Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3978/2025 25.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən Zəmanət + 1il xidməti, Soyuducu LG üçün 1522.27 manat ödənilməmiş hissə, 152.23 manat cərimə; xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 10779878 saylı fakturaya əsasən İMEİ kod **********80873 Oppo A40M, Paket M xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti, Vinil mat üçün 456.28 manat ödənilməmiş hissə, 45.63 manat cərimə, cəmi 2176.41 manat borcun və 41.77 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı faktura, xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 10779878 saylı fakturaya əsasən Zəmanət + 1il xidməti, Soyuducu LG, İMEİ kod **********80873 Oppo A40M, Paket M xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti, Vinil mat almış və nəticədə 2176.41 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən alğı-satqı qiyməti 2014.02 manat (18 ay x 111.89 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 1il xidməti, Soyuducu LG üçün ümumilikdə 1674.50 manat olmaqla ondan 1522.27 manat ödənilməmiş hissə, güzəşt olunaraq 152.23 manat cərimə; xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 10779878 saylı fakturaya əsasən alğı-satqı qiyməti 647.53 manat (17 ay x 38.09 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********80873 Oppo A40M, Paket M xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti, Vinil mat üçün ümumilikdə 501.91 manat olmaqla ondan 456.28 manat ödənilməmiş hissə, güzəşt olunaraq 45.63 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 683 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 111.89 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1674.50 manat dəyərində Zəmanət + 1il xidməti, Soyuducu LG satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 10779878 saylı fakturadan görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 17 ay müddətinə ayda 38.09 manat ödəməklə (ilkin ödəniş 0 manat) 647.53 manat dəyərində İMEİ kod **********80873 Oppo A40M, Paket M xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti, Vinil mat satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2025ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 80 manat, xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 10779878 saylı faktura üzrə 25 manat məbləğində saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu qismində ödənilmiş 41.77 manat məbləğində pul vəsaitinin 40.84 manat məbləğində hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 1522.27 manat ödənilməmiş hissə, 80 manat cərimə; xx.xx.2025-ci il tarixli 787713 sayl müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli 10779878 saylı fakturaya əsasən 456.28 manat ödənilməmiş hissə, 25 manat cərimə, cəmi 2083.55 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 41.77 manat məbləğində pul vəsaitinin 40.84 manat məbləğində hissəsi tutularaq "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-3978/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3978/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver