yüz səksən üç manat iki qəpik) manat ödənilməmiş hissə, 38,30 (otuz səkkiz manat otuz qəpik) manat dəbbə, 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən tozsoran “Samsung”, qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, İMEİ kodu **********49804 “XİAOMİ RF.DMİ “12 üçün 154,2 (yüz əlli dörd manat iki qəpik) manat ödənilməmiş hissə, 15,42 (on beş manat qırx iki qəpik) manat dəbbə, ümumilikdə 7402,88 manat borcu vardır.

16. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı 13 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 13 aprel 2024, 13 fevral 2024 və 13 dekabr 2024-cü il tarixli müqavilələrə əsasən “Xiaomi” markalı telefon, “Samsung” markalı tozsoran, paltaryuyan, “Oppo” markalı 2 ədəd telefon, “Apple” markalı telefon, adapter və 5 ədəd “Qızıl zəmanət ultra 2 il” xidməti əldə etmişdir. Lakin cavabdeh aldığı malların dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Qeyd olunanlara əsasən, mövcud müqavilənin 3.11-ci bəndinə uyğun olaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə yuxarıda göstərilən malları "xxxx" MMC-nə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalıdır. Bu zaman qaytarılan mallar birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək. Bu mümkün olmadıqda, malların müqaviləyə əlavədə qeyd olunmuş dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. Buna görə də, cavabdeh tərəfindən hazırkı xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilənin 4.1-ci maddəsinə əsasən, "xxxx" MMC tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir.

17. 26 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 94,03 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2024-cü il və 13 aprel 2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan paltaryuyan “Samsung”, qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, pcase 2 ədəd, İMEİ KODU **********36299 “Oppo A38”, İMEİ KODU **********24196 “Oppo A38” markalı telefon, tozsoran “Samsung” və İMEİ KODU **********49804 “Xıaomı Redmı 12” markalı telefon almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də, müqavilələrin predmeti olan əşyaları təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilələrin şərtlərini pozmuşdur.

22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

24. Məhkəmə hesab edir ki, 13 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 383,02 manat borca münasibətdə 38,30 manat dəbbə pulu; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 1000 manat borca münasibətdə 100 manat dəbbə pulu; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 154,2 manat borca münasibətdə 15,42 manat dəbbə pulu; 03 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən 5171,22 manat borca münasibətdə 517,12 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 13 fevral 2024cü il tarixli müqaviləyə əsasən 10 manat, 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 20 manat, 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 10 manat, 03 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən isə 30 manat müəyyən edilməlidir.

25. Beləliklə, məhkəmə hesab edir ki, 13 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 383,02 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 1000 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 13 aprel 2024cü il tarixli müqaviləyə əsasən 154,2 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 03 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən 5171,22 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

27. İddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 94,03 (doxsan dörd manat üç qəpik) manat dövlət rüsumunun 88,02 (səksən səkkiz manat iki qəpik) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 6,01 (altı manat bir qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

28. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 13 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 383,02 (üç yüz səksən üç manat iki qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 1000 (min) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat dəbbə pulu; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 154,20 (yüz əlli dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 03 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən 5171,22 (beş min yüz yetmiş bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 6802,04 (altı min səkkiz yüz iki manat dörd qəpik) manat borc və 88,02 (səksən səkkiz manat iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 6,01 (altı manat bir qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

29. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 383,02 (üç yüz səksən üç manat iki qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 1000 (min) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat dəbbə pulu; 13 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 154,20 (yüz əlli dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 03 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən 5171,22 (beş min yüz yetmiş bir manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 6802,04 (altı min səkkiz yüz iki manat dörd qəpik) manat borc və 88,02 (səksən səkkiz manat iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 6,01 (altı manat bir qəpik) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar