Məhkəmə qərarları › İş №e-2(050)-3306/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3306/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3306/2025 15.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 220 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən o, VÖEN: ********** nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, özünə məxsus olan VÖEN: ********** nömrəsinə bağlı olan "xxxx" MMC adından müştərilərinə bir hissəsini əvvəlcədən ödəməklə, qalan hissəsini isə aylar üzrə tərtib edilmiş qrafikə uyğun ödəməklə müxtəlif əşyların satışı ilə məşğul olur. Lakin hazırkı iş üzrə cavabdeh olan müştəri tərəfindən ona satılmış əmlakların ödənişi lazımi qaydada ödənilməmiş və cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və aralarında bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi təşəbbüsünə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli 014468 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 4 ay müddətinə dəyəri 95 manat olan 1 ədəd şotka fen satılmışdır. Cavabdeh tərəfindən yalnız 10 manat ilkin ödəniş edilmişdir. Bu günə onun 85 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli 014469 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 7 ay müddətinə dəyəri 185 manat olan 1 ədəd blender (0350) satılmışdır. Cavabdeh tərəfindən yalnız 50 manat ilkin ödəniş edilmişdir. Bu günə onun 135 manat borcu yaranmışdır. Göründüyü kimi, ümumilikdə cavabdehin satılmış əşyalara görə 220 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə danışıqlar aparılmış, həmçinin göndərdiyim xx.xx.2024-cü il tarixli pretenziya məktubunda müqavilənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icraetməmişdir. Artıq hüququ pozulduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 014468 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 4 ay müddətinə dəyəri 95 manat olan 1 ədəd şotka fen satılmışdır. Cavabdeh tərəfindən yalnız 10 manat ilkin ödəniş edilmişdir. Onun 85 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli 014469 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 7 ay müddətinə dəyəri 185 manat olan 1 ədəd blender (0350) satılmışdır. Cavabdeh tərəfindən yalnız 50 manat ilkin ödəniş edilmişdir. Bu günə onun 135 manat borcu yaranmışdır. Göründüyü kimi ümumilikdə cavabdehin satılmış əşyalara görə 220 manat borcu yaranmışdır. Borclu üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə İddiaçı borcu yaranmışdır. İddiaçı Cavabdeh ona 220 manat məbləğində borcunun yarandığını bildirir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixli 014468 nömrəli və xx.xx.2023-cü il tarixli 014469 nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin iddiaçıya olan borcunu əks etdirən ödəniş hesabatını əsas götürüb, hesab edir ki, iddia tam əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 220 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 220 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 250 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar