Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3519/2023 30.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hissə-hissə ödənişlə S18K5668280 nömrəli, 21 aprel 2019-cu il tarixli müqavilə üzrə 183 manat əsas, 54 manat dəbbə pulu, S3K5823959 nömrəli, 10 mart 2020- ci il tarixli müqavilə üzrə 241 manat əsas, 71 manat dəbbə pulu, S3K5915981 nömrəli, 27 fevral 2021 -ci il tarixli müqavilə üzrə 112 manat əsas, 33 manat dəbbə pulu, S3K5965200 nömrəli. 29 iyun 2021 -ci il tarixli müqavilə üzrə 391 manat əsas, 116 manat dəbbə pulu, S3K5965201 nömrəli müqavilə üzrə 1628 manat əsas, 488 manat dəbbə pulu və S3K5965324 saylı, 05 iyul 2021-ci il tarixli müqavilə üzrə 280 manat əsas, 84 manat dəbbə pulu və 57 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3738 manat borcun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 21 aprel 2019-cu il, 10 mart 2020-ci il, 27 fevral 2021-ci il, 29 iyun 2021-ci il, 29 iyun 2021-ci il və 05 iyul 2021ci il tarixlərində Cavabdeh (bundan sonra''Alıcı" adlandırılacaq) ilə müvafiq olaraq S18K5668280 nömrəli, S3K5823959 nömrəl, S3K5915981 nömrəli, S3K5965200 nömrəli, S3K5965201 nömrəli və S3K5965324 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S18K5668280 nömrəli müqavilə üzrə 1578 manat dəyəri olan 1 ədəd "Bcko" markalı paltaryuyan və 1 ədəd "Samsung" markalı tozsoran Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5823959 nömrəli müqavilə üzrə 1370 manat dəyəri olan 1 ədəd “Beko" markalı televizor və 1 ədəd "Riffel" markalı ətçəkən Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür.S3K5915981 nömrəli müqavilə üzrə 253 manat dəyəri olan 1 ədəd “Riffel" markalı soba Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmdür. S3K5965200 nömrəli müqavilə üzrə 588 manat dəyəri olan 1 ədəd "Samsung Galaxv A32” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5965201 nömrəli müqavilə üzrə 1 776 manat dəyəri olan 2 ədəd "Beko" markalı kondisioner və 1 ədəd "Rowenta" markalı məhsul Alıcıya hissə-hissə ödənişlə salmaq öhdəli) ini öz üzərinə götürmüşdür. S3K5965324 nömrəli müqavilə üzrə 429 manat dəyəri olan 1 ədəd "Samsung Galaxv A12" markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən Alıcı S18K.5668280 nömrəli müqavilə üzrə 0 manal ödəniş olmaqla, qalan 1578 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 24 ay müddətinə, aylıq 65 manat olmaqla, hər ayın 20-dək ödəmək dəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5823959 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1370 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 58 manat olmaqla, hər ayın 09-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5915981 nömrəli müqavilə iizrə 1 manat ilkin ödəniş olmaqla, qalan 252 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 14 manat olmaqla, hər ayın 27-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5965200 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 588 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 49 manat olmaqla, hər ayın 28-dək ödəmək öhdəliy ini öz üzərinə götürmüşdür. Alıcı S3K5965201 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1776 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 74 manat olmaqla, hər ayın 28-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5965324 nömrəli müqavilə üzrə 9 manat ilkin ödəniş olmaqla, qalan 420 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 35 manat olmaqla, hər ayın 04-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S18K5668280 nömrəli müqavilə üzrə 183 manat əsas, 54 manat dəbbə pulu olmaqla, 237 manat, S3K5823959 nömrəli müqavilə üzrə 241 manat əsas, 71 manat dəbbə pulu olmaqla 312 manatğ, S3K5915981 nömrəli müqavilə üzrə 112 manat əsas, 33 manat dəbbə pulu olmaqla, 145 manat, S3K5965200 nömrəli müqavilə üzrə 491 manat əsas, 116 manat dəbbə pulu olmaqla 507 manat, S3K5965201 nömrəli müqavilə üzrə 1628 manat əsas, 488 manat dəbbə pulu olmaqla 2116 manat və S3K5965324 nömrəli müqavilə üzrə 280 manat əsas, 84 manal dəbbə pulu olmaqla 364 manat borcu yaranmışdır. Alıcı tərəfindən S18K5668280 nömrəli 21 aprel 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 ci il tarixdə 65 manat ödəniş; S3K5823959 nömrəli, 10 mart 2020- ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 35 manat ödəniş; S3K5915981 nömrəli, 27 fevral 2021 -ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 14 manat ödəniş; S3K5965200 nömrəli. 29 iyun 2021 -ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021- ci il tarixdə 49 manat ödəniş; S3K5965201 nömrəli, 29 iyun 2021 -ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə 74 manat ödəniş edilmişdir. S3K5965324 nömrəli. 05 iyul 2021 -ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə 35 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə cavabdehin əmlak vəziyyətləri nəzərə alınmalı və cərimə pulu azadılmalıdır. Odur ki, məhkəmə S18K5668280 nömrəli müqavilə üzrə 183 manat əsas. 10 manat dəbbə pulu, S3K5823959 nömrəli müqavilə üzrə 241 manat əsas, 15 manat dəbbə pulu, S3K5915981 nömrəli müqavilə üzrə 112 manat əsas 10 manat dəbbə pulu. S3K5965200 nömrəli müqavilə üzrə 491 manat əsas. 20 manat dəbbə pulu. S3K5965201 nömrəli müqavilə üzrə 1628 manat əsas. 30 manat dabbə pulu və S3K5965324 nömrəli müqavilə üzrə 280 manat əsas. 20 manat dəbbə pulu həddində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçının hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh S18K5668280 nömrəli müqavilə üzrə 183 manat əsas, 10 manat dəbbə pulu, S3K5823959 nömrəli müqavilə üzrə 241 manat əsas, 15 manat dəbbə pulu, S3K5915981 nömrəli müqavilə üzrə 112 manat əsas 10 manat dəbbə pulu, S3K5965200 nömrəli müqavilə üzrə 491 manat əsas, 20 manat dəbbə pulu, S3K5965201 nömrəli müqavilə üzrə 1628 manat əsas, 30 manat dabbə pulu və S3K5965324 nömrəli müqavilə üzrə 280 manat əsas, 20 manat dəbbə pulu və 57 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3097 manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-3519/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3519/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver