Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3729/2024 19.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE markalı ADAPTER, VİNİL MAT, İmei kod **********31843 İPHONE 14 markalı telefon üçün 2747,22 manat ödənilməmiş hissə, 646,78 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən VİNİL MAT, İmei kod **********34475 İPHONE 14 PRO markalı telefon üçün 1971,52 manat ödənilməmiş hissə, 271,48 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən BEKO markalı paltaryuyan üçün 100 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumilikdə 5767 manat borcun və 77,67 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən APPLE markalı ADAPTER, VİNİL MAT, İmei kod **********31843 İPHONE 14 markalı telefon, VİNİL MAT, İmei kod **********34475 İPHONE 14 PRO markalı telefon, BEKO markalı paltaryuyan almış və nəticədə 5767 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3538.98 manat (18 ay x 196.61 manat + 0 manat ilkin ödəniş) olan APPLE ADAPTER, VİNİL MAT, İmei kod **********31843 İPHONE 14 markalı telefon üçün ümumilikdə, 3394 manat olmaqla, 2747,22 manat ödənilməmiş hissə, 646,78 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2939.98 manat (18 ay x 151.11 manat + 220 manat ilkin ödəniş) olan VİNİL MAT, İmei kod **********34475 İPHONE 14 PRO markalı telefon üçün ümumilikdə, 2243 manat olmaqla, 1971.52 manat ödənilməmiş hissə, 271,48 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 630 manat (6 ay x 30 manat + 100 manat ilkin ödəniş) olan, BEKO markalı paltaryuyan üçün ümumilikdə, 130 manat olmaqla, 100 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2290.22 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 05 iyul 2023-cü il tarixli, 10774573 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 18 ay müddətinə 3538,92 manat dəyərində APPLE markalı ADAPTER, VİNİL MAT, İmei kod **********31843 İPHONE 14 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. - 18 noyabr 2023-cü il tarixli, 10775538 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 18 ay müddətinə 2939,96 manat dəyərində VİNİL MAT, İmei kod **********34475 İPHONE 14 PRO markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. - 18 noyabr 2023-cü il tarixli, ********* saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 6 ay müddətinə 630 manat dəyərində BEKO markalı paltaryuyan satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. - 28 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 iyul 2023-cü il tarixli, 10774573 saylı müqaviləyə əsasən iddiaçı "xxxx" MMC-yə 2747.22 manat əsas, 646.78 manat cərimə, cəmi 3394 manat, 18 noyabr 2023-cü il tarixli, 10775538 saylı müqaviləyə əsasən 1971.52 manat əsas, 271.48 manat cərimə, cəmi 2243 manat, 18 noyabr 2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 100 manat əsas, 30 manat cərimə, cəmi 130 manat olmaqla ümumilikdə 5493 manat borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə ödənilməli olan əsas borcu və cəriməni ödəməmişdir. Halbuki, 05 iyul 2023-cü il tarixli, 10774573 saylı, 18 noyabr 2023-cü il tarixli, 10775538 saylı və 18 noyabr 2023-cü il tarixli, ********* saylı kredit müqavilələrinə əsasən Cavabdeh ona nisyə satılmış malların dəyərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən nisyə aldığı əşyalar üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, kredit razılaşması üzrə 646.78 manat cərimə pulunun miqdarı 100 manat, 271.48 manat cərimə pulunun miqdarı 50 manat, 30 manat cərimə pulunun miqdarı 10 manat həddinədək azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 77 (yetmiş yeddi) manat 67 qəpik dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 05 iyul 2023-cü il tarixli, 10774573 saylı müqaviləyə əsasən əsas borca görə 2747.22 manat, cəriməyə görə 100 manat, cəmi 2847,22 manat, 18 noyabr 2023-cü il tarixli, 10775538 saylı müqaviləyə əsasən əsas borca görə 1971,52 manat əsas, cəriməyə görə 50 manat, cəmi 2021,52 manat, 18 noyabr 2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən əsas borca görə 100 manat əsas, cəriməyə görə 10 manat, cəmi 110 manat və dövlət rüsumuna görə 77.67 manat olmaqla, ümumilikdə 5056 (beş min əlli altı) manat 41 qəpik məbləğində pul alınaraq “ABC Telecom“ MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-3729/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3729/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver