Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4150/2025 15.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 30 dekabr 2024cü il tarixli ********* nömrəli fakturaya əsasən İMEİ kodu **********32530 olan “Oppo A 40“ markalı telefon. 24 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 24 dekabr 2024cü il tarixli 14066580 nömrəli fakturaya əsasən İMEİ kodu **********09350 olan “Oppo A 40“ markalı telefon. 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 26 yanvar 2025ci il tarixli 15967973 nömrəli fakturaya əsasən “Hoffmann” markalı televizor. Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 30 dekabr 2024cü il tarixli ********* nömrəli faktura üzrə 278,52 manat əsas borc, 27,85 manat cərimə. 24 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 24 dekabr 2024cü il tarixli 14066580 nömrəli faktura üzrə 254,60 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 25,46 manat cərimə. 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 26 yanvar 2025ci il tarixli 15967973 nömrəli faktura üzrə 109,29 manat əsas borc, 10,93 manat cərimə. Ümumilikdə üç müqavilə üzrə 730,25 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli ********* nömrəli fakturaya əsasən İMEİ kodu **********32530 olan “Oppo A 40“ markalı telefon, 24 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 24 dekabr 2024-cü il tarixli 14066580 nömrəli fakturaya əsasən İMEİ kodu **********09350 olan “Oppo A 40“ markalı telefon, 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 26 yanvar 2025-ci il tarixli 15967973 nömrəli fakturaya əsasən “Hoffmann” markalı televizor almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli ********* nömrəli və 24 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 24 dekabr 2024-cü il tarixli 14066580 nömrəli fakturalar üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli ********* nömrəli faktura üzrə 278,52 manat əsas borc, 10 manat cərimə, 24 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 24 dekabr 2024-cü il tarixli 14066580 nömrəli faktura üzrə 254,60 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 10 manat cərimə, 30 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin əlavəsi – 26 yanvar 2025-ci il tarixli 15967973 nömrəli faktura üzrə 109,29 manat əsas borc, 10,93 manat cərimə, ümumilikdə üç müqavilə üzrə 696,94 (altı yüz doxsan altı manat doxsan dörd qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-4150/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-4150/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver