Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3939/2025 18.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı QSC. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1. Tərəflər arasında bağlanmış müqavilə: "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 10 aprel 2022-ci il tarixli MSK06806 saylı Nisyə alğı-satqı müqaviləsi və Cavabdeh1 arasında bağlanmış 10 aprel 2022-ci il tarixli MSK06806-z saylı zaminlik müqaviləsi. "xxxx" MMC ilə İddiaçı QSC arasında imzalanan R-16/19 saylı 28 fevral 2019-cu il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan saziş. Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ: 10 aprel 2022-ci il tarixli MSK06806 saylı müqavilə və 10 aprel 2022-ci tarixli MSK06806-z saylı zaminlik müqaviləsi üzrə 761,99 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı. Sübutlar: Alğı-satqı müqaviləsi, zaminlik müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə, arayış, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh2 10 aprel 2022-ci il tarixli MSK06806 saylı nisyə alğı-satqı müqaviləsi əsasında "xxxx" MMC-dən mallar almışdır. Nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2022-ci il tarixli MSK06806-z saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 tələbkar qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. "xxxx" MMC ilə İddiaçı QSC arasında imzalanan R-16/19 saylı 28 fevral 2019-cu il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı olan 2225,99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Bu barədə borcluya bildiriş verilmişdir. Lakin borclu borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 761,99 (yeddi yüz altmış bir manat doxsan doqquz qəpik) manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-3939/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3939/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver