Məhkəmə qərarları › İş №e-2(050)-3878/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3878/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3878/2025 15.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin binasında, məhkəmə baxış iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG kondisioner, PAKET EXTRA xidməti, Samsung TV, Sonorous Surefix asqı, ETİAS ekran qoruyucu, 2 ədəd X1 1 İL xidməti, Soyuducu Hoffmann, Paltaryuyan Beko almış və nəticədə 5732.58 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 2806.08 manat (24 ay x 116.92 manat + 0 manat ilkin ödəniş) olan LG kondisioner üçün ümumilikdə, 3086.69 manat olmaqla ondan, 2806.08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 280.61 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura əsasən, alğı-satqı qiyməti 1761.12 manat (18 ay x 97.84 manat + 0 manat ilkin ödəniş) olan Paket Extra xidməti, Samsung TV, Sonorous Surefix asqı, ETİAS ekran qoruyucu üçün ümumilikdə, 1937.23 olmaqla ondan, 1761.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 176.11 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1738.98 manat (18 ay x 96.61 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd X1 1 İL xidməti, Soyuducu Hoffmann, Paltaryuyan Beko üçün ümumilikdə, 708.66 manat olmaqla ondan, 644.24 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.42 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1094.74 manat təşkil edir. İddiaçının tələbi: xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, LG kondisioner üçün 2806.08 manat ödənilməmiş hissə, 280.61 manat dəbbə, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura əsasən, Paket Extra xidməti, Samsung TV, Sonorous Surefix asqı, ETİAS ekran qoruyucu üçün 1761.12 manat ödənilməmiş hissə, 176.11 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd X1 1 İL xidməti, Soyuducu Hoffmann, Paltaryuyan Beko üçün 644.24 manat ödənilməmiş hissə, 64.42 manat dəbbə, ümumilikdə 5735.58 manat borc, 77.36 dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG kondisioner, PAKET EXTRA xidməti, Samsung TV, Sonorous Surefix asqı, ETİAS ekran qoruyucu, 2 ədəd X1 1 İL xidməti, Soyuducu Hoffmann, Paltaryuyan Beko almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5211.44 manat ödənilməmiş hissə, 521.14 manat cərimə, ümumilikdə 5732.58 manat borcu qalmışdır. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 77.33 manat dövlət rüsumu ödəmişdir. İşdə olan məktubun surətindən görünür ki, "xxxx" MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xx.xx.2025-ci il tarixində xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malı dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi cərimə borcun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləği xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə azaldılaraq 100 manat, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə azaldılaraq 80 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə azaldılaraq 20 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 2806.08 manat ödənilməmiş hissə, 100 manat dəbbə, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 1761.12 manat ödənilməmiş hissə, 80 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 644.24 manat ödənilməmiş hissə, 20 manat dəbbə, ümumilikdə 5411.44 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 77.33 manat dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 2806.08 manat ödənilməmiş hissə, 100 manat dəbbə, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 1761.12 manat ödənilməmiş hissə, 80 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 644.24 manat ödənilməmiş hissə, 20 manat dəbbə, ümumilikdə 5411.44 manat borc və 77.33 manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar