Məhkəmə qərarları › İş №e-2(050)-3230/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3230/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3230/2025 28.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********77312 İphone 13 markalı telefon, X1 zəmanət Ultra 1 il xidməti üçün 1435,93 manat ödənilməmiş hissə, 143,59 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********58720 X3 13 markalı telefon, X4 4 qulaqlıq, X2 1 il xidməti üçün 402,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 40,3 manat cərimə, ümumilikdə 2046,38 manat borcun və 40,47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə hazırlıq iclası 28 oktyabr 2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçı "xxxx" MMC məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0 və 259.0.7-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259.0.7, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) 47 qəpik məbləğində pul dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə (“Hökümət ödəniş portalı” sistemi, qəbz nömrəsi 75855089, Tarix: xx.xx.2025, saat 10:43) qaytarılasın. Qərardadın icrası Masallı Rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar