Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3460/2024 19.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair sadələşmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işi baxılmamış saxlayaraq iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, İddiaçı MMC tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, çek nömrəsi 66976593, mədaxil qəbzi **********, xidmət istifadəçisi kodu 14221102, transaksiya nömrəsi ********) 30 (otuz) dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, çek nömrəsi 66976593, mədaxil qəbzi **********, xidmət istifadəçisi kodu 14221102, transaksiya nömrəsi ********) 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-3460/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3460/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver