Məhkəmə qərarları › İş №e-2(050)-3677/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3677/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3677/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ İ. Giriş hissə: Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İİ. Təsviri hissə: a. İddia ərizəsində qeyd edilən işin halları: İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 959 manat olan məişət avadanlığı və müddəti 12 ay olmaqla xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 900 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilələr üzrə ödəniş etdikdən sonra iddiaçıya xx.xx.2021-ci il tarixli, 28K528925 saylı borc müqaviləsi üzrə 218 manat, xx.xx.2022-ci il tarixli, 28K6268169 saylı borc müqaviləsi üzrə 765 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iki müqavilə üzrə Cavabdeh 983 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1013 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasının zəruri olduğunu qeyd etmişdir. b. İddiaçının tələbi: Cavabdeh xx.xx.2021-ci il tarixli, 28K528925 saylı və xx.xx.2022-ci il tarixli, 28K6268169 saylı borc müqavilələrinə əsasən 983 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1013 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c. Cavabdehin etirazı: Cavabdeh İddiaçı MMC-nin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İİİ. Əsaslandırıcı hissə: a. İş materiallarına əlavə edilmiş sənədlər: ● xx.xx.2021-ci il tarixli, 28K528925 saylı borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 24 ay müddətinə, 959 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. ● xx.xx.2022-ci il tarixli, 28K6268169 saylı borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, 900 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. ● Maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli, 28K528925 saylı müqavilə üzrə 218 manat, xx.xx.2022-ci il tarixli, 28K6268169 saylı müqavilə üzrə 765 manat borcu vardır. ● xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 28K528925 saylı və xx.xx.2022-ci il tarixli, 28K6268169 saylı müqavilələr üzrə ödənilməmiş 983 manat borcunu 3 iş günü ərzində İddiaçı MMC-yə ödəməsi barədə xəbərdar edilmişdir. ● xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. b. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. c.İşə baxan məhkəmənin mövqeyi: Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla xx.xx.2021-ci il tarixli və müddəti 12 ay olmaqla xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan dəyəri 959 və 900 manat olan məişət avadanlıqları əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 983 manat əsas borcu qalıb. ç. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. İV. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 983 manat ödənilməmiş hissə və dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar