Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3280/2025 27.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Zəmanət + 1 il Xidməti, Soyuducu Beko üçün 1122.24 manat ödənilməmiş hissə, 112.22 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən LG TV üçün 1044 manat ödənilməmiş hissə, 104.40 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Soyuducu Beko üçün 945 manat ödənilməmiş hissə, 94.50 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Mikrodalğalı Soba LG, Tozsoran Samsung, imei kodu **********24362 olan Samsung Galaxy A16 markalı telefon üçün 777 manat ödənilməmiş hissə, 77.70 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün, 718.90 manat ödənilməmiş hissə, 71.89 manat cərimə, cəmi 5067.88 manat borcun və 70.68 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Zəmanət + 1 il Xidməti, Soyuducu Beko, LG TV, Soyuducu Beko, Mikrodalğalı Soba LG, Tozsoran Samsung, imei kodu **********24362 olan Samsung Galaxy A16 markalı telefon və Paltaryuyan Samsung almış və nəticədə 5067.88 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1230.24 manat (12 ay x 93.52 manat + 108 manat ilkin ödəniş) Zəmanət + 1 il Xidməti, Soyuducu Beko üçün ümumilikdə 1234.46 manat olmaqla ondan 1122.24 manat ödənilməmiş hissə və 112.22 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1044 manat (12 ay x 87 manat + 0 manat ilkin ödəniş) LG TV üçün ümumilikdə 1148.40 manat olmaqla ondan 1044 manat ödənilməmiş hissə və 104.40 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1275 manat (12 ay x 78.75 manat + 330 manat ilkin ödəniş) Soyuducu Beko üçün ümumilikdə 1039.50 manat olmaqla ondan 945 manat ödənilməmiş hissə və 94.50 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1008.96 manat (12 ay x 64.75 manat + 150 manat ilkin ödəniş) Mikrodalğalı Soba LG, Tozsoran Samsung, imei kodu **********24362 olan Samsung Galaxy A16 markalı telefon üçün ümumilikdə 854.70 manat olmaqla ondan 777 manat ödənilməmiş hissə və 77.70 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 988.92 manat (18 ay x 39.94 manat + 270 manat ilkin ödəniş) Paltaryuyan Samsung üçün ümumilikdə 790.81 manat olmaqla ondan 718.90 manat ödənilməmiş hissə və 71.89 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 858 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli, 874886 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 93.52 manat ödəməklə (ilkin ödəniş 108 manat) 1230.24 manat dəyərində Zəmanət + 1 il Xidməti, Soyuducu Beko satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, 874886 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 87 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1044 manat dəyərində LG TV satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, 874886 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 78.75 manat ödəməklə (ilkin ödəniş 330 manat) 1275 manat dəyərində Soyuducu Beko satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, 874886 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 64.75 manat ödəməklə (ilkin ödəniş 150 manat) 1008.96 manat dəyərində Mikrodalğalı Soba LG, Tozsoran Samsung, imei kodu **********24362 olan Samsung Galaxy A16 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 874886 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 39.94 manat ödəməklə (ilkin ödəniş 270 manat) 988.92 manat dəyərində Paltaryuyan Samsung satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. 30 avqyst 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə cəmi 5067.88 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70.68 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Zəmanət + 1 il Xidməti, Soyuducu Beko, LG TV, Soyuducu Beko, Mikrodalğalı Soba LG, Tozsoran Samsung, imei kodu **********24362 olan Samsung Galaxy A16 markalı telefon və Paltaryuyan Samsung almış və nəticədə 5067.88 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1230.24 manat (12 ay x 93.52 manat + 108 manat ilkin ödəniş) Zəmanət + 1 il Xidməti, Soyuducu Beko üçün ümumilikdə 1234.46 manat olmaqla ondan 1122.24 manat ödənilməmiş hissə və 112.22 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1044 manat (12 ay x 87 manat + 0 manat ilkin ödəniş) LG TV üçün ümumilikdə 1148.40 manat olmaqla ondan 1044 manat ödənilməmiş hissə və 104.40 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1275 manat (12 ay x 78.75 manat + 330 manat ilkin ödəniş) Soyuducu Beko üçün ümumilikdə 1039.50 manat olmaqla ondan 945 manat ödənilməmiş hissə və 94.50 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1008.96 manat (12 ay x 64.75 manat + 150 manat ilkin ödəniş) Mikrodalğalı Soba LG, Tozsoran Samsung, imei kodu **********24362 olan Samsung Galaxy A16 markalı telefon üçün ümumilikdə 854.70 manat olmaqla ondan 777 manat ödənilməmiş hissə və 77.70 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 988.92 manat (18 ay x 39.94 manat + 270 manat ilkin ödəniş) Paltaryuyan Samsung üçün ümumilikdə 790.81 manat olmaqla ondan 718.90 manat ödənilməmiş hissə və 71.89 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 858 manat təşkil edir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 70.68 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Zəmanət + 1 il Xidməti, Soyuducu Beko üçün 1122.24 manat ödənilməmiş hissə, 112.22 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən LG TV üçün 1044 manat ödənilməmiş hissə, 104.40 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Soyuducu Beko üçün 945 manat ödənilməmiş hissə, 94.50 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Mikrodalğalı Soba LG, Tozsoran Samsung, imei kodu **********24362 olan Samsung Galaxy A16 markalı telefon üçün 777 manat ödənilməmiş hissə, 77.70 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün, 718.90 manat ödənilməmiş hissə, 71.89 manat cərimə, cəmi 5067.88 manat borc və 70.68 dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(050)-3280/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3280/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver