Məhkəmə qərarları › İş №e-2(050)-3287/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3287/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3287/2024 29.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********67689 Xıaomı Redmı 13 C markalı telefon və İmei kodu **********98733 Oppo A58 markalı telefon, 2 ədəd şəffaf Vinil almış və nəticədə 1114 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 452.04 manat (yəni 12 ay x 37.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********67689 Xıaomı Redmı 13 C markalı telefon üçün ümumilikdə, 428 manat olmaqla ondan 389.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.96 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 798 manat (yəni 12 ay x 66.50 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********98733 Oppo A58 markalı telefon, 2 ədəd şəffaf Vinil üçün ümumilikdə, 686 manat olmaqla ondan 624 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 237 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının tələbi: xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********98733 Oppo A58 markalı telefon, 2 ədəd şəffaf Vinil üçün 624 manat ödənilməmiş hissə, 62 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********67689 Xıaomı Redmı 13 C markalı telefon üçün 389.04 manat ödənilməmiş hissə, 38.96 manat cərimə, ümumilikdə 1114 manat borc və 31.14 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh "xxxx" MMC-nin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İmei kodu **********98733 Oppo A58 markalı telefon, 2 ədəd şəffaf Vinil verilmişdir. İşdə olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. xx.xx.2023-cü il tarixli, 11224936 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İmei kodu **********67689 Xıaomı Redmı 13 C markalı telefon verilmişdir İşdə olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 11224936 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 31.14 manat dövlət rüsumu ödəmişdir. İşdə olan məktubun surətindən görünür ki, "xxxx" MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malı dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi cərimə borcun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləğinin azaldılaraq 38.96 manat cərimə pulunun miqdarı 10 manat, 62 manat cərimə pulunun miqdarı 20 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 624 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2023-cü il tarixli, 11224936 nömrəli müqavilə üzrə 389.04 manat ödənilməmiş hissə, 10 manat cərimə ümumilikdə, 1043.04 (bir min qırx üç manat 04 qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən 624 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2023-cü il tarixli, 11224936 nömrəli müqaviləyə əsasən 389.04 manat ödənilməmiş hissə, 10 manat cərimə ümumilikdə, 1043.04 (bir min qırx üç manat 04 qəpik) manat borc və 31.14 (otuz bir manat on dörd qəpik) ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar