Məhkəmə qərarları › İş №e-2(050)-3269/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3269/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3269/2025 15.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 05 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44169 olan “Samsung Galaxy A 16” markalı telefon, İMEİ kodu **********35035 olan “Samsung Galaxy A 16” markalı telefon, “Samsung Charger” adapter, 2 ədəd qızıl zəmanət “Ultra” xidməti, paket “XXL” xidməti. Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ: 05 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1465,02 manat əsas borc, 47,20 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 146,50 manat cərimə, ümumilikdə 1658,72 manat borc və 36,59 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqaviləsi, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 05 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44169 olan “Samsung Galaxy A 16” markalı telefon, İMEİ kodu **********35035 olan “Samsung Galaxy A 16” markalı telefon, “Samsung Charger” adapter, 2 ədəd qızıl zəmanət “Ultra” xidməti, paket “XXL” xidməti almış, lakin borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 05 yanvar 2025-ci il tarixli müqavilə üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1465,02 manat əsas borc, 47,20 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 30 manat cərimə ümumilikdə 1542,22 (min beş yüz qırx iki manat iyirmi iki qəpik) manat pul və ödənilmiş 36,59 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar