Məhkəmə qərarları › İş №e-2(050)-4153/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-4153/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4153/2025 13.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 15953368 saylı fakturaya əsasən, İmei kod **********08439 İphone 13, X1 2 İL xidməti, Paket XXXL xidməti üçün, 1094.07 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 109.41 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********44238 Honor X9B, Paket XL xidməti üçün 407.58 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 40.76 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, İmei kod **********32146 X2 13 üçün 270 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 27 manat cərimə, ümumilikdə 2019.62 manat borc, 40.20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 15953368 saylı faktura, xx.xx.2024-cü il tarixli müqavilə, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, İmei kod **********08439 İphone 13, X1 2 İL xidməti, Paket XXXL xidməti. İmei kod **********44238 Honor X9B, Paket XL xidməti, İmei kod **********32146 X2 13 almış və nəticədə 2019.62 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 15953368 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1792.92 manat (18 ay x 89.94 manat + 174 manat ilkin ödəniş) olan İmei kod **********08439 İphone 13, X1 2 İL xidməti, Paket XXXL xidməti üçün ümumilikdə, 1227.08 manat olmaqla ondan, 1094.07 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 109.41 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 829.98 manat (18 ay x 46.11 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********44238 Honor X9B, Paket XL xidməti üçün ümumilikdə, 471.94 manat olmaqla ondan, 407.58 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 40.76 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025ci il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 330 manat (12 ay x 27.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32146 X2 13 üçün ümumilikdə, 320.60 manat olmaqla ondan, 270 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 27 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1181.25 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli 15953368 saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 89,94 manat ödəməklə (ilkin ödəniş 174 manat) 1792,92 manat dəyərində İphone 13, X1 2 İL xidməti, Paket XXXL satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 46,11 manat ödəməklə (ilkin ödəniş 0 manat) 829,98 manat dəyərində Honor X9B, Paket XL xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 27,5 manat ödəməklə (ilkin ödəniş 0 manat) 330 manat dəyərində X2 13 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 15953368 saylı faktura, xx.xx.2024-cü il tarixli müqavilə, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən Cavabdeh ona satılmış əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 15953368 saylı fakturadan irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 51 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 21 manat məbləğində, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturadan irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 14 manat məbləğində saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu qismində ödənilmiş 40,20 manat pul Cavabdeh tutularaq ona ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 15953368 saylı faktura üzrə 1094.07 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 51 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 407.58 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 21 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 270 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 14 manat cərimə, ümumilikdə 1928,45 manat borc və dövlət rüsumu qismində ödənilmiş 40,20 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar