Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-353/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı MMC. Cavabdeh Tərəflər arasında bağlanmış müqavilə: 23 dekabr 2022-cü il tarixli müqaviləyə əsasən (İMEİ kod **********04966 BLACKVİEW A95 markalı telefon, 2 ədəd VİNİL MAT və İMEİ kod **********30184 BLACKVİEW A95 markalı telefon). Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ; 79,61 (yetmiş doqquz manat altmiş bir qəpik ) manat ödənilməmiş hissə 7,39 (yeddi manat otuz doqquz qəpik) manat cərimə, ümumilikdə 87 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqaviləsi, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia tam əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 23 dekabr 2022-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə İMEİ kod **********04966 BLACKVİEW A95 markalı telefon, 2 ədəd VİNİL MAT və İMEİ kod **********30184 BLACKVİEW A95 markalı telefon almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 23 dekabr 2022-cü il tarixli müqavilə üzrə 79,61 manat əsas borc, 7,39 manat cərimə borcu, ümumilikdə 87 (səksən yeddi) manat məbləğində pul və 30 manat ödənilmiş manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-353/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-353/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver