Məhkəmə qərarları › İş №e-2(050)-3687/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3687/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3687/2023 26.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “İcbari Sığorta Bürosu” X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4998 manat və ödənilmiş dövlət rüsumuna görə 69.98 manat, cəmi 5067.98 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X4 adına sığortalanmış KİA Sorento markalı, 90ZR590 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Masallı rayonunda Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 və X10 əmlaklarına ayrı-ayrılıqda maddi zərər vurulmuşdur. Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Belə ki, həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 1-(099)-341/2020 saylı hökmünə əsasən Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmiş və Cinayət Məcəlləsinin 264-cü maddəsində təqsirli olduğu bilinmişdir. Həmin maddənin dispozisiyasından “yol nəqliyyat hadisəsi törətmiş şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması” sübuta yetirilir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən dəymiş zərər üzrə zərərçəkənlərə X7 görə 2133.28 manat, X12 görə 2865.6 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Odur ki, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4998 manat və ödənilmiş dövlət rüsumuna görə 69.98 manat, cəmi 5067.98 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçının nümayəndəsi Əziz Quliyev ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, bildirdi ki, məntəqə tipli cəzaçəkmə müssisəsində cəza çəkir. Cəza müddəti bitməmişdir. Bu səbəbdən borcunu ödəyə bilmir. Cəza müddəti bitdikdən sonra dəymiş ziyanı ödəyəcəkdir. Sonda Cavabdeh iddianın təmin edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sığorta aktlarından və ödəniş tapşırıqlarından görünür ki, “KİA Sorento” markalı, 90ZR590 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalanmış, sığorta hadisəsi nəticəsində zərərçəkən X5 əmlakına maddi zərər vurulmasına görə 2133.28 manat, digər zərərçəkən X10 əmlakına maddi zərər vurulmasına görə 2865.60 manat “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən sığorta məbləği ödənilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 1-(099)-341/2020 saylı hökmündən görünür ki, Cavabdeh 22 aprel 2020-ci il tarixdə saat 14 radələrində idarə etdiyi “KİA Sorento” markalı, 90ZR590 dövlət qeydiyyat nişanlı avtomobillə Masallı- Boradigah avtomobil yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin 3.20 (ötmək qadağandır) qadağan nişanının tələbinə riayət etməklə yolun həmin hissəsində öz hərəkət zolağında hərəkət etməklə ötmə əməliyyatı aparmamalı və avtomobili qarşı əks hərəkət zolağına çıxarmamalı olduğu halda həmin qaydaları pozmuş, onunla eyni istiqamətdə qarşıda hərəkət edən mülkiyyət hüququ ilə X1 məxsus “Mercedes Benz 220” markalı 10SS064 dövlət qeydiyyat nişanlı avtomobili qarşı hərəkət zolağına çıxmaqla ötüb keçmək istəyərkən ehtiyatsızlıqdan idarə eldiyi avtomobilin ön sağ tərəfini “Mercedes Benz 220” markalı avtomobilin arxa sol tərəfinə vurmuş, zərbənin təsirindən “Mercedes Benz 220” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxmaqla həmin hissədə X5 idarə eldiyi “VAZ-21074” markalı 44BM855 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, onun müvafiq ehtiyatsızlığı nəticəsində avtomobildə olan sürücü X13, sərnişin X18 ölmüş, digər sərnişinlər X14 və X8 isə az ağır xəsarət almışdır. Cavabdeh həmin əməlinə görə Azərbaycan Respublikası CM-in 263.3 və 264-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qətnamədən görünür ki, ASC "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Cavabdeh 22 aprel 2020-ci il tarixdə idarə etdiyi “KİA Sorento” markalı, 90ZR590 dövlət qediyyat nişanlı avtomobil ilə Masallı-Lənkaran yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən “ötmə əməliyyatını düzgün aparılmaması səbəbindən, qarşısında hərəkət edən Ümid Əşrəfovun idarə etdiyi avtomobilə dəymiş, həmin avtomobil də öz növbəsində əks zolaqda hərəkət edən “VAZ-21074” markalı 44BM855 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobildə olan sürücü X13, sərnişin X15 ölməsinə, digər sərnişinlər X14 və X2 isə sağlamlığına az ağır xəsarət yetirilməsinə səbəb olmuşdur. Cavabdeh CM-in 263.3 və 264-cü maddələri ilə təqsirli olması Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 1-(099)- 341/2020 saylı hökmü ilə təsdiqini tapmışdır. X5 əmlakına maddi zərər vurulmasına görə 2133.28 manat, digər zərərçəkən X10 əmlakına maddi zərər vurulmasına görə 2865.60 manat “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən sığorta məbləği ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; Həmin Qanunun 25.4-cü maddəsinə əsasən bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Həmin Qanunun 32.4-cü maddəsinə əsasən Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1108.1-ci maddəsinə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 4998 manat ödənilmiş sığorta məbləği və 69.98 manat dövlət rüsumu, cəmi 5067.98 manat məbləğində pul Cavabdeh tutularaq “İcbari Sığorta Bürosu” X6 ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar