Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3803/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 26 noyabr 2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “LG” markalı musiqi mərkəzi. 23 avqust 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Nokia” markalı mobil telefon. 23 avqust 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Nokia” markalı mobil telefon. 24 avqust 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Honor” markalı mobil telefon. 02 mart 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “İphone 13” markalı xarici akumlyator. Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 07 oktyabr 2025-ci il tarixinə yaranmış 26 noyabr 2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 64,70 manat əsas borc, 9,70 manat cərimə, cəmi 74,40 manat borc, 23 avqust 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 46,90 manat əsas borc, 7 manat cərimə, cəmi 53,90 manat borc, 23 avqust 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 36,90 manat əsas borc, 5,50 manat cərimə, cəmi 42,40 manat borc, 24 avqust 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 379,90 manat əsas borc, 56,90 manat cərimə, cəmi 436,80 manat borc, 02 mart 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 234,90 manat əsas borc, 35,20 manat cərimə, cəmi 270,10 manat borc, ümümilikdə beş müqavilə üzrə 763,30 manat əsas borc, 114,30 manat cərimə, cəmi 877,60 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, alqı-satqı müqavilələrinin 1 saylı Əlavəsi, ödəniş cədvəlləri, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh 26 noyabr 2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “LG” markalı musiqi mərkəzi, 23 avqust 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Nokia” markalı mobil telefon, 23 avqust 2024cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Nokia” markalı mobil telefon, 24 avqust 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Honor” markalı mobil telefon, 02 mart 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “İphone 13” markalı xarici akumlyator almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 24 avqust 2024-cü il tarixli, ********* nömrəli və 02 mart 2024-cü il tarixli, ********* nömrəli müqavilələrə əsasən tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 oktyabr 2025-ci il tarixinə yaranmış 26 noyabr 2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 64,70 manat əsas borc, 9,70 manat cərimə, cəmi 74,40 manat borc, 23 avqust 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 46,90 manat əsas borc, 7 manat cərimə, cəmi 53,90 manat borc, 23 avqust 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 36,90 manat əsas borc, 5,50 manat cərimə, cəmi 42,40 manat borc, 24 avqust 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 379,90 manat əsas borc, 10 manat cərimə, cəmi 389,90 manat borc, 02 mart 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 234,90 manat əsas borc, 10 manat cərimə, cəmi 244,90 manat borc, ümümilikdə beş müqavilə üzrə 763,30 manat əsas borc, 42,20 manat cərimə, cəmi 805,50 (səkkiz yüz beş manat əlli qəpik) manat borc və 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-3803/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3803/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver