Məhkəmə qərarları › İş №e-2(050)-3349/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3349/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3349/2024 01.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi M.Nümayəndə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 sentyabr 2024-cü il tarixinə yaranmış 27 yanvar 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 451,90 manat əsas, 67.70 manat cərimə, cəmi 519,60 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə 31 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh qarşı pul tələbinə dair mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumu ilə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və mülki işin materiallarını araşdırıb hesab edirəm ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul dövlət bücdəsindən İddiaçı MMC qaytarılsın. Qərardadın icrası Masallı Rayon Maliyyə şöbəsinə həvalə edilsin Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar