Məhkəmə qərarları › İş №e-2(050)-3588/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3588/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3588/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 mart 2025-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********12429 olan “İphone 16 Pro Max”, Apple Adapter, paket XXXL xidməti üçün 3742,92 (üç min yeddi yüz qırx iki manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 374,29 (üç yüz yetmiş dörd manat iyirmi doqquz qəpik) manat dəbbə; 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan “LG”, qızıl Zəmanət Ultra1 il xidməti üçün 757,48 (yeddi yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 75,75 (yetmiş beş manat yetmiş beş qəpik) manat dəbbə; 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********65410 olan “Oppo A60”, Paket XL xidməti, qızıl Zəmanət Ultra 2 il xidməti üçün 467,13 (dörd yüz altmış yeddi manat on üç qəpik) manat ödənilməmiş hissə, 46,71 (qırx altı manat yetmiş bir qəpik) manat dəbbə; 22 avqust 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********89305 olan “Xiaomi Redmi” üçün 199,02 (yüz doxsan doqquz manat iki qəpik) manat ödənilməmiş hissə, 19,90 (on doqquz manat doxsan qəpik) manat dəbbə, ümumilikdə 5706,81 manat borc və 77,07 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "ABC TELECOM'’ MMC arasında bağlanmış 08 mart 2025-ci il, 13 iyul 2024-cü il, 12 oktyabr 2024-cü il, 22 avqust 2024-cü il tarixli müqavilələrə əsasən İMEİ Kod **********12429 “İphone 16 Pro Max”, Apple Adapter, paket XXXL xidməti, Paltaryuyan “LG”, qızıl Zəmanət Ultra 1 il xidməti, İMEİ Kod **********65410 Oppo A60, paket XL xidməti, qızıl Zəmanət Ultra 2 il xidməti, İMEİ Kod **********89305 Xiaomi Redmi 13 almış və nəticədə 5706,81 (beş min yeddi yüz altı manat səksən bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08 mart 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4092,92 (dörd min doxsan iki manat doxsan iki qəpik) manat (18 ay x 207,94 manat + 350 manat ilkin ödəniş) olan İMEİ Kod **********12429 İphone 16 Pro Max, Apple Adapter, Paket XXXL xidməti üçün ümumilikdə 4140,81 (dörd min yüz qırx manat səksən bir qəpik ) manat olmaqla ondan, 3742,92 (üç min yeddi yüz qırx iki manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 374,29 (üç yüz yetmiş dörd manat iyirmi doqquz qəpik) manat dəbbə; 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1404 (min dörd yüz dörd manat) manat (18 ay x 78 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan “LG”, qızıl Zəmanət Ultra 1 il xidməti üçün ümumilikdə 833,23 (səkkiz yüz otuz üç manat iyirmi üç qəpik) manat olmaqla ondan, 757,48 (yeddi yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75,75 (yetmiş beş manat yetmiş beş qəpik) manat dəbbə; 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 673,92 (altı yüz yetmiş üç manat doxsan iki qəpik) manat (18 ay x 35.94 manat + 27 manat ilkin ödəniş) olan İMEİ Kod **********65410 Oppo A60, paket XL xidməti, qızıl Zəmanət Ultra 2 il xidməti üçün ümumilikdə 513,84 (beş yüz on üç manat səksən dörd qəpik) manat olmaqla ondan 467,13 (dörd yüz altmış yeddi manat on üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46,71 (qırx altı manat yetmiş bir qəpik) manat dəbbə; 22 avqust 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 419,96 (dörd yüz on doqquz manat doxsan altı qəpik) (12 ay x 33.33 manat + 20 manat ilkin ödəniş) olan İMEİ Kod **********89305 Xiaomi Redmi 13 üçün ümumilikdə 218,92 (iki yüz on səkkiz manat doxsan iki qəpik) manat olmaqla ondan 199,02 (yüz doxsan doqquz manat iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19,90 (on doqquz manat doxsan qəpik) manat dəbbə miqdarında dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1424,25 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 08 mart 2025-ci il, 13 iyul 2024-ci il, 12 oktyabr 2024-cü il, 22 avqust 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 13 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, qeyd olunan əşyalardan yalnız paltaryuyanı özü üçün almışdır, digər əşyaları isə özü adına alaraq işçilərinə vermişdir. İşlədiyi sexlərdən biri yandığı üçün başı qarışmış və ödənişləri edə bilməmişdir. Qeyd olunanlara əsasən cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir.

İş materialları:

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2024-cü il tarixli, 13042653 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Paltaryuyan «LG» F2V5HS2S (gümüşü), Ariel LS white rose 450 GR (22) və qızıl zəmanət ultra 1 İL (KONTAKT) telefonlar verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı MMC-nin 13 iyul 2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh 13042653 saylı müqavilə üzrə Paltaryuyan «LG» F2V5HS2S (gümüşü), Ariel LS white rose 450 GR (22) və qızıl zəmanət ultra 1 İL (KONTAKT) malları təhvil alaraq akta imza etmişdir.

7. İddiaçı MMC-nin 13 iyul 2024-cü il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh 13 aprel 2024-cü il tarixli 13042653 nömrəli müqavilə üzrə hər ayın 27-də 12 ay müddətinə 78 manat ödəniş etməlidir.

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2024-cü il tarixli, 07201309 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Xiaomi Redmi 13 6/128 Mıdnıght) Black telefon verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

9. İddiaçı MMC-nin 22 avqust 2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh 07201309 saylı müqavilə üzrə Xiaomi Redmi 13 6/128 Mıdnıght) Black telefon təhvil alaraq akta imza etmişdir.

10. İddiaçı MMC-nin 22 avqust 2024-cü il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh 22 avqust 2024-cü il tarixli 07201309 nömrəli müqavilə üzrə hər ayın 30-də fevral ayında 28-də 12 ay müddətinə 33,33 manat ödəniş etməlidir.

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2024-cü il tarixli, 933503 nömrəli müqavilənin surətindən görünür ki, (müştəri) Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə əsasında “Müştəri” bu Müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)/xidmət(lər)i (bundan soma bu Müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) Müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq “Mal” adlanacaq) “ABC”-nə sifariş verir, “ABC” həmin “Mal”ı Müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə Müştəriyə təqdim edir, “Müştəri” isə həmin “Malın” dəyərini razılaşdırılmış qaydada “ABC”-nə ödəyir qeyd olunmuşdur.

12. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Oppo A 60 8/128GB purple, X5 A Wax 12 ay, X2 1P/1Y, paket XL, akkaunt yaradılması, antıvirusun quraşdırılması, X1 (5%), mobıl tətbiqin yüklənməsi (1 ədəd), kontaktların köçürülməsi və qızıl zəmanət ultra 2 il (kontakt) mallar verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

13. İddiaçı MMC-nin 12 oktyabr 2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh ********* saylı müqavilə üzrə Oppo A 60 8/128GB purple, X5 A Wax 12 ay, X2 1P/1Y, paket XL, akkaunt yaradılması, antıvirusun quraşdırılması, X1 (5%), mobıl tətbiqin yüklənməsi (1 ədəd), kontaktların köçürülməsi və qızıl zəmanət ultra 2 il (kontakt) malları təhvil alaraq akta imza etmişdir.

14. İddiaçı MMC-nin 12 oktyabr 2024-cü il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh 12 oktyabr 2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ayın 12-də 12 ay müddətinə 35,94 manat ödəniş etməlidir.

15. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2024-cü il tarixli, 933503 nömrəli müqavilənin bu əlavəsinə əsasən aşağıdakı məhsullar ********* faktura ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. Məhsullar: “İphone 16 Pro Max” 256 GB Black (İMEİ Kod:**********12429; miqdar: 1; məbləğ: 3349,991), X3 ömürlük (İMEİ Kod:**********87581; miqdar: 1; məbləğ: 24,99), Yandex Music 3 ay (İMEİ Kod: YDZNMDV5DG; miqdar:1; məbləğ: 11,99), Opentube 6 ay (İMEİ Kod: **********24; miqdar: 1; məbləğ: 29,99), Apple 20w Usb-C Adapter MHJE3ZM/A MUW3ZM/A (miqdar: 1; məbləğ: 69,**********9999), Kontakt TV 12 ay (İMEİ Kod: AZ4XT4WP60; miqdar: 1; məbləğ: 40), Smartfonda məlumatin köçürülməsi (100gby) (miqdar: 1; məbləğ: 0,007), Kontaktların köçürülməsi (miqdar: 1; məbləğ: 6,**********99999), Mobil tətbiqin yüklənməsi (1 ədəd) (miqdar: 1; məbləğ: 41,**********00004), X1 (10%) (miqdar: 1; məbləğ: 0,695), Paket XXXL (miqdar: 1; məbləğ: 149,99), Akkaunt Yaradilmasi (miqdar: 1; məbləğ: 6,**********99999), İT Dəstək 12 ay (miqdar: 1; məbləğ: 20,84). Ödəniş (ümumi faktura üzrə): ilkin öd. 350 AZN, Kredit müddəti: 18 ay, aylıq öd. (ümumi faktura üzrə): 207.94 AZN, ümumi məbləğ: 4092,98 AZN; ödəniş günü: hər ayın 22 qeyd edilmişdir.

16. İddiaçı MMC-nin 08 mart 2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh 933503 saylı müqavilə üzrə Məhsullar: “İphone 16 Pro Max” 256 GB Black (İMEİ Kod:**********12429), X3 ömürlük (İMEİ Kod:**********87581), Yandex Music 3 ay (İMEİ Kod: YDZNMDV5DG), Opentube 6 ay (İMEİ Kod: **********24), Apple 20w Usb-C Adapter MHJE3ZM/A MUW3ZM/A, Kontakt TV 12 ay (İMEİ Kod: AZ4XT4WP60), Smartfonda məlumatin köçürülməsi (100gby), Kontaktların köçürülməsi, Mobil tətbiqin yüklənməsi (1 ədəd), X1 (10%), Paket XXXL, Akkaunt Yaradilmasi, İT Dəstək 12 ay malları təhvil alaraq akta imza etmişdir.

17. İddiaçı MMC-nin 01 oktyabr 2025-ci il tarixli arayışının surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında İMEİ Kod:**********12429 “İphone 16 Pro Max” telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat altmış qəpik) manat pul ödənilmişdir.

18. İddiaçı MMC-nin 01 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 mart 2025 il tarixli müqaviləyə əsasən İMEİ Kod **********12429 “İphone 16 PRO MAX”, Apple adapter, paket XXXL xidməti üçün 3742,92 (üç min yeddi yüz qırx iki manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 374,29 (üç yüz yetmiş dörd manat iyirmi doqquz qəpik) manat dəbbə; 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan “LG”, qızıl zəmanət ultra 1 il xidməti üçün 757,48 (yeddi yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 75,75 (yetmiş beş manat yetmiş beş qəpik) manat dəbbə; 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********65410 Oppo A60, paket XL xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 467,13 (dörd yüz altmış yeddi manat on üç qəpik) manat ödənilməmiş hissə, 46,71 (qırx altı manat yetmiş bir qəpik) manat dəbbə, 22 avqust 2024cü il tarixli müqaviləyə əsasən İMEİ Kod **********89305 Xiaomi Redmi 13 telefon üçün 199,02 (yüz doxsan doqquz manat iki qəpik) manat ödənilməmiş hissə, 19,90 (on doqquz manat doxsan qəpik) manat dəbbə, ümumilikdə 5706,81 manat borcu vardır.

19. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı 13 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh iləİddiaçı MMC ilə arasında bağlanmış 22 avqust 2024, 12 oktyabr 2024, 13 iyul 2024 və 08 mart 2025-ci il tarixli müqavilələrə əsasən “Xiaomi” markalı telefon, “Oppo” markalı telefon, “LG” markalı paltaryuyan, “Apple” markalı telefon, adapter, “Paket XXXL” və “QİZİL ZƏMANƏT ULTRA 1 İL” xidmətini almışdır. Lakin o, aldığı malların dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Qeyd olunanlara əsasən, mövcud müqavilənin 3.11-ci bəndinə uyğun olaraq, üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları "xxxx" MMC-yə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalıdır. Bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəkdir. Bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri onun tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, onun tərəfindən hazırkı xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət edilmədiyi təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəfləri tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

20. 03 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 77,07 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

21. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2024-cü il tarixli, 12 oktyabr 2024-cü il tarixli, 13 iyul 2024-cü il tarixli və 08 mart 2025-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan İMEİ Kod **********12429 İphone 16 PRO MAX, Apple adapter, paket XXXL xidməti, Paltaryuyan “LG”, qızıl zəmanət ultra 1 il xidməti, İMEİ Kod **********65410 Oppo A60, paket XL xidməti, qızıl zəmanət ultra 2 il xidməti və İMEİ Kod **********89305 Xiaomi Redmi 13 telefon almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də, müqavilələrin predmeti olan əşyaları təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilələrin şərtlərini pozmuşdur.

25. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

27. Məhkəmə hesab edir ki, 08 mart 2025-ci il tarixli müqaviləyə əsasən 3742,92 manat borca münasibətdə 374,29 manat dəbbə pulu; 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən 757,48 manat borca münasibətdə 75,75 manat dəbbə pulu; 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 467,13 manat borca münasibətdə 46,71 manat dəbbə pulu; 22 avqust 2024-cü il tarixli müqaviləyə əsasən 199,02 manat borca münasibətdə 19,90 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 08 mart 2025-ci il tarixli müqaviləyə əsasən 30 manat, 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən 10 manat, 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 10 manat, 22 avqust 2024-cü il tarixli müqaviləyə əsasən isə 10 manat müəyyən edilməlidir.

28. Beləliklə, məhkəmə hesab edir ki, 08 mart 2025-ci il tarixli müqaviləyə əsasən 3742,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 manat dəbbə pulu; 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən 757,48 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 467,13 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 22 avqust 2024-cü il tarixli müqaviləyə əsasən 199,02 manat ödənilməmiş hissə və 10 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

30. İddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 77,07 (yetmiş yeddi manat yeddi qəpik) manat dövlət rüsumunun 71,06 (yetmiş bir manat altı qəpik) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 6,01 (altı manat bir qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 08 mart 2025-ci il tarixli müqaviləyə əsasən 3742,92 (üç min yeddi yüz qırx iki manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 (otuz) manat dəbbə pulu; 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən 757,48 (yeddi yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 467,13 (dörd yüz altmış yeddi manat on üç qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 22 avqust 2024-cü il tarixli müqaviləyə əsasən 199,02 (yüz doxsan doqquz manat iki qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu, ümumilikdə 5250,15 (beş min iki yüz əlli manat on beş qəpik) manat borc və 72,51 (yetmiş iki manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 4,56 (dörd manat əlli altı qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

32. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08 mart 2025-ci il tarixli müqaviləyə əsasən 3742,92 (üç min yeddi yüz qırx iki manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 (otuz) manat dəbbə pulu; 13 iyul 2024-cü il tarixli müqaviləyə əsasən 757,48 (yeddi yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 467,13 (dörd yüz altmış yeddi manat on üç qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 22 avqust 2024-cü il tarixli müqaviləyə əsasən 199,02 (yüz doxsan doqquz manat iki qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu, ümumilikdə 5250,15 (beş min iki yüz əlli manat on beş qəpik) manat borc və 72,51 (yetmiş iki manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 4,56 (dörd manat əlli altı qəpik) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar