Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3921/2025 11.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 05 dekabr 2022-ci il il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 1640 manat gecikdirilmiş borcun, 262,40 manat cərimənin və ödənilmiş 39,03 manat dövlət rüsumunun xeyrlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh 06 dekabr 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir.
3. Masallı Rayon Məhkəməsinin e-2(050)-3921/2025 nömrəli, 09 dekabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 05 dekabr 2022-ci il tarixdə “İktech” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1640 manat, cərimə üzrə 262,40 manat borcu vardır.
Tərəflərin izahatları:
5. İddiaçınə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə elektron kabinetinə məlumat yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə 11 fevral 2026-cı il tarixli ərizə ilə müraciət edərək, məhkəmə baxışı iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmiş, işə əlavə olunmuş sübut və dəliləri nəzərə alaraq iddiaçının xeyrinə müvafiq qərar verilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
7. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ilə aralarında olan müqaviləyə əsasən “İktech” markalı Su təmizləyici aparatını ona verilmiş, nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin vaxt aparatın bəzi çatışmayan detalları olmuşdur. Ona bildirmişlər ki, narahat olma biz hər gün bu tərəflərdə oluruq, gətirib verəcəyik. Onlar gedəndən sonra qutunu açdıqda işlənmiş aparat olmasını görmüşdür. Sözügedən aparatın təzəsinin satış qiyməti 150-170 manatdır. Onlara zəng edib malın geri götürülməsini dəfələrlə xahiş etmiş, onlar evə gəlib onu dinləsələr də, verdikləri malı geri götürməmişlər. Onlar malı geri götürmədiyi üçün o, d öhdəsinə düşən vəzifəni icra etməmişdir. "İktech" markalı Su təmizləyicində olan detalları öz vəsaiti hesabına alıb malı işlək vəziyyətə gətirmişdir. Hazırda maddi cəhətdən imkanı olmadığından pulu ödəyə bilmir. Lakin sözügedən aparatın qaytarılmasına və ya yenisini alıb geri qaytarmağa razıdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
İş materialları:
9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli, KG- MD09/2022 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “İktech” markalı su təmizləyicisi verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
10. İddiaçı MMC-nin 05 dekabr 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “İktech” markalı su təmizləyicisi Cavabdeh təhvil verilmiş və ünvanda quraşdırılmışdır. Su təmizləyici sisteminin tam işlək vəziyyətdə olması alıcının iştirakı ilə yoxlanıldı. Alıcı təhvil-təslim zamanı Su təmizləyici sistemini tam işlək və qüsursuz vəziyyətdə təhvil almasını təsdiq etmişdir.
11. İddiaçı MMC-nin Zəmanət şərtlərindən görünür ki, zəmanətin müddəti malın təhvil verilmə tarixindən başlayır və fiziki şəxslərə 2 ildən ibarətdir.
12. İddiaçı MMC-nin 30 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 05 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ödəməli olan borc məbləği 1690 manat, müddət 24 ay, ödənilmiş məbləğ 50 manat, ödənilməmiş əsas borc məbləği 1640 manat və cərimə üzrə borc məbləği 262,40 manatdır.
13. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 18 iyul 2025-ci il tarixli gecikdirilmiş borcun ödənilməsi haqqında pretenziyanın surətindən görünür ki, Cavabdeh borcunu ən geci 3 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
14. 14 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, «Kazimoff Group” MMC məhkəməyə müraciət etmək üçün 39,61 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan “İktech” markalı su təmizləyicisi almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də, müqavilənin predmeti olan “İktech” markalı Su təmizləyici aparatını təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilənin şərtlərini pozmuşdur.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Məhkəmə hesab edir ki, 262,40 manat cərimə pulu 1640 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 10 manat müəyyən edilməlidir.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə:
23. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 05 dekabr 2022-ci il il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 1640 manat ödənilməmiş hissə və 10 manat dəbbə pulu, cəmi 1650 manat borc Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
24. İddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan və iddiaçının tələb etdiyi 39,03 (otuz doqquz manat üçr qəpik) manat dövlət rüsumunun 36,50 (otuz altı manat əlli qəpik) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 2,53 (iki manat əlli üç qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
25. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 dekabr 2022-ci il tarixli, KG-MD09/2022 saylı müqaviləyə əsasən 1640 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 1650 (bir min altı yüz əlli) manat məbləğində borc və ödənilmiş 36,50 (otuz altı manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 2,53 (iki manat əlli üç qəpik) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Elşən Hüseynov