Məhkəmə qərarları › İş №e-2(050)-3705/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3705/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3705/2025 10.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 mart 2025-ci il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti, paket Apple xidməti, İmei kod **********51228 İPHONE 16 üçün 2485,86 (iki min dörd yüz səksən beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 248,59 (iki yüz qırx səkkiz manat əlli doqquz qəpik) manat dəbbə; 23 mart 2025-ci il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 1 il xidməti, paltaryuyan Samsung üçün 1187,96 (min yüz səksən yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 118,80 (yüz on səkkiz manat səksən qəpik) manat dəbbə; il tarixli müqaviləyə əsasən, LG TV, zəmanət + 2 il xidməti üçün 949,04 (doqquz yüz qırx doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 94,90 (doxsan dörd manat doxsan qəpik) manat dəbbə; il tarixli müqaviləyə əsasən, 4 ədəd qızıl zəmanət ultra 3 il xidməti, ütü Tefal Puregliss, mikrodalğalı Soba Hisense, mini soba Hoffmann, tozsoran Samsung üçün 558,36 (beş yüz əlli səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 55,84 (əlli beş manat səksən dörd qəpik) manat dəbbə; ümumilikdə 5722,94 manat borc, 77,23 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28 mart 2025-ci il, 23 mart 2025-ci il, 14 mart 2025-ci il, 10 may 2025-ci il tarixli müqavilələrə əsasən qızıl zəmanət ultra 2 il xidməti, paket Apple xidməti, İmei kod **********51228 İphone 16, qızıl zəmanət ultra 1 il xidməti, paltaryuyan Samsung, LG Tv, Zəmanət + 2 il xidməti, 4 ədəd qızıl zəmanət ultra 3 il xidməti, ütü Tefal Puregliss, mikrodalğali soba Hisense, mini soba Hoffmann, tozsoran Samsung almış və nəticədə 5722,94 (beş min yeddi yüz iyirmi iki manat doxsan dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28 mart 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2987,86 (iki min doqquz yüz səksən yeddi manat səksən altı qəpik) manat (18 ay x 146,27 manat + 355 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidməti, paket Apple xidməti, İmei kod **********51228 İphone 16 üçün ümumilikdə 2758,05 (iki min yeddi yü əlli səkkiz manat beş qəpik) manat olmaqla ondan, 2485,86 (iki min dörd yüz səksən beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 248,59 (iki yüz qırx səkkiz manat əlli doqquz qəpik) manat dəbbə, 23 mart 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1296,96 (min iki yüz doxsan altı manat doxsan altı qəpik) manat (12 ay x 108.08 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 1 il xidməti, paltaryuyan Samsung üçün ümumilikdə, 1306,76 (min üç yüz altı manat yetmiş altı qəpik) manat olmaqla ondan 1187,96 (min yüz səksən yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118,80 (yüz on səkkiz manat səksən qəpik) manat dəbbə; 14 mart 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1139,04 (min yüz otuz doqquz rmanat dörd qəpik) manat (12 ay x 94,92 manat + 0 manat ilkin ödəniş) olan LG TV, zəmanət + 2 il xidməti üçün ümumilikdə, 1043,94 (min qırx üç manat doxsan dörd qəpik) manat olmaqla ondan, 949,04 (doqquz yüz qırx doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94,90 (doxsan dörd manat doxsan qəpik) manat dəbbə; 10 may 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 753,36 (yeddi yüz əlli üç manat otuz altı qəpik) manat (12 ay x 46,53 manat + 195 manat ilkin ödəniş) olan 4 ədəd qızıl zəmanət ultra 3 il xidməti, ütü Tefal Puregliss, mikrodalğali soba Hisense, mini soba Hoffmann, tozsoran Samsung üçün ümumilikdə, 614,20 (altı yüz on dörd manat iyirmi qəpik) manat olmaqla ondan 558,36 (beş yüz əlli səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55,84 (əlli beş manat səksən dörd qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 996 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 28 mart 2025-ci il, 23 mart 2025-ci il, 14 mart 2025-ci il, 10 may 2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 19 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçınə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, 10 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

6. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 mart 2025-ci il tarixli, ********** nömrəli müqavilənin bu əlavəsinə əsasən aşağıdakı məhsullar 11483891 faktura ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. Məhsullar: LG 43UT81006LA.AMCN (miqdar: 1; məbləğ: 949,99) və zəmanət + 2 il (miqdar: 1; məbləğ: 95). Ödəniş (ümumi faktura üzrə): ilkin öd. 0 AZN, Kredit müddəti: 12 ay, aylıq öd. (ümumi faktura üzrə): 94.92AZN, ümumi məbləğ: 1139 AZN; ödəniş günü: hər ayın 14 qeyd edilmişdir.

10. İddiaçı MMC-nin 14 mart 2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh ********** saylı müqavilə üzrə Məhsullar: LG 43UT81006LA.AMCN və zəmanət + 2 il malları təhvil alaraq akta imza etmişdir.

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 mart 2025-ci il tarixli, 09549410 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə paltaryuyan SAMSUNG WW70AG5S21CELP və qızıl zəmanət ultra 1 il (KONTAKT) mallar verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

12. İddiaçı MMC-nin 23 mart 2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh 09549410 saylı müqavilə üzrə SAMSUNG WW70AG5S21CELP və qızıl zəmanət ultra 1 il (KONTAKT) malları təhvil alaraq akta imza etmişdir.

13. İddiaçı MMC-nin 23 mart 2025-ci il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh 23 mart 2025-ci il tarixli 09549410 nömrəli müqavilə üzrə hər ayın 23-də 12 ay müddətinə 108,08 manat ödəniş etməlidir.

14. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2025-ci il tarixli, ********** nömrəli müqavilənin bu əlavəsinə əsasən aşağıdakı məhsullar 11483891 faktura ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. Məhsullar: İPHONE 16 128gb black (İMEİ Kod:**********51228; miqdar: 1; məbləğ: 2169,991), YANDEX PLUS 3 ay (İMEİ Kod:Q5DART7A5K; miqdar: 1; məbləğ: 11,99), KONTAKT TV 6 ay(İMEİ Kod:JPİA5XV9; miqdar: 1; məbləğ: 23,001), kontaktlarin köçürülməsi (miqdar: 1; məbləğ: 6,**********99999), İT dəstək 6 ay (miqdar: 1; məbləğ: 11,**********99997), TRAD E-İN əlavə dəyərləndirmə (10%)(miqdar: 1; məbləğ: 0,695), smartfonda məlumatin köçürülməsi (50GB+)(miqdar: 1; məbləğ: 13,892), paket APPLE (miqdar: 1; məbləğ: 59,**********99995), mobil tətbiqin yüklənməsi (1 ədəd) (miqdar: 1; məbləğ: 27,658), akkaunt yaradılmasi (miqdar: 1; məbləğ: 6,**********99999) və qızıl zəmanət ultra 2 il (KONTAKT) (miqdar: 1; məbləğ: 434). Ödəniş (ümumi faktura üzrə): ilkin öd. 355 AZN, Kredit müddəti: 18 ay, aylıq öd. (ümumi faktura üzrə): 146,27 AZN, ümumi məbləğ: 2987,97 AZN; ödəniş günü: hər ayın 30 qeyd edilmişdir.

15. İddiaçı MMC-nin 28 mart 2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh ********** saylı müqavilə üzrə Məhsullar: İPHONE 16 128gb black, YANDEX PLUS 3 ay, KONTAKT TV 6 ay, kontaktlarin köçürülməsi, İT dəstək 6 ay, TRAD E-İN əlavə dəyərləndirmə (10%), smartfonda məlumatin köçürülməsi (50GB+), paket APPLE, mobil tətbiqin yüklənməsi (1 ədəd), akkaunt yaradılmasi və qızıl zəmanət ultra 2 il (KONTAKT). malları təhvil alaraq akta imza etmişdir.

16. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 may 2025-ci il tarixli, 11872373 nömrəli müqavilənin bu əlavəsinə əsasən aşağıdakı məhsullar 11872373 faktura ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. Məhsullar: ütü TEFAL PUREGLİSS FV8062 (miqdar: 1; məbləğ: 149.99), mikrodalğalı soba HİSENSE H20MOBP1H (miqdar: 1; məbləğ: 99.99), tozsoran SAMSUNG VC 18M21A0SB/EV (miqdar:1; məbləğ: 179.99), mini soba HOFFMANN F4800 BLACK (miqdar: 1; məbləğ: 99.99), qısa qapanma zəmanəti 1 il (kiçik məişət) (miqdar: 4; məbləğ: 14,**********99998), qızıl zəmanət ultra 3 il (miqdar: 1; məbləğ: 30), qızıl zəmanət ultra 3 il (miqdar: 1; məbləğ: 20), qızıl zəmanət ultra 3 il (miqdar: 1; məbləğ: 36) və qızıl zəmanət ultra 3 il (miqdar: 1; məbləğ: 20). Ödəniş (ümumi faktura üzrə): ilkin öd. 195 AZN, Kredit müddəti: 12 ay, aylıq öd. (ümumi faktura üzrə): 46,53 AZN, ümumi məbləğ: 753,36 AZN; ödəniş günü: hər ayın 20 qeyd edilmişdir.

17. İddiaçı MMC-nin 10 may 2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh ********** saylı müqavilə üzrə Məhsullar: ütü TEFAL PUREGLİSS FV8062, mikrodalğalı soba HİSENSE H20MOBP1H, tozsoran SAMSUNG VC 18M21A0SB/EV, mini soba HOFFMANN F4800 BLACK, qısa qapanma zəmanəti 1 il (kiçik məişət) (miqdar:4) və qızıl zəmanət ultra 3 il (miqdar: 4) malları təhvil alaraq akta imza etmişdir.

18. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı 19 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ilə İddiaçı MMC ilə arasında bağlanmış 28 mart 2025-ci il, 23 mart 2025-ci il, 14 mart 2025-ci il və 10 may 2025-ci il tarixli müqavilələrə əsasən “İphone” markalı telefon, qızıl zəmanət ultra 2 il, paket Apple, “Samsung” markalı paltaryuyan, tozsoran, qızıl zəmanət ultra 1 il, “LG” markalı televizor, zəmanət 2 il, “Hoffmann” markalı mini soba, “Hisense” maralı mikrodalğalı soba, “Tefal” markalı ütü, 4 ədəd qızıl zəmanət ultra 3 il, 4 ədəd qısa qapanma zəmanəti 1 il (kiçik məişət) xidmətini almışdır. Lakin o, aldığı malların dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Qeyd olunanlara əsasən, mövcud müqavilənin 3.11-ci bəndinə uyğun olaraq, üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları "xxxx" MMC-yə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalıdır. Bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəkdir. Bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri onun tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, onun tərəfindən hazırkı xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət edilmədiyi təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəfləri tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

19. İddiaçı MMC-nin 01 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 mart 2025 il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti, paket Apple xidməti, İMEİ kod **********51228 İPHONE 16 telefon üçün 2485,86 (iki min dörd yüz səksən beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 248,59 (iki yüz qırx səkkiz əlli doqquz qəpik) manat dəbbə; 23 mart 2025-ci il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 1 il xidməti, Paltaryuyan Samsung üçün 1187,96 (min yüz səksən yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 118,80 (yüz on səkkiz manat səksən qəpik) manat dəbbə; 14 mart 2025-ci il tarixli müqaviləyə əsasən LG TV, zəmanət + 2 il xidməti üçün 949,04 (doqquz yüz qırx doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 94,90 (doxsan dörd manat doxsan qəpik) manat dəbbə, 10 may 2025-ci il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 3 il xidməti, ütü Tefal Puregliss, mikrodalğalı soba Hısense, mini soba Hoffmann, tozsoran Samsung üçün 558,36 (beş yüz əlli səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 55,84 (əlli beş manat səksən dörd qəpik) manat dəbbə, ümumilikdə 5722,94 manat borcu vardır.

20. İddiaçı MMC-nin 16 oktyabr 2025-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında İMEİ Kod:**********51228 “İphone 16” telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat altmış qəpik) manat pul ödənilmişdir.

21. 19 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 77,23 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

22. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 mart 2025-ci il, 23 mart 2025-ci il, 28 mart 2025-ci il və 10 may 2025-ci tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan “İphone” markalı telefon, qızıl zəmanət ultra 2 il, paket Apple, “Samsung” markalı paltaryuyan, tozsoran, qızıl zəmanət ultra 1 il, “LG” markalı televizor, zəmanət 2 il, “Hoffmann” markalı mini soba, “Hisense” maralı mikrodalğalı soba, “Tefal” markalı ütü, 4 ədəd qızıl zəmanət ultra 3 il, 4 ədəd qısa qapanma zəmanəti 1 il (kiçik məişət) xidmətini almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də, müqavilələrin predmeti olan əşyaları təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

25. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilələrin şərtlərini pozmuşdur.

26. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Məhkəmə hesab edir ki, 14 mart 2025-ci il tarixli müqaviləyə əsasən 949,04 manat borca münasibətdə 94,90 manat dəbbə pulu; 23 mart 2025-ci il tarixli müqaviləyə əsasən 1187,96 manat borca münasibətdə 118,80 manat dəbbə pulu; 28 mart 2025-ci il tarixli müqaviləyə əsasən 2485,86 manat borca münasibətdə 248,59 manat dəbbə pulu və 10 may 2025-ci il tarixli müqaviləyə əsasən 558,36 manat borca münasibətdə 55,84 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 14 mart 2025-ci il tarixli müqaviləyə əsasən 10 manat, 23 mart 2025-ci il tarixli müqaviləyə əsasən 10 manat, 28 mart 2025-ci il tarixli müqaviləyə əsasən 20 manat, 10 may 2025-ci il tarixli müqaviləyə əsasən isə 10 manat müəyyən edilməlidir.

29. Beləliklə, məhkəmə hesab edir ki, 14 mart 2025-ci il tarixli müqaviləyə əsasən 949,04 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 23 mart 2025-ci il tarixli müqaviləyə əsasən 1187,96 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 28 mart 2025-ci il tarixli müqaviləyə əsasən 2485,86 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum; 10 may 2025-ci il tarixli müqaviləyə əsasən 558,36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

31. İddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 77,23 (yetmiş yeddi manat iyirmi üç qəpik) manat dövlət rüsumunun 72,55 (yetmiş iki manat əlli beş qəpik) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 4,68 (dörd manat altmış səkkiz qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə:

32. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 14 mart 2025-ci il tarixli müqaviləyə əsasən 949,04 (doqquz yüz qırx doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 23 mart 2025-ci il tarixli müqaviləyə əsasən 1187,96 (bir min yüz səksən yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 28 mart 2025-ci il tarixli müqaviləyə əsasən 2485,86 (iki min dörd yüz səksən beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum; 10 may 2025-ci il tarixli müqaviləyə əsasən 558,36 (beş yüz əlli səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu, ümumilikdə 5254,82 (beş min iki yüz əlli dörd manat səksən iki qəpik) manat borc və 72,55 (yetmiş iki manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 4,68 (dörd manat altmış səkkiz qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 mart 2025-ci il tarixli müqaviləyə əsasən 949,04 (doqquz yüz qırx doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 23 mart 2025-ci il tarixli müqaviləyə əsasən 1187,96 (bir min yüz səksən yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu; 28 mart 2025-ci il tarixli müqaviləyə əsasən 2485,86 (iki min dörd yüz səksən beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum; 10 may 2025-ci il tarixli müqaviləyə əsasən 558,36 (beş yüz əlli səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu, ümumilikdə 5254,82 (beş min iki yüz əlli dörd manat səksən iki qəpik) manat borc və 72,55 (yetmiş iki manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 4,68 (dörd manat altmış səkkiz qəpik) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar