Məhkəmə qərarları › İş №e-2(050)-3655/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3655/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3655/2025 02.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1360 manat və 100 manat cərimə məbləği olmaqla cəmi 1460 manat borc, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 3300 manat və 200 manat cərimə məbləği olmaqla cəmi 3500 manat borc, xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 780 manat və 40 manat cərimə məbləği olmaqla cəmi 820 manat borc, ümumi 5780 manat məbləğin, habelə dövlət rüsumu əvəzi ödənilmiş 78 manat, 0.62 manat xidməti haqqı və poçt xərci olaraq ödənilmiş 1.80 manat məbləğin məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli nisyə satış müqaviləsinə əsasən 1730 manat dəyərində, 50 manat ilkin ödəniş olmaqla, 1 ədəd Xiaomi modelli 13T Pro 12/512GB markalı məhsulu 12 ay müddətinə, hər ay 140 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda, xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1360 manat təşkil edir. Bundan başqa, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3500 manat dəyərində, 200 manat ilkin ödəniş olmaqla, 1 ədəd Xiaomi 14 ultra 16/512GB məhsulu 15 ay müddətinə, hər ay 220 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 3300 manat təşkil edir. Bundan başqa, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli nisyə satış müqaviləsinə əsasən 900 manat dəyərində, 120 manat ilkin ödəniş olmaqla, 1 ədəd Samsung A35 256GB məhsulu 12 ay müddətinə, hər ay 65 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 780 manat təşkil edir. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüşdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq, İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı 1730 manat dəyərində, 50 manat ilkin ödəniş olmaqla, 1 ədəd Xiaomi modelli 13T Pro 12/512GB markalı məhsulu 12 ay müddətinə, hər ay 140 manat ödənilməklə Cavabdeh nisyə satmışdır. xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı 3500 manat dəyərində, 200 manat ilkin ödəniş olmaqla, 1 ədəd Xiaomi 14 ultra 16/512GB məhsulu 15 ay müddətinə, hər ay 220 manat ödənilməklə Cavabdeh nisyə satmışdır. xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı 900 manat dəyərində, 120 manat ilkin ödəniş olmaqla, 1 ədəd Samsung A35 256GB məhsulu 12 ay müddətinə, hər ay 65 manat ödənilməklə Cavabdeh nisyə satmışdır. Maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1360 manat və 100 manat cərimə məbləği olmaqla cəmi 1460 manat borc, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 3300 manat və 200 manat cərimə məbləği olmaqla cəmi 3500 manat borc, xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 780 manat və 40 manat cərimə məbləği olmaqla cəmi 820 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli və xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 78 manat dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli nisyə satış müqaviləsinə əsasən 1730 manat dəyərində, 50 manat ilkin ödəniş olmaqla, 1 ədəd Xiaomi modelli 13T Pro 12/512GB markalı məhsulu 12 ay müddətinə, hər ay 140 manat ödənilməklə, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3500 manat dəyərində, 200 manat ilkin ödəniş olmaqla, 1 ədəd Xiaomi 14 ultra 16/512GB məhsulu 15 ay müddətinə, hər ay 220 manat ödənilməklə və xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli nisyə satış müqaviləsinə əsasən 900 manat dəyərində, 120 manat ilkin ödəniş olmaqla, 1 ədəd Samsung A35 256GB məhsulu 12 ay müddətinə, hər ay 65 manat ödənilməklə cavabdehə satılmış, cavabdeh malları qəbul edib, müqavilələrlə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımınca icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli müqavilə üzrə ödənilməmiş 1360 manat borc və 100 manat cərimə məbləği olmaqla cəmi 1460 manat borc, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 3300 manat və 200 manat cərimə məbləği olmaqla cəmi 3500 manat borc, xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 780 manat və 40 manat cərimə məbləği olmaqla cəmi 820 manat borcu yaranmışdır. Müqavilələrdə ödənişlər üzrə gecikmələr olduğu halda, cərimə ödənilməsi də nəzərdə tutulmuşdur. Məhkəmə tərəflərin arasında mübahisə ilə əlaqədar olaraq aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir:

567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh müqavilələr üzrə öhdəliyini lazımınca icra etməmişdir. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə cavabdehə hesablanmış cərimə məbləğləri ilə bağlı hesab edir ki, müqavilələr üzrə hesablanmış cərimə məbləğləri azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, cərimə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilələrdən irəli gələn cərimə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli müqavilə üzrə 4 manat məbləğində saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1360 manat və 10 manat cərimə, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 3300 manat və 20 manat cərimə, xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 780 manat və 4 manat cərimə, cəmi 5474 manat borc və dövlət rüsumu qismində ödənilmiş 78 manat məbləğində pul vəsaitinin 74.74 manat məbləğində hissəsi, 0.62 manat xidməti haqqı və poçt xərci olaraq ödənilmiş 1.80 manat pul tutularaq İddiaçı ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Nəticə:

Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli C9790045/24 nömrəli müqavilə üzrə ödənilməmiş 1360 manat borc və 10 manat cərimə, xx.xx.2024-cü il tarixli C9790093/24 nömrəli müqavilə üzrə ödənilməmiş 3300 manat borc və 20 manat cərimə, xx.xx.2024-cü il tarixli C9790094/24 nömrəli müqavilə üzrə ödənilməmiş 780 manat borc və 4 manat cərimə, cəmi 5474 manat borc və dövlət rüsumu qismində ödənilmiş 78 manat məbləğində pul vəsaitinin 74.74 manat məbləğində hissəsi, 0.62 manat xidməti haqqı və poçt xərci olaraq ödənilmiş 1.80 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar