Məhkəmə qərarları › İş №e-2(050)-3428/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3428/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3428/2024 14.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrə əsasən, 6 ədəd stul-Venetsiya, amber - yumsaq - künc, bahar - qonaq - masa, Polo - Jurnal Masa, süfrə - tekstil, İmei kod **********88983 X1 12 Markalı Telefon, X2, İmei kod **********07322 X1 12 markalı telefon 2 ədəd Elexus xalça, Mega- Yumsaq - X3, Paris - Jurnal Masa almış və nəticədə 2277 (iki min iki yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2449.64 manat (12 ay x 168.72 manat + 425 manat ilkin ödəniş) olan 6 ədəd stul Venetsiya, Amber - Yumsaq - Kunc, Bahar - Qonaq - Masa, Polo - Jurnal Masa, Süfrə - Tekstil üçün 780 manat olmaqla ondan, 709.92 manat ödənilməmiş hissə, 70.08 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 711.96 manat (12 ay x 59.33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********88983 X1 12 markalı telefon, X2 üçün 485 manat olmaqla ondan 440.3 manat ödənilməmiş hissə, 44.7 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 513.96 manat (12 ay x 42.83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********07322 X1 12 markalı telefon üçün 413 manat olmaqla ondan 375.8 manat ödənilməmiş hissə, 37.2 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 756 manat (12 ay x 63 maanat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Elexus xalça, üçün 358 manat olmaqla ondan 325.47 manat ödənilməmiş hissə, 32.53 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1750.04 manat (18 ay x 95.78 manat + 26 manat ilkin ödəniş) olan mega- yumsaq - kunc sag uzun, Paris - Jurnal Masa üçün 241 manat olmaqla ondan 219.41 manat ödənilməmiş hissə, 219.41 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4110.7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının tələbi: xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 6 ədəd stul-Venetsiya, Amber - yumsaq - kunc, Bahar - qonaq - masa, Polo - jurnal masa, süfrə - tekstil üçün 709.92 manat ödənilməmiş hissə, 70.08 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********88983 X1 12 markalı telefon, X2 üçün 440.3 manat ödənilməmiş hissə, 44.7 manat cərimə pulu; xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********07322 X1 12 markalı telefon üçün 375.8 manat ödənilməmiş hissə, 37.2 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Elexus xalça, üçün 325.47 manat ödənilməmiş hissə, 32.53 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Mega- yumsaq - kunc sag uzun, Paris - jurnal masa üçün 219.41 manat ödənilməmiş hissə, 219.41 manat cərimə; ümumilikdə 2277 manat borc və 42.77 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh "xxxx" MMC-nin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli, 03735095 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 6 ədəd stul-Venetsiya, Amber - yumsaq - kunc, Bahar - qonaq - masa, Polo jurnal masa, süfrə - tekstil verilmişdir. Bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03735095 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. xx.xx.2023-cü il tarixli, 12085273 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ KOD **********88983 X1 12 markalı telefon, X2 verilmişdir. Bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 12085273 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. xx.xx.2023-cü il tarixli, 03735096 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ KOD **********07322 X1 12 markalı telefon verilmişdir. Bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03735096 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. xx.xx.2023-cü il tarixli, 16653177 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 2 ədəd Elexus xalça verilmişdir. Bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 16653177 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. xx.xx.2022-ci il tarixli, 16301605 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh Mega- yumsaq - kunc sag uzun, Paris - jurnal masa verilmişdir. Bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 16301605 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 709.92 manat ödənilməmiş hissə, 70.08 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 440.3 manat ödənilməmiş hissə, 44.7 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 375.8 manat ödənilməmiş hissə, 37.2 manat cərimə pulu; xx.xx.2023cü il tarixli müqaviləyə əsasən 325.47 manat ödənilməmiş hissə, 32.53 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 219.41 manat ödənilməmiş hissə, 219.41 manat cərimə; ümumilikdə 2277 manat borcu qalmışdır. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 42,77 manat dövlət rüsumu ödəmişdir. İşdə olan məktubun surətindən görünür ki, "xxxx" MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malı dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi hər bir müqaviləyə münasibətdə cərimə borcun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləği xx.xx.2023-cü il tarixli müqavilə üzrə azaldılaraq 20 manat, digər müqavilələr üzrə azaldılaraq 10 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 709.92 manat ödənilməmiş hissə, 20 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 440.3 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 375.8 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 325.47 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 219.41 manat ödənilməmiş hissə, 10 manat cərimə; ümumilikdə 2130,9 (iki min yüz otuz manat, 90 qəpik) manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 42,77 (qırx iki manat, 77 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 709.92 manat ödənilməmiş hissə, 20 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 440.3 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 375.8 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 325.47 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 219.41 manat ödənilməmiş hissə, 10 manat cərimə; ümumilikdə 2130,9 (iki min yüz otuz manat, 90 qəpik) manat borc və 42.77 (qırx iki manat, 77 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar