Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3522/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X7 (sədrlik edən), məhkəmə iclas katibi X4 iştirakı ilə. İddiaçı «İcbari Sığorta Bürosu» X6 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 230 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 260 (iki yüz altmış) manat pulun iddiaçı «İcbari Sığorta Bürosu» X6 xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X5 adına sığortalanmış RAVON NEXİA R3 MİNİK markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xırdalan, Ak.H.Əliyev küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 əmlakına maddi zərər vurulmuşdur. Belə ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DYP tərəfindən verilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı Qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən RAVON NEXİA R3 MİNİK markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilən hadisə ilə əlaqədar «İcbari Sığorta Bürosu» X10 tərəfindən zərərçəkən X2 dəymiş zərər üzrə 230 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 230 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 260 (iki yüz altmış) manat pulun iddiaçı «İcbari Sığorta Bürosu» X6 xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İcbari Sığorta Bürosu» X6 nümayəndəsi Əziz Quliyev məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan «İcbari Sığorta Bürosu» X6 xx.xx.2020-ci il tarixli İC AA 2710/20 saylı Sığorta aktından görünür ki, RAVON NEXİA R3 MİNİK markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xırdalan, Ak.H.Əliyev küçəsində sığorta hadisəsi baş vermişdir. Bu zaman BMW 528 markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 230 manatdır. X2 230 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan LPO ASC "xxxx" Sığorta Şirkətinin xx.xx.2020-ci il tarixli PST ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, RAVON NEXİA R3 MİNİK markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sığortalanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, BMW 528 markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi miqdarı 230 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Paşa Bank ASC-nin qəbzindən görünür ki, «İcbari Sığorta Bürosu» X10 tərəfindən X3 230 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan Abşeron RPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 19xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xırdalan, Ak.H.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X2 məxsus BMW 528 markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bu zaman Cavabdeh avtomobili etbarnamə olmadan idarə etmişdir. Qeyd edilən hal Abşeron RPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar ilə öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı təşkilat sığorta müqaviləsinə uyğun olaraq dəymiş zərər kimi 230 manat məbləğində sığorta ödənişi etmişdir. Bu səbəbdən də hazırda həmin məbləği subroqasiya qaydasında cavabdehdən tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 230 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 260 (iki yüz altmış) manat alınaraq iddiaçı «İcbari Sığorta Bürosu» X9 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-3522/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3522/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver