Məhkəmə qərarları › İş №e-2(050)-3673/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3673/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3673/2025 27.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 20 iyun 2024-cü il tarixli müqaviləyə əsasən “İphone 13” markalı telefon. 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A15” markalı telefon. Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 20 iyun 2024-cü il tarixli müqavilə üzrə 1490 manat əsas borc, 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 440 manat əsas borc, ümumilikdə iki müqavilə üzrə 1930 manat borc və 39,30 manat ödənilmiş dövlət rüsumu. Alğı-satqı müqavilələri, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən xəbərnamə. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia tam əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı 20 iyun 2024-cü il tarixli müqaviləyə əsasən “İphone 13” markalı telefon və 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A15” markalı telefon almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 20 iyun 2024-cü il tarixli müqavilə üzrə 1490 manat əsas borc, 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 440 manat əsas borc, ümumilikdə iki müqavilə üzrə 1930 (bir min doqquz yüz otuz) manat məbləğində borc və 39,30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar