Məhkəmə qərarları › İş №e-2(050)-3266/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3266/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3266/2025 25.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbi bardədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işi baxılmamış saxlayaraq, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qayatılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin iddiaçı "xxxx" MMC tərəfindən EPUL ilə ödənilmiş (xx.xx.2025-ci il tarixli, çek nömrəsi: 75875284, transaksiya nömrəsi: 75875284, xidmət istifadəçisi kodu: 14221102, mədaxil qəbzi: **********) 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qızına qarşı borcun ödənilməsi tələbi bardə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC tərəfindən EPUL ilə ödənilmiş (xx.xx.2025-ci il tarixli, çek nömrəsi: 75875284, transaksiya nömrəsi: 75875284, xidmət istifadəçisi kodu: 14221102, mədaxil qəbzi: **********) 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-yə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar