Məhkəmə qərarları › İş №e-2(050)-397/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-397/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-397/2025 10.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə 4370,65 (dörd min üç yüz yetmiş manat altmış beş qəpik) manat məbləğində qalıq borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 63,71 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti 20 fevral 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə təqdim edərək tələblərinin 4100,17 manat olaraq təmin edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti (bundan sonra mətndə "MONETRİ BOKT "MMС adlandırılacaq) ilə Cavabdeh2 arasında 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata” minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 22 (iyirmi iki) faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 13500 (on üç mın beş yuz manat) manatdır. 12 dekabr 2022ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 12 dekabr 2022-ci il tarixli 4430 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh1 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan 12 yanvar 2023-cü ildən 12 dekabr 2025-ci ilədək hər ayın 12-si tarixində lizinq verənin bank hesabına 515,57 (beş yüz on beş manat əlli yeddi) manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinq alan Cavabdeh2 müqavilə üzrə öhdəliyini uzun müddət icra etməyib, lizinq haqqı ödənişini həyata keçirməyib. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri almışdır. Lizinq predmeti olan 2010-cu il buraxılışı olan "Hyundai Sonata" minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsi geri alınarkən zədəli olmuş və işlək vəziyyətdə olmamışdır. “Tax Audit and Consulting Services" MMC tərəfindən tərtib edilmiş "Avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən 2010-cu il buraxılışı olan “Hyundai Sonata" minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 7000 (yeddi min) manat məbləğdə müəyyənləşdirilmişdir. 12 fevral 2024-cü il tarixli 08 nöməli alqı-satqı müqaviləsinə əsasən həmin nəqliyyat vasitəsinin satış qiyməti 7000 (yeddi min) manat məbləğdə razılaşdırılmaqla, İddiaçı BOKT MMC (satıcı) tərəfindən X7 (alıcı) satılmışdır. Beləliklə sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 7000 (yeddi min) manat məbləğində pul vəsaiti Cavabdeh2 İddiaçı BOKT MMC-nə olan borcundan çıxılmışdır. İddiaçı BOKT MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-nə olan qalıq əsas borcu cəmi 4370,65 (dörd min üç yüz yetmiş manat altmış beş qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh2 11 mart 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o, 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi bağlayaraq 2010-cu buraxılış ili olan “Hyundai Sonata” minik markalı nəqliyyat vasitəsini 36 ay müddətinə, 22% dərəcəsi ilə lizinqə götürmüşdür. Həmin müqavilədən əlavə olaraq lizinq müqaviləsi üzrə öhdəliyin icrası kimi İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında 12 dekabr 2022-ci il tarixli 4430 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə aylıq ödəniş məbləği 515,57 manat təşkil edir. O, adıçəkilən avtomobili 2022-ci ilin dekabr ayında götürmüş və 2023-cü ilin təxminən mart-may ayları arasında istifadəsində olmuş, avtomobil onda olduğu müddətdə hər ay aylıq ödənişi tam və gecikdirmədən ödəmişdir. Daha sonra qarşılıqlı razılıq əsasında və lizinq şirkətinə də, məlumat vermək şərti ilə həmin minik avtomobilini Hüseyn adlı şəxsə təhvil vermişdir. Hüseyn də, öz növbəsində həmin lizinq öhdəliyi ilə aylıq ödənişi vaxtında ödəmişdir. “Hyundai Sonata" minik markalı nəqliyyat vasitəsi 2023-cü ilin oktyabr ayına kimi istifadəsində olmuş və həmin ilin oktyabr ayı daxil olmaqla aylıq ödəniş öhdəliyini yerinə yetirmişdir. Daha sonra Hüseynin ona verdiyi məlumata görə həmin minik avtomobilini onun tanımadığı Fərəməz adlı şəxsə onun məlumatı və razılığı olmadan satmışdır. Həmin vaxtdan sonra Hüseynlə Fərəməzin avtomobil üçün aylıq yol vərəqəsini hansı qaydada, hansı şəkildə və hansı şərtlə lizinq şirkətindən almağını bilmir. Çünki Hüseyn ona bu barədə heç bir məlumat verməmişdir. Eyni zamanda “Monetri Bank olmayan Kredit Təşkilatı" MMC tərəfındən onun razılığı və məlumatı olmadan hansı qanuna əsasən Fərəməzə yol vərəqəsi verməsi özü-öz növbəsində qanunsuzdur. Belə ki, avtomobil onun istifadəsində olmadan, o, avtomobildən yararlanmadan digər şəxslərin istifadə etdiyi və iddiaçının iddiasına görə aylıq ödənişlərin ödənilmədiyini təəssüf ki, iddiaçı ondan tələb edir. İddiaçı "Monetri” Bank olrrıayan Kredit Təşkilatı MMC ilk öncə onunla aralarında lizinq müqaviləsini ləğv etməli və ləğv edilən vaxtadək avtomobildən istifadə etdiyi (sahibliyində olan müddət) aylar üzrə ödənişi tələb etməli idi. Ancaq bütün bunları etmədən, onun məlumatı olmadan İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC tanımadığı şəxslərə avtomobili idarə etmək üçün müvafıq sənəd vermiş, əvəzində isə aylıq ödənişin gecikməsi nəticəsində yaranmış qalıq borcu ondan tələb etmişdir. İddiaçı avtomobili 2023-cü ilin dekabr ayında Fərəməz adlı şəxsdən təhvil almış, 2024-cü ilin fevral ayında onunla lizinq şirkəti arasında bağlanmış müqavilənin ləğv edilməsini bildirmişlər. Halbuki, həmin müqavilə avtomobilin Fərəməzdən təhvil alındığı vaxtda, yəni ki, 2023-cü ilin dekabr ayında ləğv edilməli idi. İddiaçı bunları etmədiyi üçün aylıq ödəniş müddəti əsassız olaraq uzanmış və borc məbləği artmışdır. Halbuki, iki aylıq gecikmiş pul rrıəbləği yəni ki, 1031,14 (bir min otuz bir manat on dörd qəpik) manat pul Fərəməz adlı şəxsdən tutulrrıalıdir. İddiaçı tərəfındən təyin edilmiş aylıq qrafik üzə hesablamadan görünür ki, onun iddiaçıya 2 aylıq yəni ki, 1031,14 (bir min otuz bir manat on dörd qəpik) manat qalıq borcu vardır. Bununla da, onun etirazı iddia məbləği olan 4370,65 (dörd min üç yüz yetmiş manat altmış beş qəpik) manat məbləğədir. Çünki o, etiraf edir ki, onun iddiaçıya cəmi 2 aylıq ödəniş kimi 1031,14 (bir min otuz bir manat on dörd qəpik) manat qalıq borcu vardır.

Tərəflərin izahatları:

5. İddiaçı "xxxx" MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, "xxxx" MMC-nin nümayəndəsi X8 09 aprel 2025-ci il tarixdə ərizə ilə “Elektron məhkəmə” sistemi vasitəsi ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, təqdim etdikləri dəqiqləşmə ərizəsi üzrə iddia tələbinin təmin olunaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

7. Əvvəlki məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, lizinq müqaviləsi əsasında İddiaçı BOKT MMC-dən “Hyundai Sonata” minik markalı avtomobili almış və vaxtında ödənişlərini etmişdir. Sonra maşını Hüseyn adlı bir şəxsə satmış və o, ödənişi tam ödəməmişdir. Müqaviləni onun adına dəyişməmişdir. İcazəsi əsasında ona maşını idarə etmək üçün yol vərəqəsi verilmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı BOKT MMC həmin maşını üçüncü şəxsə, səhv etmirsə Fərəməz adlı bir şəxsə yol vərəqəsi əsasında vermişdir, lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Həmin Fərəməz adlı şəxs ödənişlərini vaxtında etməmişdir, həmçinin maşına müəyyən ziyan vurduğu barədə məlumatı var. Sonradan təşkilatın və onun arasında bir razılaşma olmuş, maşını onlara qaytarmış, həmin ödənişləri və ziyanı öz aralarında həll etmişlər. Həmin Fərəməz adlı şəxs bir dəfə ona zəng edərək narahat olmağına əsas olmadığını bildirmiş, o isə həmin şəxsə əgər maşın başqa şəxs idarə edirsə onu rəsmi qaydada həll etməyi və onun müqaviləsinə xitam verməyi təklif etmişdir. O, da söz vermişdir ki, zəng edəcək və məsələ həll olunacaq. Sonra Hüseyn əsgərliyə getmiş və tam əlaqəsi kəsilmişdir. Bir az sonra bir xanım ona zəng edərək maşını aldığını, lakin yol vərəqəsinin Fərəməzin adında olduğunu demiş və sənədlərin rəsmiləşdirməsini istəmişdir. O, razı olsa da, yenə də, heç kimdən heç bir xəbər çıxmamışdır. İddiaçı BOKT MMC-nə yaxınlaşaraq baş verənlərlə bağlı onlara suallar vermiş, problemli kreditlərin şöbəsinin işçisi belə bir vəziyyətdən xəbərləri olmadığını bildmiş və məhkəmədə aydınlaşacağını izah etmişdir. Maşın 2023-cü ilin dekabr ayında təhvil verilmişdir. Cəmi 10 ay ərzində 5207 manat ödəmiş olunmuş, cəmi iki ayın ödənişi olmamışdır, onları qəbul edir. Qalan ödənişlərin problemini Fərəməz adlı şəxs yaratmışdır. Maşın Fərəməz adlı şəxsə verilmişdir, həmin şəxs də, maşını təhvil vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh2 hazırki məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

9. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

11. Məhkəmə işə "xxxx" MMC-nin nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

12. "xxxx" BOKT MMC (hazırda "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC) ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC Cavabdeh2 tərəfindən seçilmiş 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata” minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsini 18000 manat məbləğinə mülkiyyətinə əldə etməyi, müəyyən haqq müqabilində lizinq alanını müvəqqəti sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Maliyyə lizinqi müqaviləsinin 8.2-ci bəndinə əsasən lizinq alan lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 18560 manat, illik 22 % hesablanmaqla, 36 ay müddətinə təşkil edir. Müqavilənin 8.3-cü bəndinə əsasən lizinq alan 30% - 4770 manat ilkin ödənişi müqavilə imzalandığı gündən "xxxx" BOKT MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 12.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verən müqavilədən birtərəfli qaydada imtina edə, lizinq obyektini geri ala və satışını həyata keçirə bilər.

13. "xxxx" BOKT MMC (hazırda "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC) ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT ilə borclan arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

14. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2010-cu il buraxılışlı, “Hyundai Sonata" minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA211072 ban nömrəli, ağ mirvari rəngli avtomobilin sahibi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dir.

15. 12 dekabr 2022-ci il tarixli, ML/4430 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata" minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir.

16. 12 dekabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" BOKT MMCyə məxsus “Hyundai Sonata" minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsi alıcı Cavabdeh2 təhvil verilmişdir.

17. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 hər ayın 12-dən gec olmayaraq 36 ay müddətinə hər ay 515,57 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

18. 23 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC-nə 12 dekabr 2022-ci il tarixli Maliyyə lizinqi müqaviləsinə əsasən ümumi 5207 manat ödənilmişdir, qalıq borcun məbləği 4370,65 manat təşkil edir. Son ödəniş tarixi 23 oktyabr 2023-cü ildir.

19. "xxxx" BOKT MMC (hazırda "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC) tərəfindən Cavabdeh2 ünvanlanmış 01 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 "xxxx" BOKT MMC ilə arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsinin birtərəfli qaydada vaxtından əvvəl ləğv edilməsi, lizinq obyektini bazar qiymətinə uyğun satın ala biləcəyi və ya lizinq alıcısını göstərə biləcəyi, lizinq obyektini almadığı və ya lizinq alıcısını göstərmədiyi təqdirdə nəqliyyat vasitəsinin lizinq verən tərəfindən mövcud qiymətə satışa çıxarılacağı, nəqliyyat vasitəsinin satışından əldə edilən vəsaitin onun "xxxx" BOKT MMC-nə olan 11285,80 manat borcundan çıxılacağı, həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu ödəmədiyi təqdirdə qalıq borcun ondan tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

20. "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Courier Service rəhbərliyin ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, "MONETRİ” BOKT MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 867161 nömrəli, 02 fevral 2024-cü il tarixli qaimənin çatdırılması barədə dublikatın verilməsi xahiş olunmuşdur.

21. 867161 nömrəli qaimənin surətindən görünür ki, PSG Finans BOKT MMC tərəfindən Cavabdeh2 ünvanlanmış bildiriş 02 fevral 2024-cü il tarixdə qəbul edilmişdir.

22. "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 21 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 “Hyundai Sonata” minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsinin 12 fevral 2024-cü il tarixli, 08 nömrəli alqı-satqı müqaviləsinə əsasən 7000 manat məbləğində pula X2, həmin vəsaitin onun "MONETRİ” BOKT MMC-nə olan borcundan çıxıldığı, lakin vəsaitin borcu tam ödəmədiyi və qalıq borcunun 4370,65 manat olması və borcu 3 gün müddətində ödəməyəcəyi təqdirdə qalıq borcun, eləcə də, bu işlə bağlı çəkilmiş xərclərin ondan tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

23. “Tax Audit and Consulting Services" MMC tərəfindən tərtib edilmiş "Avtomobilin qiymətləndirilməsi barədə” 31 yanvar 2024-cü il tarixli Ekspert rəyindən görünür ki, 2010cu il buraxılışı olan “Hyundai Sonata" minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 7000 (yeddi min) manat məbləğdə qiymətləndirilmişdir.

24. 12 fevral 2024-cü il tarixli, 08 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, PSG Finans BOKT MMC 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata" minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsini alıcı X5 mülkiyyətinə vermişdir. Avtomobilin satış qiyməti 7000 manat məbləğində müəyyən edilmişdir.

25. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli çıxarışdam görünür ki, qurumun əvvəlki adı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC, hazırki adı "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC-dir, 19 avqust 2013-cü il tarixdə qeydiyyata alınmışdır.

26. 11 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 63,71 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

27. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" BOKT MMC (hazırda "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC) ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2022ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçı 1 (bir) ədəd 2010cu il buraxılışı olan “Hyundai Sonata” minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsini 18000 manat məbləğinə mülkiyyətinə əldə etməyi, müəyyən haqq müqabilində lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Bu lizinq müqaviləsinin əsas məbləğini 13500 manat təşkil edir. 12 dekabr 2022-ci il tarixli, ML/4430 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" BOKT MMC nəqliyyat vasitəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermiş və sonuncu avtomobili həmin tarixdə təhvil amışdır. Cavabdeh Maliyyə lizinqi müqaviləsində göstərilən müddətədək lizinq ödənişini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli zaminlik müqaviləsinə əsasən zamin iddiaçının qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər lizinq ödənişlərinin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişlərini ödəmədiyindən lizinq verən müqavilədən birtərəfli qaydada imtina etmişdir. Cavabdeh2 lizinq obyektini almadığı üçün nəqliyyat vasitəsi 12 fevral 2024-cü il tarixli, 08 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alıcı X5 mülkiyyətinə verilmişdir. Avtomobilin satış qiyməti 7000 manat məbləğində müəyyən edilmiş, həmin vəsait və müqavilə üzrə ödənilmiş 5207 manat cavabdehin "MONETRİ” BOKT MMC-nə olan borcundan çıxılmışdır. Cavabdehlər lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliklərə əməl etməyərək qalıq 4370,65 manat borcu ödəməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Hazırda cavabdehlərin iddiaçıya 4100,17 manat borcu yaranmışdır.

28. Belə ki, iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 lizinq borcu 13500 manat müəyyən olunmuş, 12 fevral 2024-cü il tarixədək 13 ay müddətində 3895,24 manat əsas və 2807,17 manat faiz olmaqla cəmi 6702,41 manat borcu ödəməli idi. Maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, 23 oktyabr 2023-cü il tarixədək 5207 manat ödəniş olunmuşdur. 12 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Hyundai Sonata” markalı, **-AX-*** dövlət nömrə nişanlı avtomobil 7000 manat məbləğində pula X1. Cavabdeh2 lizinq müqaviləsi üzrə 13500 manat pul və 12 fevral 2024-cü il tarixədək, 13 ay müddətində 2807,17 manat faiz borcu ödəməli idi. Həmin məbləğdən 7000 manat avtomobilin dəyəri və 5207 manat ödəniş çıxıldıqdan sonra 4100,17 manat borc qalmışdır.

29. Göründüyü kimi, cavabdehlər lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da, müqavilənin şərtlərini pozmuşlar. Hazırda da, iddiaçı həmin daxili lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb edir.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Məcəllənin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

Məhkəmənin mövqeyi:

31. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

32. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də, cavabdeh müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və ona hesablanmış faizləri ödəməlidir.

33. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 "xxxx" BOKT MMC (hazırda "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC) ilə bağladığı 12 dekabr 2022-ci il tarixli ML/4430 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, lizinq ödənişlərini və ona hesablanmış faizləri ödəməməklə və lizinq verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada Maliyyə lizinqi müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan 1 (bir) ədəd 2010-cu il buraxılışı olan “Hyundai Sonata” minik markalı, KMHEB41BBBA211072 ban nömrəli nəqliyyat vasitəsini cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.

35. Məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada 4100,17 manat pul iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmə xərcləri:

37. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 63,71 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

38. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4100,17 manat məbləğində pul və 63,71 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4100,17 (dörd min yüz manat on yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 63,71 (altmış üç manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar